Tapılan ümumi test sayı : 237

AŞAĞIDAKILARDAN BİRİ TƏLİMIN TƏŞKİLİNƏ VERİLƏN TƏLƏBLƏRƏ DAXİL DEYİL:
A) Pedaqoji prosesin tamlığı
B) Yekun qiymətləndirmənin aparılması
C) Təlimdə bərabər imkanların yaradılması
D) Fəaliyyətin stimullaşdırılması
E) Şagirdyönümlülük
TƏHSİL STANDARTI:
A) Şagird nailiyyətlərinin keyfiyyət göstəricisidir
B) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarıdır
C) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur
D) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir
E) Təhsilalanların kompetensiyalarının məcmusudur
MƏZMUN XƏTTİ NƏDİR?
A) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
B) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
C) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir
D) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir
E) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
KURİKULUMUN ƏSAS XÜSUSİYYƏTİ:
A) Fənyönümlüdür.
B) Qiymətləndirmə mexanizmləri müəyyən edilmişdir.
C) İnteqrasiya sistemli xarakter daşımır.
D) Bilikyönümlüdür
E) Müəllimyönümlüdür
FƏNN KURİKULUMUNUN STRUKTURUNA AİD OLMAYANI SEÇİN:
A) Məzmun standartlarının şərhi
B) Tədris planı
C) Fənn üzrə ümumi təlim nəticələri
D) Təlim strategiyaları
E) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
KURİKULUM NƏDİR?
A) Müəllim fəaliyyətinin planlaşdırılmasına və idarə edilməsinə kömək edən sənəddir
B) Təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir.
C) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün zəmin yaradan sənəddir.
D) Təlimin məzmunu ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir
E) Şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən sənəddir
SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN MƏQSƏDLƏRİ:1. Müəllimin tədris fəaliyyətini dəyərləndirmək.2. Sinfin ilkin səviyyəsini müəyyənləşdirmək.3. Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək.4. Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək.5. Təlimin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin, tədris ilinin sonunda) şagirdlərin nailiyyətlərini qiymətləndirmək.
A) 1, 4, 5
B) 2, 4, 5
C) 2, 3, 5
D) 1, 2, 3
E) 1, 3, 5
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏNİN (BSQ) XÜSUSİYYƏTLƏRİNİ SEÇIN:1. Bəhs və ya bölmənin sonunda keçirilir.2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır.3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir.4. Yarımilin sonunda keçirilir.5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.
A) 1,2,3
B) 1,3,4
C) 2,3,4
D) 1,3,5
E) 2,4,5
MÜƏLLİMLƏRİN İNNOVATİV FƏALİYYƏTİNIN NƏTİCƏSİNƏ AİD OLANLARI GÖSTƏRİN:1. Təhsilin keyfiyyəti yüksəlir.2. Təhsildən yayınma halları artır.3. Təhsil müəssisəsinin nüfuzu artır.4. Şagirdlərin kompetensiyasıartır.5.Təhsil müəssisəsində psixoloji iqlim pisləşir.
A) 1, 3, 5
B) 1, 2, 3
C) 2, 3, 4
D) 2, 3, 5
E) 1, 3, 4
Azərbaycan Respublikasında hansı təhsil formaları tətbiq olunur?
A) formal, fərdi, informal
B) formal və qeyri-formal
C) formal,qeyri-formal, informal
D) özəl, qeyri-formal, informal
VERİLƏNLƏRDƏN ALT – STANDARTIN FUNKSİYALARINI SEÇİN: 1.Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır 2.Təhsil strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır 3.Təlimdə inteqrativliyi təmin edir 4.Bütün növ qiymətləndirmənin aparılmasını təmin edir 5.Təlimin məzmununun davamlı inkişafını təmin edir
A) 1,3,5
B) 2,4,5
C) 1,2,3
D) 1,2,5
E) 1,3,4
MÜƏLLİMİN İNNOVATİV FƏALİYYƏTİNƏ AİD DEYİL:
A) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir
B) İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir
C) Təlim proresində şagirdə obyekt kimi yanaşır
D) Pedaqoji prosesə yeni yanaşmalar əsasında səmərəli təlim üsulları yaradır
E) İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir
NƏYƏ GÖRƏ MOTİVASİYA DÜŞÜNDÜRÜCÜ VƏ MƏQSƏDƏUYĞUN OLMALIDIR? 1. Tədqiqatı dərsin nəticələrinə istiqamətləndirir. 2. 45 dəqiqə ərzində dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirməyə imkan yaradır. 3. Dərsi maraqlı edir, dərs vaxtında qurtarır. 4. Şagirdlərdə idrak fəallığı oyadır.
A) 1,4
B) 3,4
C) 2,3
D) 1,2
E) 2,4
AŞAĞIDAKILARDAN BİRİ ƏSAS STANDARTIN FUNKSİYASIDIR:
A) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
B) Təlim üsullarının seçilməsini təmin edir. Təlimdə inteqrativliyi təmin edir
C) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir
D) Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir
BİLİK KATEQORİYASINA AİD OLANI SEÇİN.
A) İdraki
B) Ünsiyyət
C) Deklarativ
D) Emosional-affektiv
E) Psixomotor
MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏNİN NÖVLƏRİ:
A) Diaqnostik, formativ, illik
B) Yarımillik, illik, diaqnostik
C) Yarımillik, illik, summativ
D) Diaqnostik, formativ, summativ
E) Formativ, şifahi, praktik
MÜASİR QİYMƏTLƏNDİRMƏYƏ AİD EDİLƏ BİLMƏZ:
A) Qiymətləndirmə tədris prosesinin bütün mərhələlərində tətbiq edilir
B) Şagirdin nailiyyətləri qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir
C) Məzmun standartlarının reallaşdırılma səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilir
D) Qiymətləndirmə təhsil keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır
E) Şagirdlərin yarımillik qiymətlərinin çıxarılmasında formativ qiymətləndirmə əsas rol oynayır
FƏNN KURİKULUMUNA AİD DEYİL:
A) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
B) Məzmun standartlarına verilən şərhlər
C) Fənn üzrə ümumi təlim nəticələri
D) Ümumi təhsilin məzmunu
E) Məzmun xətləri
VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN XÜSUSİYYƏTİ DEYİL:
A) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
B) Dialoji təlimə üstünlük verilməsi
C) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi
D) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
E) Təfəkkürə əsaslanması
Milli kurikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
A) Subyektivlik
B) Şəxsiyyətyönümlük
C) nəticəyönümlükr
D) Tələbyönumluk
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top