Tapılan ümumi test sayı : 115

Şibyə orqanizmindən yosunları çıxarsaq, hansı funksiya itər?
A) su və suda həll olunmuş duzların sorulması
B) fotosintez nəticəsində üzvi maddələr yaranması
C) hərəkət
D) tənəffüs
E) çoxalma
Hansı sırada yalnız saçaqlı kök sisteminə malik bitkilər göstərilmişdir?
A) bağayarpağı, dağ laləsi, yerköku, nar
B) pomidor, nar, qızılgül, çinar
C) arpa, buğda, çovdar, vələmir
D) palıd, söyüd, qovaq, şam, alma
E) dəvətikanı, pambıq, xiyar, armud, cökə
Birtipli qamet əmələgətirən fərd:
A) homoziqot
B) genotip
C) heteroziqot
D) allel
E) fenotip
Hansını aromorfoz hesab etmək olar?
A) qızılsarmaşıqda yarpaqların itməsini
B) göyərçinin lələyinin yelpik şəklini almasını
C) suyun dibində yaşayan balığın bədəninin yastılaşmasını
D) qoruyucu rəngin əmələ gəlməsini
E) cinsi çoxalmanın meydana çıxmasını
1. nuklein turşusuna malik olmaq 2. zülal sintez etmək 3. zülala malik olmaq 4. hüceyrə orqanoidlərinə malik olmaq Göstərilənlərdən hansı bütün bakteriya, virus və ibtidai orqanizmlər üçün xarakterikdir?
A) 1, 2, 3, 4
B) 1, 2, 3
C) 2, 3
D) 1, 2
E) 1, 3
Tərkibində adenin azotlu əsası, riboza və bir fosfat qalığı olan :
A) karbohidrat
B) ATF
C) DNT
D) zülal
E) RNT
Bütün plasentalılar üçün oxşar olan xüsusiyyət verilənlərdən hansıdır?
A) kəsici,köpək,azı dişlərinə malik olmaları
B) beyin yarımkürələrində şırım və qırışların çox olması
C) tük örtüyünə malik olmaları
D) arxa ətraflara malik olmaları
E) embrional inkişaf dövründə qəlsəmə yarıqlarının olması
Skorbut xəstəliyinə aid olmayan əlaməti göstərin:
A) oynaqlarda ağrılar baş verir
B) qıcolmalar başlayır və iflic baş verir.
C) infeksion xəstəliklərə qarşı oqanizmin müqaviməti azalır
D) dişlərin əti qanayır
E) ağızın selikli qişasında yaralar əmələ gəlir
İnsanda arterial qan ürək boşluğuna bilavasitə neçə damarla daxil olur?
A) 6
B) 5
C) 1
D) 2
E) 4
Aşağıdakılardan hansı orqanlar sistemi deyil?
A) qan-damar
B) sinir
C) ifrazat
D) cinsiyyət
E) epitel
Qidanı görərkən ağız suyunun ifrazı hansı reflekslərə aiddir?
A) şərti müdafiə reflekslərinə
B) şərti qida reflekslərinə
C) şərtsiz səmt reflekslərinə
D) şərtsiz qida reflekslərinə
E) şərtsiz müdafiə reflekslərinə
Mozalanlar həşəratların hansı dəstəsinə aiddirlər ?
A) ikiqanadlılar
B) düzqanadlılar
C) pərdəqanadlılar
D) pulcuqqanadlılar
E) sərtqanadlılar
Göl qurbağasının baş beyninə hansı qan gedir?
A) arterial
B) hemolimfa
C) arterial və qarışıq
D) venoz
E) qarışıq
Məməlilərdə mədə hansı orqanlar sisteminə aiddir ?
A) qan-damar
B) cinsiyyət
C) həzm
D) tənəffüs
E) ifrazat
14 hüceyrədən təşkil olunmuş ulotriksin neçə hüceyrəsi fotosintez edə bilər?
A) 12
B) 10
C) 13
D) 2
E) 1
Növlərin latın dilindəki adlarında birinci gələn söz hansı sistematik vahidin göstəricisidir?
A) cinsin
B) sinfin
C) fəsilənin
D) sıranın
E) növün
Çılpaqtoxumlulara aid olan fəsilələr hansılardır?
A) ardıc və qarmaqvari şam fəsiləsi
B) qara şam və sidr fəsiləsi
C) küknar və qaraçöhrə fəsilələri
D) şamlar və sərvlər fəsilələri
E) şərq tuyası və Eldar şamı fəsiləsi
Hansı mülahizə düzgün deyil?
A) hüceyrə orqanizmin ən kiçik bioloji vahididir
B) pambıq və kətan lifi hüceyrələrini adi gözlə görmək mümkün deyil
C) hüceyrələr ölçülərinə, formalarına görə müxtəlifdir
D) çiçəkli bitkilərin bütün orqanları hüçeyrədən təşkil olunmuşdur
E) bitki hüceyrələri, adətən, çox kiçikdir
Meyvəyanlığı nədən əmələ gəlir?
A) toxumdan
B) yumurtalığın divarından
C) çiçək saplağından
D) yumurtacıqdan
E) erkəkcikdən
Yazın ikinci əlaməti:
A) küləklə tozlanan ağac və kol bitkilərinin çiçək açması
B) ağac bitkilərində yarpaqların açılması
C) ağac bitkilərində şirə hərəkətinin başlanması
D) həşəratla tozlanan bitkilərin çiçək açması
E) kol bitkilərində şirə hərəkətinin başlanması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top