Tapılan ümumi test sayı : 237

Dərsin cari planlaşdırılmasında nəzərdə tutulmur:
A) Tapşırıqların dərsin təlim nəticələri ilə uyğunlaşdırılması
B) Dərsin icmalının hazırlanması
C) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuların müəyyənləşdirməsi.
D) Dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrinin müəyyənləşdirilməsi.
E) İş vərəqlərinin hazırlanması
Şagirdlərdə mənəvi tərbiyənin əsas metodu:
A) İnandırmaq
B) Tapşırıq vermək
C) Bütün cavablar doğrudur
D) Cəzalandırmaq
E) Danlamaq
Müəllimin innovativ fəaliyyətinə aid deyil:
A) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir
B) İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir.
C) İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir.
D) Təlim proresində şagirdə obyekt kimi yanaşır.
E) Pedaqoji prosesə yeni yanaşmalar əsasında səmərəli təlim üsulları yaradır.
İdrak taksonomiyası üzrə səviyyə və təlim nəticələrini uyğunlaşdırın: 1. Bilik   a) dəyişir,nümayiş etdirir 2. Anlama   b) müəyyən edir,sadalayır 3. Tətbiqetmə   c) fərqləndirir,izah edir 4. Analiz   d) ayırır, müəyyən edir
A) 1-b,2-d,3-a,4-c
B) 1-c, 2-b,3-d,4-a
C) 1-b, 2-c, 3-d, 4-a
D) 1-b,2-c,3-d,4-a
E) 1-b, 2-c, 3-a, 4-d
Deklarativ bilik nədir?
A) Fənn üzrə məlumat xarakterli biliklərdir.
B) Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir
C) İdrak prosesinin gedişatına kömək edən biliklərdir
D) Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir
E) Yalnız İKT-dən istifadə etməklə əldə olunan biliklərdir.
Biri fənn kurikulumunun strukturuna aid deyil:
A) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
B) Fənn üzrə ümumi təlim nəticələri
C) Təlim strategiyaları
D) Təhsilin məzmunu
E) Məzmun standartlarının şərhi
Məzmun xətti nədir?
A) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
B) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
C) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
D) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
E) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
Aşağıdakılardan biri əsas standartın funksiyasıdır:
A) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
B) Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir
C) Təlim üsullarının seçilməsini təmin edir.
D) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir
E) Təlimdə inteqrativliyi təmin edir.
“Nəticəyönümlülük”dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
B) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi
C) Təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsi
D) Fəaliyyətin təhsilalanın potensial imkanlarının inkişafına yönəldilməsi
E) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması
FORMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDİ:
A) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi
B) Bölmə üzrə mövzuların tədrisinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
C) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi
D) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
E) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ NƏ VAXT APARILIR?
A) Tədris ilinin sonunda
B) Hər ayın əvvəlində
C) Təhsil səviyyələrini başa vurarkən
D) Bölmə və bəhslərin, yarımilin sonunda
E) Dərs ilinin,bölmənin tədrisinin əvvəlində
TƏLİM STRATEGİYALARINA AİD OLMAYANI GÖSTƏRİN:
A) Planlaşdırmaya dair nümunələr
B) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
C) Məzmun standartlarının şərhi
D) Sinifdənkənar tədbirlərin təşkil edilməsi
E) Fənn üzrə təlimin təşkilinə verilən tələblərin təsviri
PROBLEM SİTUASİYANIN YARADILMASI ZAMANI TEZ-TEZ MÜŞAHİDƏ OLUNAN SƏHVİ GÖSTƏRİN:
A) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
B) Hər bir şagird öz bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa çalışır
C) Problemin həlli müxtəlif fərziyyələr yaradır
D) Müəllimin şagirdin qarşısına qoyduğu problem onun yaş səviyyəsinə uyğun gəlmir
E) Problemin həlli xüsusi tədqiqat tələb etməlidir
NƏ ÜÇÜN MOTİVASİYA DÜŞÜNDÜRÜCÜ VƏ ƏQSƏDƏUYĞUN OLMALIDIR?
A) Şagirdlərdə idrak fəallığı oyadır
B) Dərsin vaxtında başa çatmasına kömək edir
C) Tədqiqat prosesini çətinləşdirir
D) Tapşırıqları düzgün yerinə yetirməyə kömək edir
E) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirməyə imkan yaradır
VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN xÜSUSİYYƏTİDİR:
A) Hazır şəkildə əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
B) Avtoritar metoda əsaslanır
C) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması
D) Hafizəyə əsaslanır
E) Müəllim və şagirdlər arasında əks-əlaqənin yaradılması
CARİ PLANLAŞDIRMADA ƏN ÇOX BURAXILAN SƏHV hANSIDIR?
A) Dərsin təlim nəticələrini müəyyənləşdirmək
B) Dərsdə reallaşdırılacaq alt-standartları müəyyənləşdirmək
C) İş vərəqlərini hazırlamaq
D) Dərsin təlim nəticələrinə uyğun tapşırıqlar hazırlamaq
E) Dərslikdəki materialı mənimsətmək
TƏLİM PROSESİNDƏ TAKSONOMİYALAR NƏYƏ XİDMƏT EDİR?
A) Gündəlik keçirilən dərslərin mövzularını müəyyənləşdirmək
B) Şagirdlərin fəaliyyətini stimullaşdırmaq
C) Şagirdlərdə öyrənməyə motivasiya yaratmaq
D) Təfəkkürün müxtəlif növlərini inkişaf etdirmək üçün tapşırıqlar tərtib etmək
E) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirmək
TƏRBİYƏ SİSTEMİNİN KOMPONENTİ DEYİL:
A) Tolerantlığın formalaşdırılması
B) Tərbiyənin prinsipləri
C) Tərbiyəvi işin forma və üsulları
D) Tərbiyənin məzmunu
E) Tərbiyənin məqsədi
PEDAQOJİ TEXNOLOGİYA:
A) Pedaqoji fəaliyyətin nəticəsidir
B) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusudur
C) Öyrənilən elm sahəsində ideyalar məcmusudur
D) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir
E) Müəllimin qarşısına qoyulan tələblərdir
TƏHSİLALANLARIN MƏNƏVİ TƏRBİYƏSİNDƏ ƏSAS METOD:
A) Məsuliyyətli işə cəlb etmək
B) Nəzarət etmək
C) Tapşırıq vermək
D) İnandırmaq
E) Tənbeh etmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top