Tapılan ümumi test sayı : 220

S.Ə.Şirvaninin yaradıcılığı ilə bağlı fikrilərdən biri səhvdir:
A) Lirik şeirləri yalnız məhəbbət mövzusundadır.
B) Cəmiyyətin problemlərini tənqid edən satiraları vardır
C) Ədəbi irsinin böyük bir hissəsi lirik şeirlərdən ibarətdir.
D) Həm lirik, həm də epik əsərlər müəllifidir.
E) O həm də təzkirə müəllifidir.
M.İbrahimovun “Pərvanə” əsəri ilə İ.Şıxlının “Dəli Kür”əsəri üçün ortaq cəhət ola bilməz:
A) Qori Müəllimlər Seminariyasının fəaliyyətindən bəhs edilməsi.
B) Sinfi mübarizə baxımından hadisələrin təsviri.
C) Peterburq universitetində təhsil alan maarifçi obrazının yaradılması.
D) XIX əsr mürəkkəb dövrün hadisələrinin təsviri.
E) Çernyayevski surətinin yaradılması.
N.Gəncəvinin “Yaralı bir uşağın dastanı” mənzum hekayəsində şair ikinci uşağın düşüncəsini və hərəkətini nə adlandırır?
A) satqınlıq
B) ağıllılıq
C) biclik
D) sadəlövhlük
E) düşüncəsizlik
Verilmiş şeirdə işlənmişdir: “Gül xəcalətdən qızarıb şərmsar oldu yenə”
A) epitet
B) sinekdoxa
C) istiarə (metafor
D) təkrir
E) təşbeh
Nəsiminin həyatı və yaradıcılığı ilə bağlı verilən fikirlərdən biri səhvdir:
A) 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur.
B) Azərbaycan ədəbiyyatında hürufilik ideyalarının daşıyıcısı kimi tanınır.
C) 1417-ci ildə Hələb şəhərində edam olunmuşdur.
D) Yalnız Azərbaycan və fars dillərində şeirlər yazmışdır.
E) "Hüseyni", "Seyyid", "Nəsimi" təxəllüsləri ilə şeirlər yazmışdır
Şifahi ədəbiyyatı yazılı ədəbiyyatdan fərqləndirən cəhətləri seçin. 1. şifahi şəkildə yaranması və yayılması 2. müəllifin bəlli olması 3. çoxvariantlı olması 4. yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlaması 5. bütövlükdə xalqın ümumi yaradıcılığının məhsulu olması
A) 1, 3, 5
B) 1, 4, 5
C) 1, 2, 3
D) 2, 3
E) 1, 4
M.Arazın Cənub həsrəti ilə əlaqədar yazdığı şeirləri göstərin. 1. «Körpünün həsrəti»  2.«Araz üstündə çinar gördüm» 3.«Yanın, işıqlarım»  4.«Araz yadıma düşüb» 5. «Araz çayı»
A) 4,5
B) 2,4
C) 1,2,4
D) 2,3,4
E) 1,4,5
«İstiarə» sözünün mənası nədir?
A) Yunan sözü olub "addəyişmə" deməkdir.
B) Ərəb sözü olub "şişirtmə" deməkdir.
C) Ərəb sözü olub "bənzətmə" deməkdir.
D) Yunan sözü olub "simvol" deməkdir.
E) Ərəbcə "köçürmə" deməkdir.
Məhsəti Gəncəvinin yaradıcılığı ilə bağlı səhv fikri göstərin.
A) XII əsrdə yaşamış bu şairə rübailəri ilə məşhurdur
B) Şeirlərində humanizm, səmimi hislər, dərin fəlsəfi mühakimələr öz əksini tapmışdır
C) Rübailərindən başqa, epik əsərləri də vardır.
D) Fars dilində yazıb-yaratmışdır.
E) Gəncə sarayında yüksək nüfuz sahibi olmuş və burada ona bir qəzəli üçün bir xəzinə bağışlanmışdır.
«Azad» hekayəsi mövzu və ideyasına görə hansı əsərlə səsləşir?
