Tapılan ümumi test sayı : 237

Aşağıdakılardan hansı analitik qiymətləndirmə sxeminə aid deyil?
A) Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir.
B) Şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini müəyyənləşdirir.
C) Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir
D) Bu qiymətləndirmə sürətli aparılır.
Bunlardan hansı holistik qiymətləndirməyə aid edilə bilməz?
A) meyara əsasən qiymətləndirmə
B) sürətli qiymətləndirmə
C) standarta əsasən
D) bütöv qiymətləndirmə
Holistik qiymətləndirmə sxemində bilik və bacarıqların meyarı nəyə əsasən müəyyən olunur?
A) motivasiyaya
B) məqsədə
C) standarta
D) mövzuya
Neçə formativ qiymətləndirmə sxemi var?
A) 5
B) 2
C) 3
D) 6
Formativ qiymətləndirmə hansı mərhələdə aparılır?
A) bölmə və hər mövzunun əvvəlində
B) dərs ilinin əvvəlindən başlayaraq mütəmadi olaraq
C) təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
D) bölmə və bəhslərin, yarımilin sonunda
Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə
B) Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək məqsədilə
C) Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.
D) Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə.
Diaqnostik qiymətləndirmə hansı mərhələlərdə aparılır?
A) Bölmə və bəhslərin, yarımilin sonunda.
B) Dərs ilinin əvvəlindən başlayaraq hər dərsin sonunda.
C) Dərs ilinin ilk günü.
D) Təlim prosesisinin əvvəlində. Təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda).
Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aiddir.
A) şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.
B) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
C) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək
D) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək
Məktəbdaxili qiymətləndirmənin neçə növü var?
A) 5
B) 3
C) 2
D) 4
Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aiddir.
A) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək
B) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.
C) şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.
D) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək.
Qiymətləndirmə standartları neçə səviyyədə müəyyən olunur?
A) 5
B) 6
C) 4
D) a) 3
Aşağıdakılarda hansı müasir qiymətləndirməyə aid deyil.
A) Qiymətləndirmənin obyektivliyini təmin edir.
B) Şagirdin inkişafı sistemli şəklidə izlənilir.
C) Təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlldilir və onu idarə edən vacib amil kimi meydana çıxır
D) Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
Aşağıdakılardan biri “Azərbaycan Respublikasının ümumitəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”na aid deyil.
A) Buraxılış imtahanları.
B) Qiymətləndirmə meyarları.
C) Kurikulum üzrə qiymətləndirmə
D) Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri.
Aşağıdakılarda hansı müasir qiymətləndirməyə aid deyil.
A) Təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlldilir və onu idarə edən vacib amil kimi meydana çıxır.
B) Qiymətləndirmənin obyektivliyini təmin edir.
C) Şagirdin inkişafı sistemli şəklidə izlənilir.
D) Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
“İstənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir” bu fikir fəal dərsin hansı mərhələsinə aiddir.
A) Yaradıcı tətbiqetmə
B) Tədqiqatın aparılması
C) Qiymətləndirmə
D) C İnformasiyanın müzakirəsi və təşkili
Biri mikro idraki bacarıq deyil:
A) analiz
B) qərar qəbul etmək
C) billmək
D) anlamaq
Aşağıdakı fikirlərdən hansı informasiyanın müzakirəsi və təşkili mərhələsinə aiddir. 1. Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. 2. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür. 3. Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır. 4. mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə Bu mərhələdə başlayır. Məlumatlar sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər. 5. Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir
A) 4,5
B) 1,4
C) 1,5
D) 1,3
Aşağıdakı fikirlərdə hansı yaradıcı tətbiqetmə mərhələsinə aid deyil.
A) Şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
B) Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər,
C) Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
D) Biliklərin mənimsənilməsinin başlıca meyarıdır.
Aşağıdakı fikirlərdə hansı tədqiqatın aparılması mərhələsinə aiddir.
A) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
B) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar
C) Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.
D) Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır
Aşağıdakı fikirlərdən biri informasiya mübadiləsi mərhələsinə aiddir.
A) Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
B) Fəal dərsin dördüncü mərhələsidir.
C) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar
D) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top