Tapılan ümumi test sayı : 206

“Hiss” sözünə hansı şəkilçini artırdıqda qoşa samitlərdən biri düşmür?
A) –in
B) -lər
C) –də
D) – siz
E) -dir
Hansı cümlədə q-ğ əvəzlənməsi baş verməyib?
A) Yaxşılığı edəndə ondan qarşılıq istəmə.
B) Əsas odur ki, sənə pisliyi dəyən birisinə yaxşılıq edəsən.
C) Etdiyin yaxşılığı xatırlama, gördüyün yaxşılığı unutma
D) Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.
E) Yaxşılığı et, balığı at dəryaya, balıq bilməsə də xaliq bilər
Həm omonim, həm də çoxmənalı söz kimi işlənən sözlər cərgəsini seçin.
A) göz, baş
B) at, şam
C) yol, ağız
D) üz, qol
E) qaz, don
Sözlərdən biri orfoepiya lüğətində məhz bu şəkildə verilib?
A) kənt
B) təəccüb
C) təbii
D) Nailə
E) müəllim
“növbə” sözünün fonetik təhlili ilə bağlı səhv fikri seçin:
A) səslərin sayı hərflərin sayından çoxdur.
B) ahəng qanununa tabedir.
C) vurğu sonuncu hecaya düşür.
D) tərkibində iki cingiltili samit var.
E) ikihecalıdır
Həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənən sözlər hansı cərgədə verilib?
A) tək, ki
B) də, ən
C) sarı, bir
D) kim, və
E) qoy, üçün
“Üzümçülərin” sözündə dörd cür yazılan neçə şəkilçi var?
A) 2
B) 4
C) yoxdur
D) 3
E) 1
“qaçmaq” feli indiki zamanda ikinci şəxsin cəmində necə olar?
A) qaçırsan
B) qaçıram
C) qaçır
D) qaçırsınız
E) qaçırıq
İsimdən düzələn sifət hansıdır?
A) qırıcı
B) qorxunc
C) zarafatcıl
D) uçuq
E) tutqun
Hansı sıra eyniköklü sözlərdən ibarətdir?
A) duzlu, duzla, duzlar
B) qorxunc, qorxu, qorxaq
C) gül, güllər, gülüş
D) işləyir, işlədi, işləyəcək
E) yağlı, yağmur, yağış
Birinin sinonimi yoxdur.
A) yeni
B) bilik
C) yanlış
D) yarpaq
E) yüksək
Hansı sözün tərkibində bir cingiltili, iki kar samit var?
A) dovğa
B) yoldaş
C) limon
D) bitki
E) armud
Hansı söz quruluşca düzəltmədir?
A) qaymaq
B) bolluq
C) barmaq
D) balıq
E) başmaq
Hansı atalar sözündə əksmənalı sözlər işlənib?
A) Dost başa baxar, düşmən ayağa.
B) Saxla samanı, gələr zamanı.
C) Dost dar gündə tanınar.
D) El gücü sel gücü.
E) Örtülü bazar dostluğu pozar.
Hansı əsərin adı cümlə ilə ifadə olunub?
A) Qaraca qız
B) Mavi qatarın sirri
C) Səfillər
D) Kapitan Qrantın uşaqları
E) Torağaylar oxuyur
Artıq sözü tapın:
A) yenilməz
B) doğru
C) gerçək
D) dürüst
E) düzgün
Hansı söz səhv yazılıb?
A) corab
B) aşpaz
C) biraz
D) gec-tez
E) qarpız
“sakit” sözü bunlardan hansının əlaməti ola bilməz:
A) uşaq
B) torpaq
C) dəniz
D) hava
E) mahnı
Hansı sözün sinonimi səhv göstərilib?
A) azad-müstəqil
B) bənzər-oxşar
C) sülh-müharibə
D) əzab-əziyyət
E) bilikli-savadlı
Yazılışlardan hansı doğrudur ? Eyni hərflər eyni rəqəmləri göstərir.
A) ABCABC : ABC = 1001
B) ABCABC : ABC = 10001
C) ABCABC : ABC = 1000
D) ABCABC : ABC = 1111
E) ABCABC : ABC = 1010
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top