Tapılan ümumi test sayı : 156

Hansı cümlədə həm sadə , həm də feli sifət tərkibi ilə ifadə olunmuş mürəkkəb təyin var?
A) Dərslik ali məktəblərə qəbul olunmağa hazırlaşan abituriyentlər üçün nəzərdə tutulmuşdur
B) Azərbaycan xalqının tarixini, mədəniyyətini özündə əks etdirən bu nümunələr zaman keçdikcə daha da dolğunlaşır
C) Vağzalda dayanmış avtobusda yerlərin dolmağına az qalmışdı.
D) Direktor çıxıb həyətdə gözləyən Əlini içəri dəvət etdi.
E) Bir qədər hərlənib yorulandan sonra qalmağa başqa yeri olmadığına görə yenə qardaşıgilə getdi
Söz sırasının pozulduğu sıranı göstərin:
A) Elə bil dağılmış xatirələrim Səsinin sapında səfə düzüldü.
B) Nağıllar dünyasına aparaydım səni mən.
C) Mən səni öz ömrümə saat əqrəbi sandım.
D) Bir salama dəyməyən eşqə ölüm yaraşır!
E) Getmək istəyirsən, bəhanəsiz get!
A) gözəl
B) seç
C) tablo
D) düşündürücü
E) çəkildi
Həm hal, həm də mənsubiyyət şəkilçiləri artırdıqda ikinci saiti düşən sözləri seçib göstərin. 1. səbir 3. nəsil 5. burun 2. alın 4. xeyir 6. beyin
A) 2, 3, 5
B) 2, 5, 6
C) 1, 4, 6
D) 3, 4, 6
E) 1, 3, 4
“..Ucaltdığın kiçiləndə görəsən, Əriyərsən gözün görə-görə sən…” Altından xətt çəkilmiş fellər haqqında verilmiş fikirlərdən biri səhvdir
A) Hər ikisi təsdiqdədir
B) Hər ikisi təsriflənməyən feldir
C) Birincisi isimləşən feli sifətdir
D) Hər ikisi quruluşca düzəltmədir
E) Hər ikisinin tərkibində qrammatik şəkilçi var
A) E
B) C
C) B
D) D
E) A
Düzəltmə yer zərfi işlənmiş cümləni göstərin:
A) Çay qırağında oynayan uşaqların şən səs-küyü meşəni başına götürmüşdü
B) Məhkəmədəki son görüşü unuda bilmirdi.
C) Ora-bura vurnuxan insanların narahatlığı ona da təsir etmişdi.
D) Birdən-birə onu qarşımda gördüm
E) Ortalıqda hələ heç nə yoxdur, bu isə aləmi bir-birinə qatıb
Morfoloji yolla düzəlmiş çoxaltma dərəcəsində olan sifət hansı cümlədədir?
A) Hava küləksiz idi, amma narınca yağış yağırdı.
B) Həyat hamımız üçün çətin bir sınaq meydanıdır.
C) Otağın düz ortasında balaca bir masa var idi
D) Mən tünd çayı heç sevmirəm
E) Dümağ paltarı ona xüsusi yaraşıq verirdi
İsmə aid bütün qrammatik şəkilçiləri qəbul etmiş say hansı nümunədədir?
A) Bu bayram on birincilərimizindir!
B) Bu qələbəyə görə beşincilərimizə minnətdarıq.
C) Çalışmalıyıq ki, birincilik bizim olsun.
D) Birinə sirr verəndə çox diqqətli ol!
E) Sahənin beşdə üçünü əksən nə qədər məhsul əldə edəcəksən ki?
Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya belə dönəcək, Nə biləydik sevgi adlı bu qonaq İkimizin arasında öləcək… Nümunədə əvəzliyin hansı məna növləri işlənib?
A) sual, işarə
B) şəxs, qeyri-müəyyən
C) təyini, işarə
D) sual, təyini, qeyri-müəyyən
E) qeyri-müəyyən, işarə
Hər ömürdə bir ulduza dönər o, Gah şimşəktək birdən çaxıb sönər o, Gizli gələr, fəqət aşkar dinər o, Canda nəfəs, damarda qan məhəbbət, Həm var olan, həm yox olan məhəbbət! Nümunədə bağlayıcının hansı növləri işlənmişdir?
A) iştirak, inkar, bölüşdürmə
B) inkar, qarşılaşdırma, iştirak
C) qarşılaşdırma, birləşdirmə, bölüşdürmə
D) birləşdirmə, qarşılaşdırma, aydınlaşdırma
E) bölüşdürmə, qarşılaşdırma, iştirak
Antonim sözlərin işlənmədiyi cümləni tapın.
A) Sən həm şəkərim, həm zəhərimsən, Sən həm xeyirim, həm zərərimsən....
B) Bütün məslək dostlarımın bu dünyada mən Hər qəminə, nəşəsinə ortaq olaydım
C) Varlanmağa tələsən yoxsulluğa tez düşər.
D) Dəli ilə ağıllını, alim ilə cahili bir gözdə görəndə insanlıq ölçüsü və meyarı pozulur.
E) Yaxşı dost yaman gündə tanınar.
Hansı cümlədə frazeoloji birləşmə yoxdur?
A) Ömründə hələ heç kəsə ağız açmamışdı
B) İlin axır çərşənbəsi idi.
C) Pərinisə qarı yeznəsinin kölgəsini qılınclayır, elə- hey pisləyirdi.
D) Dərd çəkmək elə mənə qalıb?
E) Qayğısız uşaqlıq illərini yada saldıqca gözləri yaşarır, o günlərə dönmək istəyirdi.
Alınma sözlərə xas olan cəhətləri seçin. I. Ön şəkilçi qəbul edən sözlər II. Bir və ikihecalı fellər III. Şəxs əvəzlikləri IV. k-y, q-ğ əvəzlənməsi baş verməyən sözlər
A) II, III
B) I, III
C) III, IV
D) II, IV
E) I, IV
Biri quruluşuna görə fərqlidir
A) inqilabi (hadisə)
B) tarixi (sənə
C) mülki (geyim)
D) əyani (şöbə)
E) rəsmi (danışıq)
Həm əsas, həm köməkçi nitq hissəsi kimi işlənə bilən sözü seçin:
A) ötrü
B) ilə
C) savayı
D) ötəri
E) tək
Vurğusu son hecaya düşməyən sözləri müəyyənləşdirin. 1. birlik 3. kompleks 5. sonra 2. sanki 4. həvəskar 6. sonsuz
A) 1, 3, 5
B) 2, 3, 5
C) 2, 4, 5
D) 1, 4, 6
E) 3, 4, 6
Bunlardan hansı defislə yazılmalıdır?
A) kəllə?mayallaq
B) cızma?qara
C) layihə?qurma
D) cız?bız
E) kəm?hövsələ
Ara söz işlənmiş cümlə hansıdır? (Durğu işarələri buraxılı
A) Düz danışsan, başın da ağrımaz.
B) Düzü bu işdən gözüm su içmir.
C) Sözün düzünü zarafatla deyərlər.
D) Düzünü Allah bilir.
E) Elə hər işin düzdür.
Aşağıdakı cümlələrdən ikisi ümumi şəxslidir. 1. Dərsi vaxtında hazırlayarlar. 2. İgid ölər, adı qalar. 3. Yalan söz üz qızardar. 4. Sözün düzünü zarafatla deyərlər. 5. Quşu gözündən vururdu. 6. Onu orden və medallarla təltif etmişdilər.
A) 5, 6
B) 2, 4
C) 1, 4
D) 1, 2
E) 3, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top