Tapılan ümumi test sayı : 156

“Bütün bunlar ona görədir ki, sən daha firavan yaşayasan” mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin.
A) səbəb
B) tamamlıq
C) məqsəd
D) qarşılıq-güzəşt
E) xəbər
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri hansı yollarla bağlanır? 1. bağlayıcı sözlə                   2. intonasiya ilə 3. tabesizlik bağlayıcıları ilə   4. –sa2 şəkilçisi və ədatla
A) 1, 3
B) 2, 4
C) 2, 3
D) 1, 4
E) 1, 2
Məişət üslubu üçün səciyyəvi deyil
A) Daha çox geniş və bütöv cümlələrdən istifadə
B) Ancaq şifahi şəkildə mövcudluğu
C) nitqin sərbəstliyi və təbiiliyi
D) intonasiya, jest və mimikadan istifadə
E) dialoji nitq şəklində olması
Hansı cümlədə “ki” bağlayıcı kimi işlənməmişdir? (Durğu işarələri işlənməyi
A) Mən ki damdan-bacadan baxmaz idim...
B) Gül ki qəlbim gülsün.
C) Çalış ki yanılmayasan.
D) Əhmədə demişəm ki, vaxtında gəlsin.
E) Elə danış ki hamımız başa düşək.
Qeyri-müəyyən yiyəlik halda olan söz hansı cümlədədir?
A) Amma bu qələbələr heç də asanlıqla başa gəlmirdi.
B) Günəşli hava olmasına baxmayaraq, payızın soyuğu özünü göstərirdi.
C) Yerində fırlanıb güzgü qırıntılarının üstündə kürəyi üstə uzandı.
D) Nəhayət, qolundakı kəndir didilib nazildi və qırıldı.
E) Onda Saleh bu qızın kim olduğunu bilmirdi.
Hansı cümlədə frazeoloji birləşmə “mürgüləmək” mənasını verir?
A) Ən maraqlısı da bu idi ki, camaatın gözünə kül üfürürdü.
B) Eşitdiyi dəhşətli xəbərdən gözləri qaraldı, beyni dumanlandı.
C) Bir anlıq yorğunluqdan sim kimi gərilmiş bədənini rahatlamaq, gözlərinin acısını almaq istəyirdi.
D) Ananın gözləri yol çəkirdi.
E) Yüz dəfə demişəm ki, mənasız söhbətlərə görə gözünün suyunu axıtma!
Qeyri-müəyyən şəxsli cümləni göstərin:
A) Etdiyi səhvləri düzəltmək üçün artıq çox gec idi.
B) Həyatı boyu onun fikri, xəyalı ilə yaşadı.
C) Gecə saat ikidə bizi təcili trestə çağırdılar.
D) Onlar bu sözləri dərhal Qacara çatdırdılar.
E) Elə bil onlar mənə dünyanı verdilər.
Nitqin hissələri arasında əlaqəni bildirən ara sözü göstərin:
A) birincisi
B) heyif
C) deyilənə görə
D) doğrudan da
E) ehtimal ki
“Sən ellər toyusan, ellər bayramı” – cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?
A) hal şəkilçisi
B) mənsubiyyət şəkilçisi
C) cəm şəkilçisi
D) şəxs şəkilçisi
E) zaman şəkilçisi
Frazeoloji birləşmənin həm özü, həm də onun frazeoloji sinonimi və antonimi hansı sıradadır?
A) can almaq, öldürmək, yaşatmaq
B) boğaza yığılmaq, təngə gəlmək, cana doymaq
C) cana doymaq, boğaza yığılmaq, ləzzət almaq
D) təngə gəlmək, cana doymaq, can vermək
E) baş sındırmaq, ölçüb-biçmək, düşünüb-daşınmaq
Hansı fellər təsirlidir? 1. çıxmaq 3. razılaşmaq 5. geyinmək 2. başa salmaq 4. inandırmaq
A) 1, 3, 4
B) 2, 3, 5
C) 3, 4, 5
D) 2, 4, 5
E) 1, 4, 5
“Onun hələ xəbəri yox idi ki” baş cümləsinə hansı budaq cümlə qoşula bilər?
