Tapılan ümumi test sayı : 156
141)
Boş xanaya hansı söz yazılmalıdır ki, tabelilik əlaqəsinin bütün növləri cədvəldə olsun?
Xəta bildir
A)
dərsi
B)
unudulmur
C)
dəyişdirilərək
D)
müəllimi
E)
qədim
142)
Mənsubiyyətə görə fərqli dəyişən isimlərin sayını müəyyən edin: sinif, su, mövqe, həvəs, nə. mənafe, tələb, tale
Xəta bildir
143)
“..Sən gərək özünü tanıtmayaydın, Ömür də beləcə keçib gedəydi…” Altından xətt çəkilmiş fellər haqqında verilmiş fikirlərdən biri düzdür:
Xəta bildir
A)
Hər ikisi arzu şəklindədir
B)
Hər ikisi ikinci şəxsin təkindədir
C)
Hər ikisi inkardadır
D)
Hər ikisi quruluşca sadədir
E)
Hər ikisi şühudi keçmiş zamandadır
145)
Hansı cümlədə miqdar zərfi təsriflənməyən felə aiddir?
Xəta bildir
A)
Firuz baba çox yorulmuş, əldən-ayaqdan düşmüşdü.
B)
Xeyli danışandan sonra birdən-birə susub gözlərini məchul bir nöqtəyə zillədi.
C)
Tədbirə xeyli xarici qonaq da dəvət olunmuşdu.
D)
Məktubu bir neçə dəfə dönə-dönə oxudu.
E)
Onu düşündükcə Əzizə çox kədərlənir, qəlbindəki qaysaqlanan yara yenidən sızıldayırdı
146)
Sintaktik yolla yaranmış çoxaltma dərəcəsində olan sifət hansı bənddədir?
Xəta bildir
A)
Bütün olanları düşündükcə həyəcanlanır, buralardan qaçıb uzaqlaşmaq istəyirdi.
B)
Hökmdar dövrün ən bilikli təbiblərini, ən müdrik şəxslərini sarayına dəvət etsə də, heç kəs bu dərdə çarə tapa bilmədi.
C)
Biz xeyli gəzib-dolaşdıq, lakin maraqlı bir məlumat əldə edə bilmədik.
D)
Mən onu görəndə o, bapbalaca bir qız idi.
E)
Ölkəmiz get-gedə daha da inkişaf edir, qüdrəti ilə aləmə səs salır.
147)
Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənmişdir?
Xəta bildir
A)
Biz bir qədər dincəlib sonra yenidən irəliləməyə başladıq
B)
Xeyli düşündükdən sonra aram-aram sözə başladı
C)
Birincisi, onun Nazim haqqında dedikləri mənim heç xoşuma gəlmir.
D)
Masanın üstünə qoyulmuş külqabında xeyli siqaret kötüyü var idi.
E)
Onun bu hərəkəti ən az məni maraqlandırırdı.
148)
Sözlər niyə belə xətrə dəyirlər? Ürəksiz görüşdən doymuşuq daha. Fillər ölümünü duyur, deyirlər, Biz də ayrılığı duymuşuq daha. Nümunədə əvəzliyin hansı məna növləri işlənib?
Xəta bildir
A)
qeyri-müəyyən, işarə, şəxs
B)
sual, işarə, şəxs
C)
sual, şəxs
D)
işarə, şəxs
E)
sual, təyini, şəxs
149)
… Yalnız indi anladım, Ah, sən daha mənim üçün Əlçatmaz bir çiçəksən, Yaşanmış günlərimtək geri dönməyəcəksən… Nümunədə işlənmiş köməkçi nitq hissələri hansı bənddə düzgün verilmişdir?
Xəta bildir
A)
2 ədat, 1 nida, 2 qoşma
B)
1 ədat, 1 nida, 2 qoşma
C)
1 ədat, 1 nida, 1 qoşma. 1 bağlayıcı
D)
1 ədat, 1 nida, 2 bağlayıcı
E)
2 ədat, 1 nida, 1 qoşma
150)
Şirin xatirəmdir, şirin röyamdır Müqəddəs andımdır vətənim mənim…. Nümunədə mənsubiyyət şəkilçili neçə söz vardır?
Xəta bildir
151)
Antonim sözlərin işlənmədiyi cümləni tapın.
Xəta bildir
A)
Gəl bölək dünyanı ikilikdə biz, Dərə mənə düşsün, dağı sən götür...
B)
Demə mənə nələr gəlir ağlıma, Vay onda ki, qara səndən ağ uma
C)
Sən həm savabım, həm günahımsan, Sən həm dünənim, həm sabahımsan...
D)
Ürəksizə ürək verib ağlama, Bir gün sənsiz öləcəyi yoxdusa...
E)
Sevən könüllərçün, gülüm, uzaqlıq Ən böyük, ən gözəl yaxınlıq olur.
152)
Hansı cümlədə frazeoloji birləşmə yoxdur?
Xəta bildir
A)
Ürəyinə damdı ki, Nəcəfi evdə tapacaq
B)
Cəfa çəkməsən, səfa görməzsən
C)
Dostuna pul verən həm pulunu itirər, həm dostunu
D)
İşin nədən ibarət olduğunu bizə başa saldılar.
E)
Ürəksizə ürək verib ağlama...
153)
Alınma sözlərə xas olan cəhətləri seçin: I. Sonu qoşasamitli birhecalı sözlər II. Onluq saylar III. Tərkibində uzun sait işlənən sözlər IV. İşarə əvəzlikləri
Xəta bildir
A)
I, III
B)
II, III
C)
II, IV
D)
I, II
E)
III, IV
154)
Həm əsas, həm köməkçi nitq hissəsi kimi işlənə bilən sözü seçin:
Xəta bildir
A)
xülasə
B)
sanki
C)
üçün
D)
nüsxə
E)
yan
155)
Vurğusu son hecaya düşən sözləri müəyyənləşdirin. 1. maneə 3. sakitcə 5. dahiyanə 2. qəlbən 4. lirika 6. forum
Xəta bildir
A)
2, 4, 6
B)
4, 5, 6
C)
2, 3, 4
D)
1, 3, 5
E)
1, 3, 6
A)
ölkələr?arası
B)
cah?calal
C)
fövqəl?bəşər
D)
diqqətə?layiq
E)
kino?aparat
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab