Tapılan ümumi test sayı : 115

Şibyə orqanizmindən yosunları çıxarsaq, hansı funksiya itər?
A) su və suda həll olunmuş duzların sorulması
B) çoxalma
C) tənəffüs
D) hərəkət
E) fotosintez nəticəsində üzvi maddələr yaranması
Hansı sırada yalnız saçaqlı kök sisteminə malik bitkilər göstərilmişdir?
A) bağayarpağı, dağ laləsi, yerköku, nar
B) palıd, söyüd, qovaq, şam, alma
C) dəvətikanı, pambıq, xiyar, armud, cökə
D) pomidor, nar, qızılgül, çinar
E) arpa, buğda, çovdar, vələmir
Birtipli qamet əmələgətirən fərd:
A) homoziqot
B) allel
C) genotip
D) heteroziqot
E) fenotip
Hansını aromorfoz hesab etmək olar?
A) cinsi çoxalmanın meydana çıxmasını
B) suyun dibində yaşayan balığın bədəninin yastılaşmasını
C) göyərçinin lələyinin yelpik şəklini almasını
D) qoruyucu rəngin əmələ gəlməsini
E) qızılsarmaşıqda yarpaqların itməsini
1. nuklein turşusuna malik olmaq 2. zülal sintez etmək 3. zülala malik olmaq 4. hüceyrə orqanoidlərinə malik olmaq Göstərilənlərdən hansı bütün bakteriya, virus və ibtidai orqanizmlər üçün xarakterikdir?
A) 2, 3
B) 1, 2, 3
C) 1, 2
D) 1, 2, 3, 4
E) 1, 3
Tərkibində adenin azotlu əsası, riboza və bir fosfat qalığı olan :
A) karbohidrat
B) zülal
C) RNT
D) DNT
E) ATF
Bütün plasentalılar üçün oxşar olan xüsusiyyət verilənlərdən hansıdır?
A) arxa ətraflara malik olmaları
B) kəsici,köpək,azı dişlərinə malik olmaları
C) beyin yarımkürələrində şırım və qırışların çox olması
D) tük örtüyünə malik olmaları
E) embrional inkişaf dövründə qəlsəmə yarıqlarının olması
Skorbut xəstəliyinə aid olmayan əlaməti göstərin:
A) dişlərin əti qanayır
B) qıcolmalar başlayır və iflic baş verir.
C) oynaqlarda ağrılar baş verir
D) infeksion xəstəliklərə qarşı oqanizmin müqaviməti azalır
E) ağızın selikli qişasında yaralar əmələ gəlir
İnsanda arterial qan ürək boşluğuna bilavasitə neçə damarla daxil olur?
A) 2
B) 1
C) 5
D) 4
E) 6
Aşağıdakılardan hansı orqanlar sistemi deyil?
A) epitel
B) qan-damar
C) ifrazat
D) cinsiyyət
E) sinir
Qidanı görərkən ağız suyunun ifrazı hansı reflekslərə aiddir?
A) şərtsiz müdafiə reflekslərinə
B) şərtsiz qida reflekslərinə
C) şərti müdafiə reflekslərinə
D) şərti qida reflekslərinə
E) şərtsiz səmt reflekslərinə
Mozalanlar həşəratların hansı dəstəsinə aiddirlər ?
A) sərtqanadlılar
B) pərdəqanadlılar
C) düzqanadlılar
D) pulcuqqanadlılar
E) ikiqanadlılar
Göl qurbağasının baş beyninə hansı qan gedir?
A) qarışıq
B) venoz
C) arterial
D) arterial və qarışıq
E) hemolimfa
Məməlilərdə mədə hansı orqanlar sisteminə aiddir ?
A) cinsiyyət
B) tənəffüs
C) qan-damar
D) həzm
E) ifrazat
14 hüceyrədən təşkil olunmuş ulotriksin neçə hüceyrəsi fotosintez edə bilər?
A) 10
B) 2
C) 1
D) 13
E) 12
Növlərin latın dilindəki adlarında birinci gələn söz hansı sistematik vahidin göstəricisidir?
A) sıranın
B) fəsilənin
C) növün
D) sinfin
E) cinsin
Çılpaqtoxumlulara aid olan fəsilələr hansılardır?
A) ardıc və qarmaqvari şam fəsiləsi
B) şamlar və sərvlər fəsilələri
C) qara şam və sidr fəsiləsi
D) şərq tuyası və Eldar şamı fəsiləsi
E) küknar və qaraçöhrə fəsilələri
Hansı mülahizə düzgün deyil?
A) hüceyrə orqanizmin ən kiçik bioloji vahididir
B) pambıq və kətan lifi hüceyrələrini adi gözlə görmək mümkün deyil
C) hüceyrələr ölçülərinə, formalarına görə müxtəlifdir
D) bitki hüceyrələri, adətən, çox kiçikdir
E) çiçəkli bitkilərin bütün orqanları hüçeyrədən təşkil olunmuşdur
Meyvəyanlığı nədən əmələ gəlir?
A) erkəkcikdən
B) yumurtacıqdan
C) toxumdan
D) yumurtalığın divarından
E) çiçək saplağından
Yazın ikinci əlaməti:
A) ağac bitkilərində yarpaqların açılması
B) küləklə tozlanan ağac və kol bitkilərinin çiçək açması
C) həşəratla tozlanan bitkilərin çiçək açması
D) kol bitkilərində şirə hərəkətinin başlanması
E) ağac bitkilərində şirə hərəkətinin başlanması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top