Tapılan ümumi test sayı : 206

Sözlərdən biri səhv yazılıb.
A) oğula
B) ömürün
C) sinifdə
D) şəklin
E) fəslə
Hansı cümlədə işarə əvəzliyi işlənmişdir?
A) Biz axşam görüşəcəyik.
B) Bu, müəllimin kitabıdır.
C) O, maraqlı rəvayətləri toplayır.
D) Bu rəssamın işlərini sərgiyə qoymaq lazımdır.
E) Uşaqlar onu alqışladılar.
Hansı cümlədə mübtəda söz birləşməsi ilə ifadə olunub?
A) Aytən anasından çay istədi.
B) İş insanın cövhəridir
C) Güllü payız səyahətindən razı qalmışdı
D) Oğuz eli bir gün yaylağa köçdü
E) Sarayın hər tərəfindən səslər ucaldı
Hansı cərgədə verilmiş sözlər eyniköklü deyil?
A) sökük, söküntü
B) uçuq, uçqun
C) ovçu, ovlaq
D) güllü, güldan
E) yağlı, yağıntı
Cümlələrin birində “sarı” sözü köməkçi nitq hissəsidir.
A) Lalə sarı çiçəklərdən dəstə bağladı .
B) Tibb bacısı xəstənin əlini sarıdı
C) Xalçanın naxışında sarı rəng çox idi.
D) Bağdakı sarı çiçəklərin ətri hər tərəfə yayılmışdı
E) Sənan dayısına sarı qaçdı
Gül sözünə hansı şəkilçiləri artırsaq, düzəltmə söz alınar? 1. -dan  2. -lər  3. – ün  4. -lük  5. -çü  6. – ə
A) 1, 4, 5
B) 2, 3, 4
C) 1, 3, 5
D) 2, 3, 6
E) 1, 5, 6
Aşağıdakılardan hansında inkar şəkilçisi işlənib?
A) O, vurma əməlini yaxşı bilmir.
B) Onun atası qazmaçıdır.
C) Əynində yun jaket vardı.
D) Fəhlələr taxtaları ikinci mərtəbəyə qaldırdılar
E) Məmməd dondurma aldı
Hansı cümlədə mürəkkəb söz yoxdur?
A) Balam, sən çox xoşbəxt adamsan.
B) Həsən xan dost-tanışın yanında sayseçmə atları ilə fəxr edirdi.
C) Ağaxan qardaşına ağacdələn haqqında danışdı
D) Karlson özünün başqa qabiliyyətlərindən də danışıb yoruldu.
E) O, havada bir neçə dövrə vurdu, sonra düz Balaca ilə üzbəüz havada dayandı.
Hansı bənddəki sözlər kar qarşılığı olmayan cingiltili samitlərdən ibarətdir?
A) zınqırov, hədəf
B) çoban, armud
C) Ləman, narın
D) həyət, zəng
E) anbar, ehtiyac
Hansı cümlədəki “maral” sözündə vurğu I hecaya düşür?
A) Maral qardaşını əzizləyir, onun bir sözünü iki eləmirdi
B) Müəllim marala aid maraqlı film göstərdi.
C) Maral tez Tülkünün yanına qaçdı
D) Maral, sən də məsələləri həll et!
E) Maralın buynuzları ağaca ilişdi.
ABAB7 : AB misalında qismət və qalığın hasili neçədir ? Eyni hərflər eyni rəqəmləri göstərir
A) 707
B) 7000
C) 7007
D) 7100
E) 7070
64b üç rəqəmli ədədi 4-ə və 5- ə qalıqsız bölünərsə, b ədədini tapın.
A) 1
B) 8
C) 2
D) 5
E) 0
 20000 manat pulu neçə ədəd 20 manatlıq əskinasla düzəltmək olar ?
A) 1000
B) 300
C) 100
D) 500
E) 50
A) 96
B) 63
C) 45
D) 72
E) 27
Vuruqlarından biri 452, digəri isə 75 olan hasili minliklərə qədər yuvarlaqlaşdırsaq, neçə olar?
A) 33000
B) 40000
C) 30000
D) 34000
E) 32000
Qayıq stansiyasında 12 üçyerlik, 29 ikiyerlik və 15 dördyerlik qayıq var idi. Bütün bu qayıqlarda bir dəfəyə cəmi neçə adam üzə bilər?
A) 158
B) 158
C) 156
D) 154
E) 152
x:24=2 • 3 olduqda, 9 • x – 17 = ifadəsinin qiyməti nəyə bərabərdir?
A) 1300
B) 1279
C) 1278
D) 1313
E) 1289
İki ədədin hasili 12, qisməti 3- dür. Bu ədədlərin cəmini tapın.
A) 8
B) 12
C) 9
D) 10
E) 11
Nailə 28 stəkanı hər birində 6 ədəd olmaqla sinilərə yığdı. Nailə sonuncu siniyə neçə stəkan qoydu?
A) 6
B) 3
C) 9
D) 4
E) 5
Toy məclisi üçün 350 nəfərlik stol açılıb. Təbrik üçün 170 nəfər qohumlar, bundan 28 nəfər çox dostlar gəlib. Neçə nəfərə yer çatmayacaq?
A) 18
B) 15
C) 20
D) 17
E) 198
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top