Tapılan ümumi test sayı : 1487
881)
Yük qoşqusunda adamların daşınmasına icazə verilir?
Xəta bildir
A)
İcazə verilir, əgər onlar yükü müşayiət edirlərsə.
B)
İcazə verilir, ancaq oturacaq yerləri olduğu halda.
C)
Qadağandır.
882)
Əyləci (tormoz sistemi) və sükan idarəsi nasaz olan avtomobili adi üsulla yedəyə almağa icazə verilir, əgər bu avtomobilin faktiki kütləsi yedəyə alan avtomobilin faktiki kütləsinin 50%-indən artıqdırsa?
Xəta bildir
A)
İcazə verilir, ancaq sürət saatda 30 kilometrdən artıq olmamalıdır.
B)
Qadağandır.
C)
İcazə verilir.
883)
Yan qoşqulu motosikletləri yedəyə almağa icazə verilir?
Xəta bildir
884)
Buzlu yol şəraitində yedəyə almağa icazə verilir, əgər yedəyə alan nəqliyyat vasitəsində əyləc (tormoz sistemi) və sükan idarəsi saz vəziyyətdədirsə?
Xəta bildir
A)
Sərt yedəyə alma və ya qismən yükləmə yolu ilə icazə verilir.
B)
Hər bir halda icazə verilir.
C)
Qadağandır.
885)
Hansı hallarda elastik yedəyə alma qadağan edilir?
Xəta bildir
A)
Sadalanan bütün hallarda.
B)
Ancaq məhdudiyyətli görünmə şəraitində.
C)
Ancaq buzlu yol şəraitində.
D)
Ancaq dağ yollarında.
886)
Birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında nə qədər məsafənin qalmasını təmin etməlidir?
Xəta bildir
A)
4 metrdən 6 metrə qədər.
B)
4 metrə qədər.
C)
Qaydalar bu məsafəni təyin etmir.
887)
Elastik yedəyə alma halında birləşdirici hissə nəqliyyat vasitələri arasında nə qədər məsafənin qalmasını təmin etməlidir?
Xəta bildir
A)
Qaydalar bu məsafəni təyin etmir.
B)
4 metrdən 6 metrə qədər.
C)
4 metrə qədər.
888)
Yedəyə alan minik avtomobilində sərnişinlərin daşınmasına icazə verilir?
Xəta bildir
A)
İcazə verilir, ancaq sərt birləşdirici ilə yedəyə alma zamanı.
B)
Qadağandır.
C)
İcazə verilir.
889)
Sərt birləşdirici ilə yedəyə alınan avtobusda sərnişinlərin daşınmasına icazə verilir?
Xəta bildir
A)
İcazə verilir, ancaq sutkanın işıqlı vaxtı.
B)
İcazə verilir.
C)
Qadağandır.
890)
Yedəyə alınan minik avtomobilində sərnişinlərin daşınmasına icazə verilir?
Xəta bildir
A)
Qadağandır.
B)
İcazə verilir, ancaq sərt və elastik birləşdiricilərlə yedəyə alınan zaman.
C)
İcazə verilir.
891)
Yaşayış məntəqəsindən kənarda ötülən nəqliyyat vasitəsinin sürücüsünü xəbərdar etmək məqsədi ilə hansı siqnallardan istifadə edə bilərsiniz?
Xəta bildir
A)
Ancaq faraların işıqlarının qısamüddətli yandırılıb-söndürülməsindən.
B)
Sadalanan hər bir siqnaldan.
C)
Ancaq səs siqnalından.
892)
Siz arxa duman fənərlərindən istifadə edə bilərsiniz:
Xəta bildir
A)
Ancaq məhdud görünmə şəraitində.
B)
Hər iki sadalanan hallarda.
C)
Ancaq sutkanın qaranlıq vaxtı.
893)
Dayanma və ya durma zamanı "Avtoqatar" tanınma nişanı yandırılmalıdır:
Xəta bildir
A)
Ancaq məhdud görünmə şəraitində.
B)
Ancaq sutkanın qaranlıq vaxtında süni işıqlandırmanın olmadığı yerlərdə.
C)
Sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində, süni işıqlandırmanın varlığından asılı olmayaraq.
894)
Sutkanın qaranlıq vaxtı hansı hallarda nəqliyyat vasitəsini işıq siqnalları söndürülmüş vəziyyətdə duracağa qoymağa icazə verilir?
Xəta bildir
A)
İşıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə.
B)
Bütün hallarda icazə verilir.
C)
Bütün hallarda bu, qadağandır.
895)
Sutkanın işıqlı vaxtında yaşayış məntəqəsində ötülən nəqliyyat vasitəsinin sürücüsünü xəbərdar etmək məqsədi ilə hansı siqnallardan istifadə edə bilərsiniz?
Xəta bildir
A)
Ancaq faraların işıqlarının qısamüddətli yandırılıb-söndürülməsindən.
B)
Ancaq səs siqnalından.
C)
Sadalanan hər bir siqnaldan.
896)
Sutkanın işıqlı vaxtında mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində hansı xarici işıq cihazları yandırılmalıdır?
Xəta bildir
A)
Qabarit işıqlar.
B)
Yaxın və ya uzaq işıqlar.
C)
Faraların yaxın işıqları və ya duman faraları.
897)
Sutkanın işıqlı vaxtında xüsusi olaraq ayrılmış zolaqda nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
Xəta bildir
A)
Faraların yaxın işıqları və ya duman faraları.
B)
Qabarit işıqlar.
C)
Yaxın və ya uzaq işıqlar.
898)
Sutkanın işıqlı vaxtında təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
Xəta bildir
A)
Qabarit işıqlar.
B)
Yaxın və ya uzaq işıqlar.
C)
Faraların yaxın işıqları və ya duman fənərləri.
899)
Sutkanın işıqlı vaxtında nasaz nəqliyyat vasitəsini yedəyə alan nəqliyyat vasitəsində hansı xarici işıq cihazları yandırılmalıdır?
Xəta bildir
A)
Yaxın və ya uzaq işıqlar.
B)
Faraların yaxın işıqları və ya duman fənərləri.
C)
Qabarit işıqlar.
900)
Sutkanın işıqlı vaxtında uşaq dəstələri daşıyan zaman hansı hallarda faranın yaxın işıqları yandırılmalıdır?
Xəta bildir
A)
Ancaq mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən zaman.
B)
Uşaq dəstələri daşınılan bütün hallarda.
C)
Ancaq məhdud görünmə şəraitində.
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab