Tapılan ümumi test sayı : 220

Hansı cümlələrdə isim işlənməmişdir. 1.Gecə keçir, səhər açılırdı. 2.Bildiklərini dönə-dönə təkrar et. 3. Oralarda yaşamaq çətinləşmişdi. 4. Böyük dura-dura kiçik danışmaz. 5. Hər tərəf başdan-başa gül-çiçəklə bəzənmişdi.
A) 1,3,5
B) 3,4,5
C) 2,3,4
D) 2,3,5
E) 1,4,5
Fikirlərdən biri səhvdir:
A) ud sözü omonim olub isim və fel kimi işlənir
B) atlaz-parça növü, atlas- xəritələr toplusu deməkdir.
C) manqurt –düşünmək qabiliyyətini itirmiş mənasını bildirir.
D) iffət –ismətli, həyalı, namuslu sözləri ilə sinonimdir.
E) qayın eyni nitq hissəsinə aid omonim sözdür.
Bu cümlədə hansı normalar pozulub? “Münsiflər heyəti bu gənc müğənnini gələcəyin böyük muğam ifaçısı ampulasında görmürdülər”.
A) yalnız qrammatik
B) qrammatik və fonetik
C) leksik və qrammatik
D) yalnız leksik
E) leksik və fonetik
Verilmiş cümlələrin hansında zərf yoxdur?
A) Dünən məktəbdə tədbir keçirildi.
B) Uşaqlar həyətdə futbol oynayırlar.
C) Qız cəld mətbəxə keçdi.
D) Hava birdən tutuldu.
E) Yayda kəndə gələrsən.
“Namizədlik işi” birləşməsinin I tərəfinin fonetik təhlilinə aid hansı fikirlər səhvdir? 1. Vurğusu və uzun saiti fərqli hecadadır. 2. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. 3. Samitlərdən ikisi kardır. 4. Sözdə qarşılıq təşkil edən samit cütlük işlənmişdir. 5. Tələffüz şəkli [na:mizətdix`]şəklindədir.
A) 1,2,4
B) 1,3,5
C) 3,4,5
D) 3,5
E) 2,4
III növ təyini söz birləşməsini göstərin.
A) morfoloji faktlar
B) anasının arzularını yerinə yetirən
C) orfoqrafik qaydalar
D) leksik vahidlərin işlənməsi
E) yol işarələrini dəyişmək
“İgid” sözünün leksik təhlilindəki səhvi göstərin
A) Əsl Azərbaycan sözüdür.
B) Təkmənalı sözdür.
C) Qorxaq, cəsarətsiz sözləri ilə antonimdir.
D) Ümumişlək sözdür.
E) Səmimi, mülayim sözləri ilə sinonimdir.
Vasitəli nitqli cümlələri müəyyən edin: 1. “Görünür, mehriban ailədir”, -deyə Firudin düşündü. 2. Ənvər təşəkkür edərək bildirdi ki, onun üçün bu gündən əziz gün olmayıb. 3. “Ətiacıdır, araqarışdırandır, çox pis adamdır”,-deyə Xavər öz-özünə düşündü. 4. Babası deyərdi ki, o, nəvəsini oğlundan çox istəyir. 5. Şübhəsiz ki, səndən yaxşı musiqiçi olacaq
A) 2, 5
B) 1, 3
C) 2, 3
D) 2, 4
E) 4, 5
İntonasiya ilə bağlanmış tabeli mürəkkəb cümlələrdən biri tamamlıq budaq cümləlidir:
A) İgid odur, yaman günə dayansın.
B) Elə danışır, bişmiş toyuğun da gülməyi gəlir.
C) Adam var, heç nədən qorxusu yoxdur
D) Getmək istəyir, əlini qaldırsın.
E) Ay Kərim, heç deməzsən, aldatdım.
Budaq cümləsi baş cümlədən əvvəl gələn tabeli mürəkkəb cümləni göstərin.
A) Solmazın ürəyindən keçir ki, babası hər gün onlara qonaq gəlsin
B) Hamı bilir ki, payızda meyvə bol olur
C) Kim əla oxuyursa, bu kitab ona çatacaq
D) Fəxr edirəm ki, sənin kimi həmyerlim var
E) Arzum budur ki, sən də əlaçı olasan
“Anadan belə laqeyd danışmazlar” cümləsi …
A) ümumi şəxsli müxtəsər cümlədir.
B) ümumi şəxsli geniş cümlədir
C) müəyyən-şəxsli geniş cümlədir.
D) qeyri-müəyyən şəxsli müxtəsər cümlədir.
E) qeyri-müəyyən şəxsli geniş cümlədir.
Uyğunluğu müəyyən edin. I. Vurğu üçüncü hecaya düşür. II. Vurğu ikinci hecaya düşür. III. Vurğu birinci hecaya düşür. 1. Antarktida, dekorasiya 2. Arktika, missiya 3. iyul,iyun
A) I - I II - 3 III - 2
B) I - 2 II - 2 III - 1
C) I - 1 II - 2 III - 3
D) I - 2 II - 1 III - 3
E) I - 3 II - 2 III - 1
Hansı cərgədəki sözlərin leksik mənası yoxdur və suala cavab vermir?
A) kitab, həyat, kaş
B) dünya, təkcə, səma
C) cəld, görkəm, axı
D) axı, kaş, savayı
E) kimi, qədər, dəniz
Əvəzliklər hansı nitq hissələrinin yerində işlənmişdir? Mən meydan əriyəm, sən də bir kişi. Mərdliklə seçilir hər mərdin işi.
A) say, sifət
B) zərf, isim
C) isim, sifət
D) isim, say
E) sifət, zərf
Antonim sözlər cərgəsini göstərin.
A) pis-əyri, düz-dürüst
B) sevmək-ağlamaq, atmaq-vermək
C) xoşbəxt-sevincli, qəm-kədər
D) dərə-təpə, az-çox
E) böyük-iri, qoca-ahıl
“Etiket” termini ilə paralel olaraq işlədilir:
A) nitq aktı
B) jest
C) yarlıq
D) mimika
E) nitq
Söz birləşməsi nədir?
A) Nitq hissələrinin birləşməsidir
B) Bitmiş bir fikrin ifadəsidir.
C) Əsas tərəfin tələbi ilə asılı tərəfin hallanmasıdır
D) İki və daha artıq sözün leksik və qrammatik cəhətdən birləşməsidir.
E) İntonasiya bütövlüyü ilə seçilir.
Hansı cümlələrdə məchul növ fel işlənib? 1. Ətrafa şəfəq saçıldı. 2. Bu mahnı çox sevilirdi. 3. Bu söhbətdən sonra o, çox kədərləndi. 4. İşdən sonra çox yorulmuşdu. 5. Yaz gəlir, torpaq bellənir.
A) 2, 5
B) 1, 4
C) 3, 4
D) 2, 3
E) 1, 5
Hansı? sualına cavab verən sayın növünü göstərin.
A) qeyri – müəyyən miqdar sayı
B) sıra sayı
C) müəyyən miqdar sayı
D) qeyri – müəyyən miqdar və kəsr sayı
E) kəsr sayı
Hansı sözlərin orfoepiyası düzdür. 1. [fəntgir] 2. [hanbal] 3. [arkestr] 4. [bayraxdar] 5. [teatır]
A) 2,3,4
B) 2,3,5
C) 1,3,4
D) 1,3,5
E) 1,2,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top