Tapılan ümumi test sayı : 115

1. nuklein turşusuna malik olmaq 2. zülal sintez etmək 3. zülala malik olmaq 4. hüceyrə orqanoidlərinə malik olmaq Göstərilənlərdən hansı bütün bakteriya, virus və ibtidai orqanizmlər üçün xarakterikdir?
A) 1, 3
B) 1, 2, 3
C) 1, 2, 3, 4
D) 2, 3
Müasir hüceyrə nəzəriyyəsinin 4-cü müddəası göstərilən canlılardan hansına aid edilə bilməz?
A) ali bitkilərə
B) ali heyvanlara
C) bakteriyalara
D) şibyələrə
E) papaqlı göbələklərə
Əgər DNT molekulunda olan bütün adenin nukleotidlərin-x ilə, quanın nukleotidlərini isə -y ilə işarə etsək, onda bu molekulda olan bütün nukleotidlərin cəmini necə hesablamaq olar?
A) x+y
B) 2x+y
C) 2(x+y)
D) x+2y
E) 2x+3y
Refleks qövsünün keçdiyi yolun ardıcıllığı hansı cavabda düzgün göstərilmişdir? 1. Hərəki sirir lifi 2. Hissi sinir lifi 3. İşçi orqan 4. Reseptor 5. Mərkəzi sinir sistemi
A) 3, 5, 1, 2, 4
B) 4, 2, 5, 1, 3
C) 4, 1, 5, 3, 2
D) 2, 4, 1, 3, 5
E) 1, 3, 5, 4, 2
Həm prokariotlar, həm də eukariotlar üçün səciyyəvi olan:
A) mitoxondrilər, formalaşmış nüvə
B) plastidlər, sentriollar
C) sentriollar, formalaşmış nüvə
D) DNT, ribosomlar
E) RNT, mitoxondrilər
Ev milçəyinin yönəldici cisimciyinin xromosom sayı 6-dır. Bu orqanizmin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom,neçə xro matid olur?
A) 6 xromosom, 6 xromatid
B) 12 xromosom, 12 xromatid
C) 24 xromosom, 24 xromatid
D) 6 xromosom,12 xromatid
E) 12 xromosom, 24 xromatid
Şibyənin bədəni hansı canlılardan təşkil olunmuşdur?
A) plaun və qatırquyruğundan
B) yalnız psilofitdən
C) göbələk və yosundan
D) mamır rvə qıcıdan
E) mukor və penisildən
Yarpaq saplağı olmayan bitkilərin sırasını göstərin:
A) aloya, aqava, kətan
B) tut, gavalı, ərik
C) əncir, alma, albalı
D) üzüm, alma, aqava
E) arpa, buğda, əncir
İnsan genetikasını öyrənən hansı üsulun əsasında nəsil şəcərəsinin öyrənilməsi durur?
A) genealoji
B) biokimyəvi
C) hibridoloji
D) sitogenetik
E) ekizlik
Hansı azotlu əsasların kütlələri cəmi daha azdır?
A) quanin +sitozin
B) sitozin+timin
C) adenin+timin
D) quanin+timin
E) sitozin+adenin
Hər hansı populyasiya üçün mülahizələrdən hansı doğrudur?
A) fərdləri həmin növün bir populyasiyasından digərinə keçə bilər
B) fərdləri arasında yaşamaq uğrunda mübarizə getmir
C) həmin populyasiyanın bütün fərdlərində genlər eynidir
D) müxtəlif növlərin fərdlərindən təşkil olunub
E) fərdləri bir-biriləri ilə sərbəst çarpazlaşa bilmirlər
Aşağıda verilən orqanizmlərin hansına hüceyrə nəzəriyyəsini tətbiq etmək olmaz?
A) bakteriyalara
B) göbələklərə
C) bakteriofaqlara
D) bitkilərə
E) göy-yaşıl yosunlara
Əgər orqanizmdə hemoqlobin zülalının əmələ gəlməsi dayansaydı,ilk növbədə nə baş verərdi?
A) lizasomun funksiyaları pozulardı
B) orqan və toxumalarda oksigen çatışmazlığı baş verərdi
C) zülalın siqnal funksiyası pozulardı
D) zülalın inşaat funksiyası pozulardı
E) ribosomların funksiyası pozulardı
Heyvanların sistematik qruplarının düzgün ardıcıllığını göstərin:
A) şöbə, sinif, dəstə, fəsilə, cins, növ
B) tip, sinif, dəstə, fəsilə, cins, növ
C) növ, cins, dəstə, fəsilə, sinif, tip
D) sinif, sıra, şöbə, fəsilə, cins, növ
E) şöbə, sinif, sıra, fəsilə ,cins, növ
İnsanın qan-damar sistemində taylı qapaqlar zədələnərsə, nə baş verər?
A) qan ağciyər arteriyasından, geriyə- mədəciyə axar
B) qan ürəyin mədəciklərindən geriyə-qulaqcıqlara axar
C) qan aortadan geriyə-mədəciyə axar
D) qan qulaqcıqlardan geriyə –venalara axar
E) venalarda qan əks istiqamətdə hərəkət edər
İnsanda ətrafların skelet əzələləri hansı qru plara bölünür?
A) bükücü və sıxıcı
B) qaldırıcı və endirici
C) dartıcı və sıxıcı
D) açıcı və dartıcı
E) bükücü və açıcı
İnsanda asqırma və öskürmə mərkəzləri baş beynin hansı şöbəsində yerləşir?
A) beyin yarımkürələrində
B) beyincikdə
C) orta beyində
D) uzunsov beyində
E) ara beyində
Əgər 14 yaşlı insanın üst çənəsindəki köpək dişləri çıxardılarsa, 24-25 yaşlarında onun normada neçə dişi olar?
A) 22
B) 30
C) 20
D) 28
E) 26
Qurbağaların arxa bağırsağı bilavasitə hara açılır?
A) bədən boşluğuna
B) qana
C) xarici mühitə
D) kloakaya
E) dəri altına
Hansı həşəratın inkişafı natamam çevrilmə ilə gedir?
A) birənin
B) qarışqanın
C) peyin böcəyinin
D) ipəkqurdunun
E) çəyirtkənin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top