Tapılan ümumi test sayı : 115

Suya olan tələbatına görə bitkilər neçə qrupa ayrılır?
A) 2
B) 4
C) 1
D) 5
E) 3
Taxıl bitkiləridə qidalı maddələr endosperm hüceyrələrindən rüşeymə necə daxil olur?
A) ləpə vasitəsilə
B) toxum dəriciyi vasitəsilə
C) gövdəcik vasitəsilə
D) kökçük vasitəsilə
E) tumurcuq vasitəsilə
Torpağın qara olması nədən asılıdır?
A) çürüntüdən
B) qumun çox olmasından
C) gildən
D) mineral duzlardan
E) sudan
«Filiale» sözünün latıncadan tərcüməsi:
A) bölünmə
B) rüşeym
C) valideyin
D) qız
E) nəsil
Yosunların zoosporları ali sporlu bitkilərin sporlarından nə ilə fərqlənir?
A) çoxalma prosesində iştirak etmələri ilə
B) nüvələrinin olması ilə
C) çoxhüceyrəli olmaları ilə
D) aktiv hərəkət etmək qabiliyyətinə malik olmaları ilə
E) birhüceyrəli olmaları ilə
«Xromosom» termini hansı sözlərin birləşməsindən yaranıb?
A) rəng və bədən
B) su və zülal
C) rəng və su
D) tel və çox
E) zəhər və su
Çömçəquyruqda quyruğun yox olmasında bilavasitə hansı orqanoid iştirak edir?
A) mitoxondri
B) endoplazmatik şəbəkə
C) Holci aparatı
D) xloroplast
E) lizosom
Hemoqlobinin qana qırmızı rəng verən hissəsi necə adlanır?
A) hem
B) qlobin
C) fibrinogen
D) fibrin
E) insulin
1- mineral duzlar, 2- zülallar, 3- karbohidratlar, 4- yağlar, 5 –su Aşağıdakı cavabların hansında hüceyrənin yalnız qeyri-üzvi maddələri verilmişdir?
A) 1, 5
B) 1, 2
C) 2, 3
D) 3, 5
E) 2, 4
Hansı heyvanlar həyat fəaliyyətində ultrasəslərdən istifadə edir?
A) sığırlar, suitilər
B) yarasalar, delfinlər
C) canavarlar, dəniz pişikləri
D) köstəbəklər, yereşənlər
E) meymunlar, canavarlar
Xaçlı hörümçəyin ürəyinin xarici görünüşü necədir?
A) üçbucaq formasında
B) 2 yumru hissədən ibarətdir
C) düzbucaq formasındadır
D) boruşəkilli
E) ovalşəkilli
Ən acı soğan hansı zonanın soğanıdır?
A) Hövsan
B) Lənkəran
C) Gəncə
D) Şəmkir
E) Bakı
Göstərilən canlılardan hansının nüvəsi yoxdur?
A) amöbün
B) bakteriyanın
C) infuzorun
D) yaşıl evqlenanın
E) volvoksun
Qarğıdalı bitkisində süni tozlanmanı nə zaman aparırlar?
A) isti və quraqlıq havada
B) soyuq və yağışlı havalarda
C) küləkli havada
D) qar yağanda
E) küləksiz havada
Meyvə nədən əmələ gəlir?
A) tozluqdan
B) zoğdan
C) toxumdan
D) yumurtalıqdan
E) yarpaqdan
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top