Tapılan ümumi test sayı : 156

Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və “Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin hər ikisinə aid edilə bilər?
A) Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.
B) Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə olunmuşdur
C) Tərkibindəki cümlələr genişdir.
D) Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir
E) Tabelilik bağlayıcısı ilə bağlanmışdır
Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:
A) zaman
B) səbəb-nəticə
C) bölüşdürmə
D) iştirak
E) aydınlaşdırma
Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?
A) təsriflənməyən fellər ilə
B) felin təsriflənən formaları ilə
C) idi, imiş, isə hissəcikləri ilə
D) felin arzu və şərt şəkilləri ilə
E) felin xəbər şəkli ilə
Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən cümləni tapın:
A) Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı
B) Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını gözlədi.
C) Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa məcbur oldu
D) Axşam möhkəm yağış yağdığı üçün məhəllənin küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.
E) Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin qarşısını heç nə ala bilməzdi.
Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq” mənasını verir?
A) Məsmə qaşqabağını sallayıb oturmuşdu.
B) Yenə kimin gözünə kül üfürürsən?
C) Dəyirman bildiyini eylər, çax-çax baş aparar
D) Son vaxtlar ondan gözüm su içmir
E) Özünü ələ salırsan, ya məni?
Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, deyəsən, məni başa düşmədi.
B) O, ömür yolunu azıb, çaşdırıb.
C) O, yenə də yem gətirmək üçün yuvasından aralandı
D) O, bu qaçışıyla özündən qaçır
E) O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad danışmışdı.
Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur
A) adlıq cümlə
B) ümumi şəxsli cümlə
C) söz-cümlə
D) qeyri-müəyyən şəxsli cümlə
E) şəxssiz cümlə
Ara sözün işləndiyi cümləni göstərin:
A) Sənin dediklərin tamamilə düzdür.
B) Güman gələn yerləri ələk-vələk etdilər
C) Hər dilinə gələn sözü deməli deyilsən
D) Düzdür, sənin dediklərinlə mən də razıyam
E) Yəqin etdim ki, sən düz demirsən
Həmcins təyinli cümləni göstərin:
A) Yox, sən də haqlısan, ey gizli dərdim, Qərəzli, qərəzsiz tələblərinlə
B) O, atasının tanış və doğma sifətinə baxaraq, yavaş- yavaş qapıya doğru yeridi.
C) Mərmər ağdır, qəm qara.
D) Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.
E) Əksinə, çox aydın və sərrast düşünürdü
“Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır
A) ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək
B) ağzına çullu dovşan sığmamaq, gözü düşmək, gözünün odunu almaq
C) cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək
D) hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq
E) dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə düşmək
Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir
A) Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.
B) Mən evə təzəcə çatmışdım ki, qapını döydülər
C) Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)
D) Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.
E) Ona elə gəldi ki, indicə adını çəkəcəklər
“Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru fikirləri seçin: 1.“yar”felindən yaranmış eyniköklü sözlərdir 2.Sözlərin kökü isimlə omonimdir 3.Sözlərin üçü də feldən düzəlmişdir 4.Sözlər morfoloji üsulla yaranmışdır 5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur
A) 1, 3, 4
B) 1, 2, 4
C) 3, 5
D) 1, 4
E) 2, 4, 5
Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna bilməz.
A) fikrin hüquqi azadlığı
B) fikrin yığcamlığı
C) arxaik leksikanın mühafizəsi
D) fikrin birmənalılığı
E) geniş izah və analitik şərhdən istifadə
Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq içində yazılmalıdır? 1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı 2. Müəllim qəzeti 5. Abşeron romanı 3. Milli Ordu 6. Koroğlu operası
A) 1, 3, 5
B) 1, 3, 5, 6
C) 2, 3, 4
D) 1, 2, 5, 6
E) 2, 4, 5, 6
“Sizin sənədlər yoxlananda mən də orada idim” – cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A) təsdiqdədir
B) təsirsizdir
C) sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir
D) quruluşca düzəltmədir
E) feli bağlamadır
Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar ki, eynidir. 1. arayış 3. protokol 5. akt 2. izahat 4. ərizə
A) 4, 5
B) 1, 4
C) 2, 4
D) 3, 5
E) 2, 3
Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə uyğundur?
A) Şirin yalandan acı həqiqət yaxşıdır
B) Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.
C) Şərəfli əmək insanı ucaldar.
D) Lalə məktubun kimə aid olduğunu bilmirdi.
E) Düzdür, Nazim, sən haqlısan!
Mürəkkəb xitab hansıdır?
A) Ancaq ürəyimdə deyirəm yenə: “Ay ürək, buna da gərək mən dözüm....”
B) Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
C) Gülüm, heyif sənə, heyiflər mənə, Qoruya bilmədim məhəbbətimi...
D) Ey daşlaşan, torpaqlaşan ulu babam!
E) Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ
Məntiqi ardıcıllığı tamamlayın. Xülasə, deməli, müxtəsər….
A) qısası
B) yəqin
C) deyəsən
D) heyif
E) bəlkə
Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz nitqdə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığı hansı bənddədir?
A) qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq
B) qoşa nöqtə, vergül, tire, vergül, dırnaq
C) qoşa nöqtə, vergül, vergül, tire, vergül
D) qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq
E) vergül, vergül, dırnaq, tire, vergül, dırnaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top