Tapılan ümumi test sayı : 156

Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və “Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin hər ikisinə aid edilə bilər?
A) Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.
B) Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə olunmuşdur
C) Tabelilik bağlayıcısı ilə bağlanmışdır
D) Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir
E) Tərkibindəki cümlələr genişdir.
Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:
A) səbəb-nəticə
B) zaman
C) iştirak
D) bölüşdürmə
E) aydınlaşdırma
Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?
A) felin arzu və şərt şəkilləri ilə
B) felin xəbər şəkli ilə
C) felin təsriflənən formaları ilə
D) təsriflənməyən fellər ilə
E) idi, imiş, isə hissəcikləri ilə
Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən cümləni tapın:
A) Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı
B) Axşam möhkəm yağış yağdığı üçün məhəllənin küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.
C) Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını gözlədi.
D) Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin qarşısını heç nə ala bilməzdi.
E) Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa məcbur oldu
Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq” mənasını verir?
A) Yenə kimin gözünə kül üfürürsən?
B) Son vaxtlar ondan gözüm su içmir
C) Dəyirman bildiyini eylər, çax-çax baş aparar
D) Məsmə qaşqabağını sallayıb oturmuşdu.
E) Özünü ələ salırsan, ya məni?
Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, ömür yolunu azıb, çaşdırıb.
B) O, yenə də yem gətirmək üçün yuvasından aralandı
C) O, deyəsən, məni başa düşmədi.
D) O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad danışmışdı.
E) O, bu qaçışıyla özündən qaçır
Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur
A) şəxssiz cümlə
B) adlıq cümlə
C) ümumi şəxsli cümlə
D) qeyri-müəyyən şəxsli cümlə
E) söz-cümlə
Ara sözün işləndiyi cümləni göstərin:
A) Yəqin etdim ki, sən düz demirsən
B) Düzdür, sənin dediklərinlə mən də razıyam
C) Güman gələn yerləri ələk-vələk etdilər
D) Hər dilinə gələn sözü deməli deyilsən
E) Sənin dediklərin tamamilə düzdür.
Həmcins təyinli cümləni göstərin:
A) Mərmər ağdır, qəm qara.
B) Yox, sən də haqlısan, ey gizli dərdim, Qərəzli, qərəzsiz tələblərinlə
C) O, atasının tanış və doğma sifətinə baxaraq, yavaş- yavaş qapıya doğru yeridi.
D) Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.
E) Əksinə, çox aydın və sərrast düşünürdü
“Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır
A) hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq
B) ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək
C) dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə düşmək
D) ağzına çullu dovşan sığmamaq, gözü düşmək, gözünün odunu almaq
E) cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək
Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir
A) Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.
B) Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.
C) Mən evə təzəcə çatmışdım ki, qapını döydülər
D) Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)
E) Ona elə gəldi ki, indicə adını çəkəcəklər
“Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru fikirləri seçin: 1.“yar”felindən yaranmış eyniköklü sözlərdir 2.Sözlərin kökü isimlə omonimdir 3.Sözlərin üçü də feldən düzəlmişdir 4.Sözlər morfoloji üsulla yaranmışdır 5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur
A) 2, 4, 5
B) 1, 3, 4
C) 3, 5
D) 1, 4
E) 1, 2, 4
Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna bilməz.
A) fikrin birmənalılığı
B) fikrin yığcamlığı
C) fikrin hüquqi azadlığı
D) arxaik leksikanın mühafizəsi
E) geniş izah və analitik şərhdən istifadə
Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq içində yazılmalıdır? 1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı 2. Müəllim qəzeti 5. Abşeron romanı 3. Milli Ordu 6. Koroğlu operası
A) 2, 4, 5, 6
B) 1, 2, 5, 6
C) 1, 3, 5
D) 1, 3, 5, 6
E) 2, 3, 4
“Sizin sənədlər yoxlananda mən də orada idim” – cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A) feli bağlamadır
B) təsdiqdədir
C) quruluşca düzəltmədir
D) sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir
E) təsirsizdir
Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar ki, eynidir. 1. arayış 3. protokol 5. akt 2. izahat 4. ərizə
A) 2, 3
B) 3, 5
C) 4, 5
D) 1, 4
E) 2, 4
Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə uyğundur?
A) Şirin yalandan acı həqiqət yaxşıdır
B) Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.
C) Düzdür, Nazim, sən haqlısan!
D) Lalə məktubun kimə aid olduğunu bilmirdi.
E) Şərəfli əmək insanı ucaldar.
Mürəkkəb xitab hansıdır?
A) Gülüm, heyif sənə, heyiflər mənə, Qoruya bilmədim məhəbbətimi...
B) Ey daşlaşan, torpaqlaşan ulu babam!
C) Ancaq ürəyimdə deyirəm yenə: “Ay ürək, buna da gərək mən dözüm....”
D) Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
E) Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ
Məntiqi ardıcıllığı tamamlayın. Xülasə, deməli, müxtəsər….
A) heyif
B) deyəsən
C) yəqin
D) bəlkə
E) qısası
Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz nitqdə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığı hansı bənddədir?
A) qoşa nöqtə, vergül, tire, vergül, dırnaq
B) qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq
C) qoşa nöqtə, vergül, vergül, tire, vergül
D) vergül, vergül, dırnaq, tire, vergül, dırnaq
E) qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top