Tapılan ümumi test sayı : 220

Hansı cümlələrdə isim işlənməmişdir. 1.Gecə keçir, səhər açılırdı. 2.Bildiklərini dönə-dönə təkrar et. 3. Oralarda yaşamaq çətinləşmişdi. 4. Böyük dura-dura kiçik danışmaz. 5. Hər tərəf başdan-başa gül-çiçəklə bəzənmişdi.
A) 1,4,5
B) 1,3,5
C) 2,3,4
D) 3,4,5
E) 2,3,5
Fikirlərdən biri səhvdir:
A) atlaz-parça növü, atlas- xəritələr toplusu deməkdir.
B) iffət –ismətli, həyalı, namuslu sözləri ilə sinonimdir.
C) qayın eyni nitq hissəsinə aid omonim sözdür.
D) manqurt –düşünmək qabiliyyətini itirmiş mənasını bildirir.
E) ud sözü omonim olub isim və fel kimi işlənir
Bu cümlədə hansı normalar pozulub? “Münsiflər heyəti bu gənc müğənnini gələcəyin böyük muğam ifaçısı ampulasında görmürdülər”.
A) yalnız leksik
B) leksik və fonetik
C) leksik və qrammatik
D) yalnız qrammatik
E) qrammatik və fonetik
Verilmiş cümlələrin hansında zərf yoxdur?
A) Uşaqlar həyətdə futbol oynayırlar.
B) Dünən məktəbdə tədbir keçirildi.
C) Hava birdən tutuldu.
D) Qız cəld mətbəxə keçdi.
E) Yayda kəndə gələrsən.
“Namizədlik işi” birləşməsinin I tərəfinin fonetik təhlilinə aid hansı fikirlər səhvdir? 1. Vurğusu və uzun saiti fərqli hecadadır. 2. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. 3. Samitlərdən ikisi kardır. 4. Sözdə qarşılıq təşkil edən samit cütlük işlənmişdir. 5. Tələffüz şəkli [na:mizətdix`]şəklindədir.
A) 1,2,4
B) 1,3,5
C) 2,4
D) 3,5
E) 3,4,5
III növ təyini söz birləşməsini göstərin.
A) yol işarələrini dəyişmək
B) morfoloji faktlar
C) anasının arzularını yerinə yetirən
D) orfoqrafik qaydalar
E) leksik vahidlərin işlənməsi
“İgid” sözünün leksik təhlilindəki səhvi göstərin
A) Qorxaq, cəsarətsiz sözləri ilə antonimdir.
B) Səmimi, mülayim sözləri ilə sinonimdir.
C) Təkmənalı sözdür.
D) Əsl Azərbaycan sözüdür.
E) Ümumişlək sözdür.
Vasitəli nitqli cümlələri müəyyən edin: 1. “Görünür, mehriban ailədir”, -deyə Firudin düşündü. 2. Ənvər təşəkkür edərək bildirdi ki, onun üçün bu gündən əziz gün olmayıb. 3. “Ətiacıdır, araqarışdırandır, çox pis adamdır”,-deyə Xavər öz-özünə düşündü. 4. Babası deyərdi ki, o, nəvəsini oğlundan çox istəyir. 5. Şübhəsiz ki, səndən yaxşı musiqiçi olacaq
A) 2, 3
B) 1, 3
C) 2, 4
D) 4, 5
E) 2, 5
İntonasiya ilə bağlanmış tabeli mürəkkəb cümlələrdən biri tamamlıq budaq cümləlidir:
A) Adam var, heç nədən qorxusu yoxdur
B) Elə danışır, bişmiş toyuğun da gülməyi gəlir.
C) İgid odur, yaman günə dayansın.
D) Getmək istəyir, əlini qaldırsın.
E) Ay Kərim, heç deməzsən, aldatdım.
Budaq cümləsi baş cümlədən əvvəl gələn tabeli mürəkkəb cümləni göstərin.
A) Solmazın ürəyindən keçir ki, babası hər gün onlara qonaq gəlsin
B) Hamı bilir ki, payızda meyvə bol olur
C) Arzum budur ki, sən də əlaçı olasan
D) Kim əla oxuyursa, bu kitab ona çatacaq
E) Fəxr edirəm ki, sənin kimi həmyerlim var
“Anadan belə laqeyd danışmazlar” cümləsi …
A) qeyri-müəyyən şəxsli geniş cümlədir.
B) ümumi şəxsli geniş cümlədir
C) ümumi şəxsli müxtəsər cümlədir.
D) qeyri-müəyyən şəxsli müxtəsər cümlədir.
E) müəyyən-şəxsli geniş cümlədir.
Uyğunluğu müəyyən edin. I. Vurğu üçüncü hecaya düşür. II. Vurğu ikinci hecaya düşür. III. Vurğu birinci hecaya düşür. 1. Antarktida, dekorasiya 2. Arktika, missiya 3. iyul,iyun
A) I - 1 II - 2 III - 3
B) I - 2 II - 2 III - 1
C) I - I II - 3 III - 2
D) I - 2 II - 1 III - 3
E) I - 3 II - 2 III - 1
Hansı cərgədəki sözlərin leksik mənası yoxdur və suala cavab vermir?
A) axı, kaş, savayı
B) kitab, həyat, kaş
C) kimi, qədər, dəniz
D) cəld, görkəm, axı
E) dünya, təkcə, səma
Əvəzliklər hansı nitq hissələrinin yerində işlənmişdir? Mən meydan əriyəm, sən də bir kişi. Mərdliklə seçilir hər mərdin işi.
A) sifət, zərf
B) say, sifət
C) zərf, isim
D) isim, sifət
E) isim, say
Antonim sözlər cərgəsini göstərin.
A) xoşbəxt-sevincli, qəm-kədər
B) pis-əyri, düz-dürüst
C) sevmək-ağlamaq, atmaq-vermək
D) dərə-təpə, az-çox
E) böyük-iri, qoca-ahıl
“Etiket” termini ilə paralel olaraq işlədilir:
A) mimika
B) nitq
C) yarlıq
D) jest
E) nitq aktı
Söz birləşməsi nədir?
A) İki və daha artıq sözün leksik və qrammatik cəhətdən birləşməsidir.
B) Əsas tərəfin tələbi ilə asılı tərəfin hallanmasıdır
C) İntonasiya bütövlüyü ilə seçilir.
D) Bitmiş bir fikrin ifadəsidir.
E) Nitq hissələrinin birləşməsidir
Hansı cümlələrdə məchul növ fel işlənib? 1. Ətrafa şəfəq saçıldı. 2. Bu mahnı çox sevilirdi. 3. Bu söhbətdən sonra o, çox kədərləndi. 4. İşdən sonra çox yorulmuşdu. 5. Yaz gəlir, torpaq bellənir.
A) 1, 5
B) 2, 5
C) 1, 4
D) 2, 3
E) 3, 4
Hansı? sualına cavab verən sayın növünü göstərin.
A) müəyyən miqdar sayı
B) kəsr sayı
C) qeyri – müəyyən miqdar sayı
D) sıra sayı
E) qeyri – müəyyən miqdar və kəsr sayı
Hansı sözlərin orfoepiyası düzdür. 1. [fəntgir] 2. [hanbal] 3. [arkestr] 4. [bayraxdar] 5. [teatır]
A) 2,3,5
B) 1,2,5
C) 2,3,4
D) 1,3,4
E) 1,3,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top