A) Ə.Kərim «Qaytar ana borcunu»
B) S.S.Axundov «Nurəddin»
C) Ə.Haqverdiyev «Şeyx Şəban»
D) N.Gəncəvi «Xeyir və Şər»
E) İ.Əfəndiyev «Xəncər»
Ədəbiyyat nəzəriyyəsi haqqında verilənlərdən biri doğrudur:
A) Ədəbiyyatın ümumi qanunauyğunluqlarını və s. öyrənir
B) Müasir əsərləri başa düşməkdə oxucuya yol göstərir
C) Sənətkarların əsərlərini təhlil edib onlara istiqamət verir.
D) Ədəbiyyatın keçdiyi tarixi inkişaf yolunu araşdırır.
E) İnsanı tərbiyə edir və onun daxili aləmini zənginləşdirir
“Sən zalımsan, zülmkarsan! Ancaq beləsi yaradanı kəsə bilər.Onu bil ki, onun yaratdıqları intiqamı səndə qoymayacaq, onların arasında rahat nəfəs ala bilməyəcəksən, kef- işrət məclisləri qura bilməyəcəksən. O binalar sənin deyil, mənimdir. Onlar səni qəbir kimi sıxacaq”. Verilmiş mətn parçası hansı əsərdən götürülmüşdür?
A) "İsgəndər quş dili öyrənir"
B) "Ağabəyimağa"
C) "Koroğlu "dastanından "Düratın itməyi" qolu
D) "Xan sarayı"
E) "Zeynalabdin"
Elə ki Rum şahı taxta oturdu, Dünyaya mum kimi bir naxış vurdu. Bütün ölkələrə ədli səs saldı, Rum taxtı onunla yeni rəng aldı. Verilmiş misralar hansı əsərdəndir və bu əsərin müəllifi kimdir?
A) Nizami Gəncəvi"İsgəndərnamə"
B) Ələmdar Quluzadə"Alim və quldur"
C) Səməd Vurğun "Azərbaycan"
D) Nizami Gəncəvi"Sirlər xəzinəsi"
E) Əliağa Kürçaylı "Bakı"
Hansı fikir doğrudur?
A) Təsvir və təhkiyə dramatik növ üçün xarakterikdir.
B) Forma dəyişkən, məzmun sabitdir.
C) Lirik ricət təbiət lövhəsinin sözlə ifadəsidir
D) Süjet kompozisiyanın ünsürüdür.
E) Məzmun və formanın vəhdətində məzmun əsasdır və forma məzmundan törəyir.
C.Novruz əsərlərinin hansında xalqımızın Qarabağ dərdini qələmə almışdır?
A) «Sağlığında qiymət verin insanlara»
B) «İnsan himnləri»
C) «İlk görüş»
D) «İxtiyarım olsa idi»
E) «Qalxdım dağlara»
Aşağıdakı sənətkarlardan birinin yaradıcılığı ədəbi tənqidçilər tərəfindən səkkizinci «Qarabağnamə» hesab olunur:
A) İ.Əfəndiyev
B) S.Vurğun
C) M.İbrahimov
D) S.Rəhimov
E) S.Rüstəm
Azərbaycan ədəbiyyatında ilk komediya hansı əsərdir?
A) «Hekayəti-xırs quldurbasan»
B) «Hekayəti – Molla İbrahimxəlil kimyagər»
C) «Mürafiə vəkillərinin hekayəti»
D) «Hacı Qara»
E) «Aldanmış kəvakib»
“Düratın itməyi” qolunda Koroğlu Qara xana özünü kim olaraq təqdim edir?
A) ilxıçı
B) nökər
C) dəlilərdən biri
D) aşıq
E) Koroğlu
Verilənlərdən biri məhəbbət dastanıdır:
A) "Koroğlu"
B) "Qaçaq Nəbi"
C) "Kitabi - Dədə Qorqud"
D) "Aşıq Qərib"
E) "Qaçaq Kərəm"
«Qaranquş» əsəri hansı janrda yazılmışdır?
A) lətifə
B) hekayə
C) əfsanə
D) dastan
E) nağıl
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top