A) xəbər
B) mübtəda
C) tamamlıq
D) zaman
E) yer
Eyniköklü sözlərə aid düzgün fikirləri müəyyən edin. 1. Eyni bir sözdən əmələ gəlir. 2. Həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olur. 3. Üzgün, üzücü, üzgüçü eyniköklü sözlərdir. 4. Eyniköklü sözlər həm leksik, həm də qrammatik şəkilçilər vasitəsilə düzəlir. 5. Eyniköklü sözlər quruluşca düzəltmə olur.
A) 2, 4, 5
B) 1, 3, 4
C) 1, 2, 5
D) 1, 3, 5
E) 2, 3, 5
Bu üslub üçün həm qəzəbli, həm sakit, təmkinli, həm təsviri, həm də analitik dil xarakterikdir. Söhbət hansı üslubdan gedir?
A) rəsmi-işgüzar
B) publisistik
C) məişət
D) bədii
E) elmi
Hansı mürəkkəb adın yazılışı səhvdir?
A) Orta paleolit dövrü
B) Bakı Şəhər İcra Hakimiyyəti
C) Azərbaycan Teleqraf Agentliyi
D) Orxon-Yenisey kitabələri
E) Azərbaycan Respublikasının Nazirlər Kabineti
Xüsusiyyətlər hansı əməli yazı növünə aiddir? 1. Kimə verilir. Onun adı, atasının adı, soyadı və vəzifəsi. 2. Onu verən şəxs və ya təşkilat. 3. Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu. 4. Məsul olan şəxsin imzası. 5. Verildiyi tarix. 6. Məsuliyyət daşıyan şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi.
A) vəkalətnamə
B) protokol
C) ərizə
D) akt
E) arayış
“Bir az sonra isə bir-birinə düşmən kəsilmiş ailələr xəstəxananın həyətində yenidən üz-üzə gəlməli oldular” – cümləsinin sintaktik təhlili ilə bağlı doğru cavabı tapın:
A) İki təyin işlənmişdir.
B) Təyin feli sifət tərkibi ilə ifadə olunmuşdur.
C) Xəbər vacib şəklində olan fellə ifadə olunmuşdur.
D) Cümlədə 2 zaman, 2 tərzi-hərəkət zərfliyi var.
E) Baş üzvlərin hər ikisi mürəkkəbdir
Xitabla bağlı fikirlərdən biri səhvdir
A) Xüsusi intonasiya ilə deyilir
B) Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur
C) Cümlədə müraciət bildirən sözə və ya söz birləşməsinə deyilir
D) Yalnız isimlə və ismi birləşmələrlə ifadə olunur.
E) Diqqəti cəlb etmək, nitqi qüvvətləndirmək məqsədi daşıyır.
Məntiqi ardıcıllığı tamamlayın. Bəlkə, ola bilsin ki, yəqin…
A) təəssüf
B) demək
C) düzü
D) görünür
E) deyilənə görə
O, sakitcə yaralı zabitə yaxınlaşıb Özünüzü necə hiss edirsiniz yaralarınız əziyyət vermir ki deyə soruşdu – vasitəsiz nitqdə hansı durğu işarələri buraxılmışdır?
A) qoşa nöqtə, 1 tire, 3 vergül, 1 sual işarəsi və dırnaqlar
B) qoşa nöqtə, 3 tire, 3 vergül, 1 sual işarəsi və dırnaqlar
C) qoşa nöqtə, 1 tire, 1 vergül, 1 sual işarəsi və dırnaqlar
D) qoşa nöqtə, 2 tire, 1 vergül, 1 sual işarəsi və dırnaqlar
E) qoşa nöqtə, 2 tire, 2 vergül, 1 sual işarəsi və dırnaqlar
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top