Tapılan ümumi test sayı : 115

Əgər anаdonta böyük göl ilbizinin tənəffüs orqanınna malik olsaydı, onda:
A) qidalanma və tənəffüs prosesi eyni vaxtda getməzdi
B) ifrazat prosesi pozulardı
C) çoxalmazdı
D) çanağa malik olmazdı
E) maddələr mübadiləsi getməzdi
Yosunlarda gedən konyuqasiya prosesi:
A) iki hüceyrənin daxili möhtəviyyatının bir-birinə qarışmasıdır
B) hərəkət formasıdır
C) bir neçə hüceyrə hissələrinin ayrılmasıdir
D) qidalanma formasıdır
E) bir hüceyrə hissələrinin ayrılmasıdır
200 yaşı olan cökə ağacının gövdəsində neçə kambi qatı var?
A) 1
B) 0
C) 200
D) 2
E) 199
Orqanizmin daxili və xarici əlamətlərinin cəmi necə adlanır?
A) genotip
B) heteroziqot
C) homoziqot
D) fenotip
E) allel
Cinsiyyət vəzilərində yetişmə mərhələsində hansı proses baş verir?
A) mitoz
B) amitoz
C) böyümə
D) meyoz
E) interfaza
Tərkibində adenin azotlu əsası, riboza və üç dənə fosfat qalığı olan :
A) zülal
B) ATF
C) RNT
D) karbohidrat
E) DNT
Bitkilərin sistematik qruplarının düzgün ardıcıllığını göstərin:
A) tip, sinif, dəstə, fəsilə, cins, növ
B) növ, cins, dəstə, fəsilə, sinif, tip
C) sinif, sıra, şöbə, fəsilə, cins, növ
D) şöbə, sinif, dəstə, fəsilə, cins, növ
E) şöbə, sinif, sıra, fəsilə ,cins, növ
Ördəkburunun quruluş və həyat fəaliyyətinin hansı xüsusiyyəti məməlilərin sürünənlərdən əmələ gəlməsini sübut edən dəlillərə aiddir?
A) yumurtaqoymaqla çoxalma
B) balanın südlə bəslənməsi
C) yumurta üzərində kürt yatmaq
D) diafraqma
E) dördkameralı ürək
Göl qurbağası və çay xanısı üçün ümumi əlamət:
A) kəllə sümüklərinin sayının az olması
B) onurğanın qısa olması
C) dəridə selik ifraz edən vəzilərin olması
D) beyinciyin zəif inkişaf etməsi
E) qabırğaların olmaması
Dərinin hansı təbəqəsində qan damarlar yoxdur?
A) epidermis və dermada
B) yalnız piy təbəqəsində
C) yalnız epidermisdə
D) epidermis və piy təbəqəsində
E) yalnız dermada
Sümüklərin elastikliyi nədən asılıdır?
A) sudan
B) üzvi maddələrdən
C) sümüyün yerləşməsindən
D) mineral maddələrdən
E) sümük hüceyrələrinin ölçülərindən
İnsanda beyin yarımkürələri baş beynin bilavasitə hansı şöbələrinin üzərini örtür?
A) ara beyin və beyinciyin
B) orta beyin və beyinciyin
C) uzunsov beyin və beyinciyin
D) bütün şöbələrin
E) orta və ara beynin
Volvoks koloniyası 1000 hüceyrədən təşkil olunmuşdur. Hüceyrələrinin 25%-ni itirərsə, bu volvoks koloniyası hüceyrələri nə qədər qamçıya malik olar?
A) 1500
B) 250
C) 150
D) 500
E) 750
Erkək qurbağada dişidən fərqli olaraq:
A) kloaka var
B) göz qapaqları var
C) dəri tənəffüsü var
D) yapışqanlı dil var
E) rezonator var
İnstinkt nədir?
A) qarıncığın hərəkətidir
B) ana arının adıdır
C) arı ailəsinin adıdır
D) mürəkkəb hərəkətlər ardıcıllığıdır
E) nektar toplamaq üçün uyğunlaşmadır
Filin xortumu:
A) üst dodağın və burnun uzanmasından əmələ gəlmişdir
B) burnun uzanmasından əmələ gəlmişdir
C) alt dodağın və burnun uzanmasından əmələ gəlmişdir
D) üst dodağın və dişlərin uzanmasından əmələ gəlmişdir
E) üst dodağın və alt dodağın uzanmasından əmələ gəlmişdir
Su və muneral maddələrin kökün sorucu zonasının en kəsiyindən keçmə ardıcıllığını göstərin:
A) sorucu tellər, kök qabığı hüceyrələri, ötürücü borular
B) kök qabığı hüceyrələri, sorucu tellər, kök qabığı hüceyrələri,
C) ötürücü borular, kök qabığı hüceyrələri,sorucu tellər
D) ötürücü borular,sorucu tellər, kök qabığı hüceyrələri
E) kök qabığı hüceyrələri, ötürücü borular, sorucu tellər
Yabanı turpun salxım çiçəkqrupunda 200 çiçək olarsa burada nə qədər ləçək olar?
A) 600
B) 800
C) 200
D) 1000
E) 400
Fəsilələr bilavasitə hansı sistematik kate qoriyada birləşir?
A) sinifdə
B) cinsdə
C) sırada
D) aləmdə
E) şöbədə
Dalayıcı hüceyrə hidraya nə üçün lazımdır?
A) çoxalması üçün
B) sualtı əşyalara yapışmaq üçün
C) müdafiə və ovunu tutmaq üçün
D) sakit dayanması üçün
E) hərəkət etmək üçün
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top