Tapılan ümumi test sayı : 206

“Hiss” sözünə hansı şəkilçini artırdıqda qoşa samitlərdən biri düşmür?
A) – siz
B) –in
C) –də
D) -dir
E) -lər
Hansı cümlədə q-ğ əvəzlənməsi baş verməyib?
A) Etdiyin yaxşılığı xatırlama, gördüyün yaxşılığı unutma
B) Yaxşılığı edəndə ondan qarşılıq istəmə.
C) Yaxşılığı et, balığı at dəryaya, balıq bilməsə də xaliq bilər
D) Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.
E) Əsas odur ki, sənə pisliyi dəyən birisinə yaxşılıq edəsən.
Həm omonim, həm də çoxmənalı söz kimi işlənən sözlər cərgəsini seçin.
A) göz, baş
B) üz, qol
C) qaz, don
D) at, şam
E) yol, ağız
Sözlərdən biri orfoepiya lüğətində məhz bu şəkildə verilib?
A) təəccüb
B) təbii
C) müəllim
D) Nailə
E) kənt
“növbə” sözünün fonetik təhlili ilə bağlı səhv fikri seçin:
A) ikihecalıdır
B) vurğu sonuncu hecaya düşür.
C) tərkibində iki cingiltili samit var.
D) ahəng qanununa tabedir.
E) səslərin sayı hərflərin sayından çoxdur.
Həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənən sözlər hansı cərgədə verilib?
A) kim, və
B) də, ən
C) qoy, üçün
D) tək, ki
E) sarı, bir
“Üzümçülərin” sözündə dörd cür yazılan neçə şəkilçi var?
A) 1
B) 4
C) 2
D) 3
E) yoxdur
“qaçmaq” feli indiki zamanda ikinci şəxsin cəmində necə olar?
A) qaçır
B) qaçırsınız
C) qaçırsan
D) qaçıram
E) qaçırıq
İsimdən düzələn sifət hansıdır?
A) zarafatcıl
B) qorxunc
C) uçuq
D) qırıcı
E) tutqun
Hansı sıra eyniköklü sözlərdən ibarətdir?
A) işləyir, işlədi, işləyəcək
B) yağlı, yağmur, yağış
C) gül, güllər, gülüş
D) duzlu, duzla, duzlar
E) qorxunc, qorxu, qorxaq
Birinin sinonimi yoxdur.
A) bilik
B) yarpaq
C) yeni
D) yüksək
E) yanlış
Hansı sözün tərkibində bir cingiltili, iki kar samit var?
A) bitki
B) armud
C) limon
D) dovğa
E) yoldaş
Hansı söz quruluşca düzəltmədir?
A) qaymaq
B) balıq
C) başmaq
D) barmaq
E) bolluq
Hansı atalar sözündə əksmənalı sözlər işlənib?
A) El gücü sel gücü.
B) Saxla samanı, gələr zamanı.
C) Örtülü bazar dostluğu pozar.
D) Dost başa baxar, düşmən ayağa.
E) Dost dar gündə tanınar.
Hansı əsərin adı cümlə ilə ifadə olunub?
A) Kapitan Qrantın uşaqları
B) Səfillər
C) Mavi qatarın sirri
D) Qaraca qız
E) Torağaylar oxuyur
Artıq sözü tapın:
A) doğru
B) gerçək
C) yenilməz
D) dürüst
E) düzgün
Hansı söz səhv yazılıb?
A) gec-tez
B) qarpız
C) biraz
D) corab
E) aşpaz
“sakit” sözü bunlardan hansının əlaməti ola bilməz:
A) dəniz
B) uşaq
C) hava
D) torpaq
E) mahnı
Hansı sözün sinonimi səhv göstərilib?
A) azad-müstəqil
B) bənzər-oxşar
C) əzab-əziyyət
D) bilikli-savadlı
E) sülh-müharibə
Yazılışlardan hansı doğrudur ? Eyni hərflər eyni rəqəmləri göstərir.
A) ABCABC : ABC = 10001
B) ABCABC : ABC = 1000
C) ABCABC : ABC = 1010
D) ABCABC : ABC = 1111
E) ABCABC : ABC = 1001
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top