Tapılan ümumi test sayı : 206

Qalıqlı bölmə əməlində qismət 19, bölən 9 – dur. Bu bölmə əməlində bölünən ən çoxu neçə ola bilər?
A) 170
B) 179
C) 183
D) 190
E) 180
Bir ədədi 8 dəfə artırsan 48 olar. Bu ədədi 12 dəfə artırsan, neçə olar?
A) 96
B) 60
C) 72
D) 84
E) 64
3 – ə bölünən ən kiçik üçrəqəmli ədədlə 8- in hasili nəyə bərabərdir?
A) 110
B) 800
C) 816
D) 850
E) 806
Kamilə iki qələmə 18 manat pul verdi. Qələmlərdən biri o birindən 2 dəfə baha idi. Kamilənin aldığı qələmdən bahalısının qiyməti neçə manatdır?
A) 12 manat
B) 11 manat
C) 13 manat
D) 10 manat
E) 14 manat
Biri 92, digəri bundan 4 dəfə kiçik olan iki ədədin hasilini yüzlüklərə qədər yuvarlaqlaşdır – saq, neçə olar?
A) 2100
B) 2000
C) 2300
D) 2200
E) 1200
5 yüzlük neçə onluqdur?
A) 500
B) 50
C) 5000
D) 10
E) 5
Mən yüzlüklərinin sayı 2 olan ən böyük üçrəqəmli cüt ədədəm. Yüzlüklərə qədər yuvarlaqlaşsam, 300 olaram. Mən neçəyəm?
A) 211
B) 293
C) 296
D) 294
E) 298
184 və 154 ədədlərinin fərqini 3-ə bölün:
A) 12
B) 10
C) 15
D) 19
E) 20
Avtomobil yarışının iştirakçıları birinci gün 52 km yol getmişdilər. Bu, ikinci gün gedilən yoldan 4 dəfə çox idi. İdmançılar iki günə neçə kilometr yol getdi?
A) 120 km
B) 92 km
C) 78 km
D) 65 km
E) 60 km
Ulduz işarəsinin yerinə bərabərsizliyi doğru edən ən kiçik ədədi yazın: 830 + * > 830 + 293
A) 292
B) 294
C) 254
D) 290
E) 295
Feli birləşmə hansıdır?
A) dalğalı dəniz
B) alma ağacı
C) dərilmiş meyvə
D) alma dərmək
E) qorxulu film
Yaxınmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb isim hansı bənddə verilib?
A) sür-sümük
B) bacı-qardaş
C) şərq-qərb
D) künc-bucaq
E) top-top
Verilmiş şeir parçasında neçə isim var: Bu qala bizim qala, Həmişə bizim qala. Tikmədim özüm qalam, Tikdim ki, izim qala.
A) 1
B) 3
C) 5
D) 4
E) 2
İsmi birləşməni göstər.
A) Fidan oxuyur
B) Quş uçur
C) evə baxan
D) məktəbə getmək
E) evə baxan Təranənin qara qələmi
Əsas tərəfi sayla ifadə olunan söz birləşməsi hansı bənddə verilmişdir?
A) az söz
B) çoxlu qızılgül
C) dadlı dondurma
D) üç dost
E) uşaqlardan beşi
Hansı sözdə şəkilçi sözün kökündən əvvəl gəlir?
A) narazı
B) nazik
C) nahar
D) nadan
E) nadir
Sayla isim arasındakı söz hansı cümlədə düzgün işlədilməyib?
A) Şamil on baş qoyunu otlağa apardı.
B) Ad gününə on nəfər qonaq gəldi.
C) Anam mağazadan iki cüt corab aldı.
D) Qardaşım mənə bir dənə kostyum bağışladı.
E) Nənə bazardan üç dəstə göyərti aldı.
“Tapdalamaq” sözünün tələffüzü hansı bənddə düzgün verilib?
A) [taptalamax]
B) [tapdalamax]
C) [tapdalamağ]
D) [tabdalamax]
E) [taftalamax]
Hansı cümlədə sual əvəzliyi işlənib?
A) Bəs yolda onu görmədin?
B) Bu onun kitabıdır?
C) Bağlamanı sizə çatdırdılar
D) Orxan sənin kimi rəqs edə bilər?
E) Biz niyə qazana bilmədik?
Şəkilçisi fərqli tələffüz olunan sözü göstər.
A) evdən
B) kəpənəkləri
C) balıqlarda
D) kələmdən
E) çaydan
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top