Tapılan ümumi test sayı : 220

Cümlədəki isimlərin hansı halda olduğunu ardıcıllıqla göstərin. Həkim məsləhəti ilə xəstələrin hamısını müayinə etdilər
A) yiyəlik, adlıq, yiyəlik, təsirlik
B) adlıq, adlıq,
C) adlıq,təsirlik, yiyəlik, adlıq
D) yiyəlik, təsirlik
E) yiyəlik, adlıq
Fikirlərdən biri səhvdir
A) bekar-işsiz,məşğuliyyətsiz deməkdir.
B) zindan eyni nitq hissəsinə aid omonim sözdür.
C) qala sözü omonim olub isim və fel kimi işlənir.
D) iffətli –ismətli, həyalı, namuslu sözləri ilə sinonimdir.
E) servis-qab dəsti, serviz-əhaliyə məişət xidməti deməkdir
Mübtədası sadə olan cümlə hansıdır?
A) Şairin həyatı çox acınacaqlı keçib.
B) Araz çayı Azərbaycanı iki yerə ayırır.
C) Yaxşı oxumaq hamıdan tələb olunur.
D) «Od gəlini» faciəsini Cəfər Cabbarlı yazıb.
E) Əlimuxtar və Şahsənəm bu məsələni birlikdə həll edəcəklər.
Sözlərdən yalnız birinə saitlə başlanan hal şəkilçisi artırdıqda söz kökündəki son sait düşmür:
A) sətir
B) isim
C) çiyin
D) ətir
E) fəsil
Hansı sözün yazılışı səhvdir?
A) açıq-qırmızı
B) müdrük
C) müəssisə
D) peşman
E) əhvali-ruhiyyə
“Üstünlük” sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin: 1. Sözdə 8 səs, 8 hərf vardır. 2. Deyilişi ilə yazılışı fərqlənmir. 3. [ü] – incə, dodaqlanan, qapalı saitdir. 4. Sözdəki [s], [t], [x`] kar, [n], [l] cingiltili samitlərdir. 5. Sözdə incə saitlərin ahəngi vardır. 6. Vurğusu ikinci hecaya düşür
A) 3, 4, 5
B) 1, 4, 5
C) 2, 3, 6
D) 1, 3, 5
E) 2, 5, 6
Mürəkkəb adlar haqqındakı fikirlərdən biri səhvdir.
A) Bütövlükdə cümlənin bir üzvü olur.
B) Tərkibindəki sözlər ayrı yazılır.
C) Mürəkkəb adların bir çoxunun qəbul edilmiş vahid ixtisar forması var.
D) Frazeoloji birləşmələr də mürəkkəb addır, bəzən onlara "abreviatur"deyilir.
E) Tərkibindəki hər sözün öz vurğusu olur.
Fərqləndirilmiş sözlərin arasında hansı sintaktik əlaqə var? Payız günəşinin mavi sularda əks olunan şüaları onun gözlərini qamaşdırırdı.
A) idarə
B) uzlaşma
C) uzlaşma, idarə
D) idarə, yanaşma
E) yanaşma
Elə baş cümlə seçin ki, «həmişə yaxşılıq etsin» cümləsi təyin budaq cümləsi olsun
A) O çalışmırdı ki,...
B) Söhbət əsasında o da deyildi ki,…
C) İnsan o zaman sevilər ki,…
D) Ata oğluna məsləhət etdi ki,…
E) Mən insan o adama deyərəm ki,…
Hansı misralarda həmcins üzvlər işlənmişdir? Qara yel gah əsir, gah da dayanır. Hələ də evlərdə buxarı yanır. Yağışlar çoxalır, göllənir sular. Qamış da göyərir canı var kimi
A) üçüncü
B) üçüncü və dördüncü
C) birinci və ikinci
D) birinci
E) birinci və üçüncü
Tərəflərindən biri ayrılıqda işlənə bilməyən mürəkkəb isimlər olan cərgəni göstərin:
A) gecə-gündüz, baramaqurdu
B) dizin-dizin, əyri-əyri
C) ayaqqabı, oğul-uşaq
D) ağacdələn, dəmir-dümür
E) mer-meyvə, kağız-kuğuz
Nümunələrdən birində feli bağlama tərkibi səbəb zərfliyi kimi işlədilmişdir:
A) Ana balalarına baxarkən sevinirdi.
B) Maşın sola burulanda sürücü sürəti artırdı.
C) İnsan yaşa dolduqca daha da müdrikləşməlidir.
D) Birdən dəhşətli ildırım şaqqıltısını eşidib qorxdum
E) Böyüyə qulaq asanda iş də yaxşı gedir.
Uzun saitli sözləri göstərin. 1. amal 2. mütləq 3. sonra 4. norma 5. namuslu 6. aşpaz 7. asan 8. kitab
A) 2,4,6
B) 4,6,8
C) 3,5,7
D) 1,4,7
E) 1,3,5
Sinonimlər cərgəsini göstərin
A) qəmli-fərəhli
B) qurd-canavar
C) göz-qaş
D) çox-az
E) tullamaq-yığmaq
Verilmiş cümlənin morfoloji təhlili ilə bağlı yanlış fikir hansıdır? Onun dedikləri görülməli işi yubadır.
A) “Onun” - yiyəlik halda olan şəxs əvəzliyidir.
B) “görülməli” - düzəltmə feldir, məchul növdədir, təsriflənməyən feldir.
C) “dedikləri” - isimləşmiş feli sifətdir.
D) “işi” – mənsubiyyət şəkilçili adlıq halda olan isimdir.
E) “yubadır” - xəbər şəklində olan sadə, təsirli feldir.
Sadalanan xüsusiyyətlərdən yalnız biri hansı sözdədir? 1. Ahəng qanununun pozulması 2. Sözdə uzun tələffüz olunan saitin olması
A) elan
B) sakit
C) malik
D) üsul
E) asudə
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayan bağlayıcılar hansılardır?
A) hətta, o cümlədən
B) ya, ya da, gah, gah da
C) nə, nə də, ya, ya da
D) amma, ancaq, lakin
E) həm, həm də, da, də
Hansı cümlədə “ki” ədat kimi işlənib?
A) Onun ki bu məsələdən xəbəri yoxdur.
B) Elə yaşa ki, sonra utanmayasan.
C) Atalar deyib ki, bu günün işini sabaha qoyma.
D) Danış ki, ürəyin boşalsın.
E) Mən bilirəm ki, zəhmət qiymətsiz qalmaz.
Uyğunluğu müəyyən edin. I. Vurğu üçüncü hecaya düşür. II. Vurğu ikinci hecaya düşür. III. Vurğu birinci hecaya düşür. 1. tamamilə, geologiya 2. Fransa, fosfor 3. mahircəsinə, meduza
A) I-3 II-2 III-1
B) I-1 II-2 III-3
C) I-2 II-3 III-1
D) I-1 II-3 III-2
E) I-2 II-1 III-3
Keyfiyyət bildirən sifəti göstərin.
A) uzun
B) qısa
C) sarı
D) incə
E) əsəbi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top