Tapılan ümumi test sayı : 115

Aşağıdakı sürünənlərdən hansının qabıqdəyişməsi zamanı köhnə dəri corab kimi çevrilərək bütövlüklə bədəndən ayrılır?
A) kərtənkələlərin
B) dinozavrların
C) tısbağaların
D) timsahların
E) ilanların
Qıjıların cinsli nəsli necə adlanır?
A) plaun
B) protonema
C) kökümsov
D) protal
E) yaşıl sap
Yaşıl quş mamırı torf mamırından göstəriləndən nə ilə fərqlənir?
A) rizoidinin olması ilə
B) xloroplastlarının olması ilə
C) sporlardan protonema əmələ gəlməsi ilə
D) sporlarla çoxalması ilə
E) toxumların olması ilə
Çəyirdək meyvəsi olan bitkilər:
A) günəbaxan, çovdar, buğda
B) əzgil, heyva, alma
C) pomidor, istiot, badımcan
D) albalı, şaftalı, ərik
E) qarağat, badam, püstə
Əgər xlamodomonadanın qırmızı gözcüyü çıxarılarsa nə baş verər?
A) çoxala bilməz
B) fotosintez edə bilməz
C) işığa doğru hərəkət edər
D) işığa doğru hərəkət edə bilməz
E) qaranlığa doğru hərəkət edə bilməz
Xəzanın əsas səbəbi:
A) yağışların çox yağması
B) iqlimin soyuması ilə əlaqədar olaraq torpaqda temperaturun aşağı düşməsi
C) yarpaqlarda törədici toxumanın məhv olması
D) yarpaqların zərərli maddələrlə zənginləşməsi
E) torpaqda mineral duzların azalması
Lələkvari yarpaqlar quruluşca hansı formalarda olur?
A) üçər lələkvari və barmaqvari lələkvari
B) yalnız tək lələkvari
C) yalnız cüt lələkvari
D) yalnız barmaqvari lələkvari
E) tək lələkvari və cüt lələkvari
Daş sarmaşığının qarmaqcıqları nədən əmələ gəlmişdir?
A) əsas köklərdən
B) əlavə köklərdən
C) yan köklərdən
D) əsas və əlavə köklərdən
E) sorucu köklərdən
DNT ikiləşir:
A) anafazada
B) metafazada
C) sintetik mərhələdə
D) profazada
E) presintetik mərhələdə
Aşağıdakı canlılardan hansının rüşeym mərhələsində mezoderma qatı əmələ gəlmir?
A) aureliyada
B) latimeriyada
C) neştərçədə
D) nereiddə
E) planaridə
Hansı sırada verilmiş bitkilər süni seçmə nəticəsində meydana gəlmişdir?
A) ağcaqayın və qovaq
B) şam və küknar
C) gül kələm və ağbaş kələm
D) qarağac və cökə
E) qara quşüzümü və qırmızı quşüzümü
Hemoqlobinin zülal hissəsi nə cür adlanır?
A) insulin
B) fibrinogen
C) hem
D) fibrin
E) qlobin
“Humor” sözünün dilimizə tərcüməsi:
A) maye
B) hərəkətə gətirmək
C) qan
D) hormon
E) tənzimləmə
Oynaq başının oynaq çuxurundan çıxması nə cür adlanır?
A) burxulma
B) kifoz
C) çıxıq
D) skalioz
E) sınıq
Sadalananlardan hansı həşərat deyil?
A) göyün
B) parabizən
C) pambıq sovkası
D) əqrəb
E) ipəkqurdu
Kərtənkələnin arxa ayağında neçə barmaq vardır?
A) 5
B) 3
C) 1
D) 6
E) 2
Yunan sözü olan loqos tərcümədə nə deməkdir?
A) bitki
B) bakteriya
C) elm
D) göbələk
E) canlı
Əlverişli şəraitdə 1 saat ərzində bir bakteriya hüceyrəsindən maksimum neçə nəsil yarana bilər?
A) 1
B) 3
C) 5
D) 7
E) 9
Kasacıq+tac:
A) meyvəyanlığıdır
B) zoğdur
C) çiçək yatağıdır
D) çiçəkyanlığıdır
E) tumurcuqdur
Toxum cücərən zaman ləpə yarpaqlarını torpağın üzərinə çixarmayan bitki:
A) günəbaxan
B) qarpız
C) lobya
D) kətan
E) noxud
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top