Tapılan ümumi test sayı : 206

Yalnız baş üzvlərdən ibarət cümləni seçin.
A) Ülkərin anası bağça müdiridir.
B) Dünən qar yağırdı.
C) Sinif otağını təmizlədilər.
D) Boyunbağı ona çox yaraşırdı.
“Beşguşəli” sözünün tərkibi hansı sxemə uyğundur?
A) say + sifət + şəkilçi
B) sifət+isim+şəkilçi
C) isim + isim + şəkilçi
D) say + fel + şəkilçi
E) say + isim + şəkilçi
Hansı cümlədə keyfiyyət bildirən sifət var?
A) Ağıllı düşmən, ağılsız dostdan yaxşıdır.
B) O zolaqlı heyvan pələngdir.
C) Məktəbin həyətində böyük futbol meydançası var
D) Anam dadlı xörəklər bişirir.
E) Quzular yaşıl çəməndə otlayır.
Quruluşuna görə dördündən biri fərqlidir.
A) yaylıq
B) məktəbli
C) yaylaq
D) sirdaş
E) ovçu
Sual cümlələrinin biri sual əvəzliyinin köməyi ilə yaranıb.
A) Bizi yeyəcəklər?
B) Səni buraya kim göndərib?
C) Əhməd oğlunu tanıya bilmirsən?
D) Su yaxşıdırmı, təmizdirmi?
E) Məgər sən bunları öyrənməmişdin?
Hansı sırada cümlə üzvləri kim? necə? nəyə? nə etdi? suallarına cavab verir?
A) Ovçu bu mənzərəyə təəccüblə baxdı.
B) Uşaqların biri təəccüblə soruşdu.
C) Balaca Ülkər anasına baxıb güldü.
D) Qız heyrətlə ağaca baxdı.
E) Güllü əlini armuddan çəkdi.
Omonimlərdən ibarət cərgəni seçin:
A) bit, daş, al
B) ayaq, acı, aş
C) düz, diş, ətək
D) əl, əqrəb, şirin
E) burun, baş, göz
Vaqif onları ad gününə dəvət etdi- cümləsində əvəzlik hansı cümlə üzvünün yerində işlənib?
A) xəbər
B) təyin
C) tamamlıq
D) zərflik
E) mübtəda
Mürəkkəb cümlə hansı bənddə verilib?
A) Sürücü maşını yolun kənarında saxladı
B) Çanta Kamilin əlindən yerə düşdü, Kamil utandı
C) Biz uşaqlarla həyətdə oynadıq, çox əyləndik.
D) Anam Səkinəni evə çağırdı, ona çörək almasını tapşırdı
E) Uşaqlar meşədə göbələk yığdılar, çiçək topladılar.
Biri omonim deyil.
A) yol
B) cəza
C) daş
D) şam
E) yaş
Cümlələrin birində zərf işlənmişdir.
A) Qərib quşun yuvası olmaz.
B) Bunu eşidən elçi geri qayıtdı.
C) Naxçıvan qədim şəhərdir.
D) Yaşlılar daşlı-kəsəkli yolla gedirdilər.
E) Arif məktəbə getdi.
Hansı sıradakı sözlərin hamısı düz yazılıb?
A) faciyə, həyacan, samavar
B) məhşur, təbaşir, əskər
C) sümbül, panbıq, çiələk
D) böyürtkən, rəsmxət, şənbə
E) lanpa, corap, zəmbil
Aşağıdakılardan hansında inkar şəkilçisi işlənib?
A) Onun atası qazmaçıdır.
B) Əynində yun jaket vardı.
C) Məmməd dondurma aldı.
D) O, vurma əməlini yaxşı bilmir.
E) Fəhlələr taxtaları ikinci mərtəbəyə qaldırdılar.
“Alov torpaq səngəri keçə bilmədi” cümləsində işlənmiş söz birləşməsini göstərin.
A) keçə bilmədi
B) torpaq səngəri
C) alov torpaq
D) alov bilmədi
E) səngəri keçə
Hansı sözdə səslərin sayı hərflərin sayından çoxdur?
A) müəyyən
B) məqsəd
C) kitab
D) təbii
E) mütaliə
Hansı söz səhv yazılıb?
A) ümumilli
B) boyun
C) nəfis
D) ləziz
E) eyib
Əksmənalı sözləri seçin.
A) yaş, quru
B) oturur, əyləşir
C) çirkin-çirkli
D) gözəl, qəşəng
E) dağ, bağ
“Qardaş” sözünün əvvəlinə hansı sözü əlavə etsək, mürəkkəb söz alınar?
A) qonşu
B) qohum
C) dayı
D) əmi
E) yoldaş
Hansı cümlədə “aslan”sözü böyük hərflə yazılmalıdır?
A) Heyvanxanaya iki aslan gətirmişdilər.
B) Aqil albomda aslan şəkli çəkmişdi.
C) Yaqub öz kitablarını aslana bağışladı.
D) O, aslanın pəncəsindən xilas olmağa çalışırdı.
E) Meşədə aslanın nəriltisi hər yerə yayıldı.
Yazılışlardan hansı doğrudur ? Eyni hərflər eyni rəqəmləri göstərir.
A) ABABAB : AB = 10001
B) ABABAB : AB = 10101
C) ABABAB : AB = 10000
D) ABABAB : AB = 1000
E) ABABAB : AB = 10111
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top