Tapılan ümumi test sayı : 115

Əgər anаdonta böyük göl ilbizinin tənəffüs orqanınna malik olsaydı, onda:
A) çoxalmazdı
B) ifrazat prosesi pozulardı
C) çanağa malik olmazdı
D) maddələr mübadiləsi getməzdi
E) qidalanma və tənəffüs prosesi eyni vaxtda getməzdi
Yosunlarda gedən konyuqasiya prosesi:
A) hərəkət formasıdır
B) bir neçə hüceyrə hissələrinin ayrılmasıdir
C) bir hüceyrə hissələrinin ayrılmasıdır
D) iki hüceyrənin daxili möhtəviyyatının bir-birinə qarışmasıdır
E) qidalanma formasıdır
200 yaşı olan cökə ağacının gövdəsində neçə kambi qatı var?
A) 199
B) 2
C) 0
D) 1
E) 200
Orqanizmin daxili və xarici əlamətlərinin cəmi necə adlanır?
A) allel
B) heteroziqot
C) homoziqot
D) genotip
E) fenotip
Cinsiyyət vəzilərində yetişmə mərhələsində hansı proses baş verir?
A) böyümə
B) meyoz
C) interfaza
D) mitoz
E) amitoz
Tərkibində adenin azotlu əsası, riboza və üç dənə fosfat qalığı olan :
A) RNT
B) karbohidrat
C) DNT
D) ATF
E) zülal
Bitkilərin sistematik qruplarının düzgün ardıcıllığını göstərin:
A) şöbə, sinif, sıra, fəsilə ,cins, növ
B) şöbə, sinif, dəstə, fəsilə, cins, növ
C) növ, cins, dəstə, fəsilə, sinif, tip
D) tip, sinif, dəstə, fəsilə, cins, növ
E) sinif, sıra, şöbə, fəsilə, cins, növ
Ördəkburunun quruluş və həyat fəaliyyətinin hansı xüsusiyyəti məməlilərin sürünənlərdən əmələ gəlməsini sübut edən dəlillərə aiddir?
A) yumurtaqoymaqla çoxalma
B) yumurta üzərində kürt yatmaq
C) diafraqma
D) balanın südlə bəslənməsi
E) dördkameralı ürək
Göl qurbağası və çay xanısı üçün ümumi əlamət:
A) dəridə selik ifraz edən vəzilərin olması
B) qabırğaların olmaması
C) kəllə sümüklərinin sayının az olması
D) onurğanın qısa olması
E) beyinciyin zəif inkişaf etməsi
Dərinin hansı təbəqəsində qan damarlar yoxdur?
A) epidermis və piy təbəqəsində
B) yalnız piy təbəqəsində
C) yalnız epidermisdə
D) epidermis və dermada
E) yalnız dermada
Sümüklərin elastikliyi nədən asılıdır?
A) sümük hüceyrələrinin ölçülərindən
B) üzvi maddələrdən
C) sümüyün yerləşməsindən
D) mineral maddələrdən
E) sudan
İnsanda beyin yarımkürələri baş beynin bilavasitə hansı şöbələrinin üzərini örtür?
A) bütün şöbələrin
B) uzunsov beyin və beyinciyin
C) ara beyin və beyinciyin
D) orta beyin və beyinciyin
E) orta və ara beynin
Volvoks koloniyası 1000 hüceyrədən təşkil olunmuşdur. Hüceyrələrinin 25%-ni itirərsə, bu volvoks koloniyası hüceyrələri nə qədər qamçıya malik olar?
A) 750
B) 500
C) 150
D) 250
E) 1500
Erkək qurbağada dişidən fərqli olaraq:
A) kloaka var
B) dəri tənəffüsü var
C) göz qapaqları var
D) rezonator var
E) yapışqanlı dil var
İnstinkt nədir?
A) mürəkkəb hərəkətlər ardıcıllığıdır
B) nektar toplamaq üçün uyğunlaşmadır
C) ana arının adıdır
D) arı ailəsinin adıdır
E) qarıncığın hərəkətidir
Filin xortumu:
A) üst dodağın və alt dodağın uzanmasından əmələ gəlmişdir
B) üst dodağın və burnun uzanmasından əmələ gəlmişdir
C) alt dodağın və burnun uzanmasından əmələ gəlmişdir
D) üst dodağın və dişlərin uzanmasından əmələ gəlmişdir
E) burnun uzanmasından əmələ gəlmişdir
Su və muneral maddələrin kökün sorucu zonasının en kəsiyindən keçmə ardıcıllığını göstərin:
A) ötürücü borular,sorucu tellər, kök qabığı hüceyrələri
B) kök qabığı hüceyrələri, sorucu tellər, kök qabığı hüceyrələri,
C) ötürücü borular, kök qabığı hüceyrələri,sorucu tellər
D) sorucu tellər, kök qabığı hüceyrələri, ötürücü borular
E) kök qabığı hüceyrələri, ötürücü borular, sorucu tellər
Yabanı turpun salxım çiçəkqrupunda 200 çiçək olarsa burada nə qədər ləçək olar?
A) 200
B) 600
C) 400
D) 1000
E) 800
Fəsilələr bilavasitə hansı sistematik kate qoriyada birləşir?
A) cinsdə
B) sırada
C) aləmdə
D) sinifdə
E) şöbədə
Dalayıcı hüceyrə hidraya nə üçün lazımdır?
A) sualtı əşyalara yapışmaq üçün
B) sakit dayanması üçün
C) hərəkət etmək üçün
D) müdafiə və ovunu tutmaq üçün
E) çoxalması üçün
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top