Tapılan ümumi test sayı : 115

Aşağıdakı sürünənlərdən hansının qabıqdəyişməsi zamanı köhnə dəri corab kimi çevrilərək bütövlüklə bədəndən ayrılır?
A) kərtənkələlərin
B) ilanların
C) dinozavrların
D) tısbağaların
E) timsahların
Qıjıların cinsli nəsli necə adlanır?
A) protonema
B) protal
C) plaun
D) kökümsov
E) yaşıl sap
Yaşıl quş mamırı torf mamırından göstəriləndən nə ilə fərqlənir?
A) sporlardan protonema əmələ gəlməsi ilə
B) xloroplastlarının olması ilə
C) toxumların olması ilə
D) sporlarla çoxalması ilə
E) rizoidinin olması ilə
Çəyirdək meyvəsi olan bitkilər:
A) albalı, şaftalı, ərik
B) əzgil, heyva, alma
C) qarağat, badam, püstə
D) pomidor, istiot, badımcan
E) günəbaxan, çovdar, buğda
Əgər xlamodomonadanın qırmızı gözcüyü çıxarılarsa nə baş verər?
A) çoxala bilməz
B) fotosintez edə bilməz
C) işığa doğru hərəkət edə bilməz
D) qaranlığa doğru hərəkət edə bilməz
E) işığa doğru hərəkət edər
Xəzanın əsas səbəbi:
A) yarpaqlarda törədici toxumanın məhv olması
B) iqlimin soyuması ilə əlaqədar olaraq torpaqda temperaturun aşağı düşməsi
C) yağışların çox yağması
D) yarpaqların zərərli maddələrlə zənginləşməsi
E) torpaqda mineral duzların azalması
Lələkvari yarpaqlar quruluşca hansı formalarda olur?
A) üçər lələkvari və barmaqvari lələkvari
B) yalnız cüt lələkvari
C) tək lələkvari və cüt lələkvari
D) yalnız barmaqvari lələkvari
E) yalnız tək lələkvari
Daş sarmaşığının qarmaqcıqları nədən əmələ gəlmişdir?
A) əlavə köklərdən
B) əsas və əlavə köklərdən
C) əsas köklərdən
D) sorucu köklərdən
E) yan köklərdən
DNT ikiləşir:
A) metafazada
B) sintetik mərhələdə
C) profazada
D) anafazada
E) presintetik mərhələdə
Aşağıdakı canlılardan hansının rüşeym mərhələsində mezoderma qatı əmələ gəlmir?
A) aureliyada
B) nereiddə
C) neştərçədə
D) planaridə
E) latimeriyada
Hansı sırada verilmiş bitkilər süni seçmə nəticəsində meydana gəlmişdir?
A) qara quşüzümü və qırmızı quşüzümü
B) gül kələm və ağbaş kələm
C) şam və küknar
D) qarağac və cökə
E) ağcaqayın və qovaq
Hemoqlobinin zülal hissəsi nə cür adlanır?
A) qlobin
B) fibrin
C) insulin
D) hem
E) fibrinogen
“Humor” sözünün dilimizə tərcüməsi:
A) tənzimləmə
B) maye
C) hormon
D) hərəkətə gətirmək
E) qan
Oynaq başının oynaq çuxurundan çıxması nə cür adlanır?
A) sınıq
B) skalioz
C) çıxıq
D) burxulma
E) kifoz
Sadalananlardan hansı həşərat deyil?
A) göyün
B) ipəkqurdu
C) pambıq sovkası
D) əqrəb
E) parabizən
Kərtənkələnin arxa ayağında neçə barmaq vardır?
A) 1
B) 6
C) 5
D) 2
E) 3
Yunan sözü olan loqos tərcümədə nə deməkdir?
A) elm
B) göbələk
C) canlı
D) bakteriya
E) bitki
Əlverişli şəraitdə 1 saat ərzində bir bakteriya hüceyrəsindən maksimum neçə nəsil yarana bilər?
A) 1
B) 5
C) 7
D) 9
E) 3
Kasacıq+tac:
A) meyvəyanlığıdır
B) çiçəkyanlığıdır
C) zoğdur
D) çiçək yatağıdır
E) tumurcuqdur
Toxum cücərən zaman ləpə yarpaqlarını torpağın üzərinə çixarmayan bitki:
A) günəbaxan
B) qarpız
C) lobya
D) kətan
E) noxud
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top