Tapılan ümumi test sayı : 156

Biri quruluşuna görə fərqlidir:
A) kütləvi (iğtişaş)
B) coğrafi (məkan)
C) mirvari (dənəsi)
D) mənəvi (qid
E) mədəni (insan)
Zaman əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələri, əsasən, hansı bağlayıcılarla bağlanır?
A) və, nə, nə də, həm, həm də
B) lakin, yoxsa, çünki, yəni
C) ya, ya da, gah, gah da
D) o cümlədən, hətta, fəqət
E) amma, ancaq, lakin, fəqət
Budaq cümlənin hansı növü baş cümlənin ümumi məzmunu ilə bağlı olur?
A) yer budaq cümləsi
B) kəmiyyət budaq cümləsi
C) zaman budaq cümləsi
D) məqsəd budaq cümləsi
E) şərt budaq cümləsi
Qoşmalar ismin hansı halında işlənən sözlərə qoşula bilmir?
A) təsirlik, yerlik
B) adlıq, yiyəlik, yönlük
C) yönlük, yerlik, çıxışlıq
D) adlıq, yiyəlik, yönlük, çıxışlıq
E) təsirlik, yerlik, çıxışlıq
Hansı cümlədə “O” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, torpaq istədi səndən bir qarış (B.Vahabzadə)
B) O, bu sirri yenə də gizli saxladı
C) O, qaçır dar döngələrdə (B.Vahabzadə)
D) O, özünə sirdaş axtarırdı.
E) O, daxilən sonsuz təlaş və həyəcan içində idi
Verilənlər içərisində hansı üslubun xüsusiyyətləri yoxdur? 1. Olduqca müxtəlif mövqe və maraqları əks etdirir. 2. Dialoji nitq bu üslubun səciyyəvi xüsusiyyətidir. 3. Modallıq bildirən söz və ifadələr çox işlənir. 4. Obrazlılıq və emosionallıq bu üslubun əsas xüsusiyyətidir
A) rəsmi-işgüzar
B) bədii
C) elmi
D) publisistik
E) məişət
Qeyri-müəyyən şəxsli cümləni göstərin
A) Uman yerdən küsərlər.
B) Bu sözlərlə elə bil yarasına duz basdılar
C) Halallıq almadan getmək istəmirdi.
D) Onun bu vəziyyətini düşündükcə ürəyim sıxılırdı
E) Bacıları tez-tez evimizə gələrdi.
Cümlələrdən birində ara söz güman, şübhə bildirmir
A) Olmaya, məni tanımadın.
B) Görəsən, sağ-salamat gedib çata bildilər?
C) Bəlkə, mən də sizinlə getdim
D) Deyilənə görə, bu hadisə zamanı siz də orada olmusunuz
E) Deyəsən, yağış yağacaq.
Həmcins üzvlü cümləni göstərin
A) Gah sulara baş vurub lap dərinliklərə enir, gah da süzüb suyun üzünə çıxır.
B) Nə bir ağac vardı, nə də bir kölgəlik.
C) Bulağın suyu göz yaşı kimi dumduru idi.
D) Hündürboy kişi səsli-küylü küçələrdən keçərək soldakı binaya yaxınlaşdı.
E) Al-əlvan çiçəkilərin xoş ətri ətrafa yayılmışdı.
Frazeoloji birləşmə işlənmiş cümləni tapın.
A) Onun topu düz yola düşmüşdü.
B) Mübahisəli məsələ tezliklə həll olundu
C) Zülmət əbədi hər gecənin gündüzü vardır
D) Əgər istəyirsən yediyin cana sinsin, gərək mayana haram qatmayasan.
E) İndi yanıb-yaxılıram, Sərt dilləndim sənə niyə?
Məchul fel işlənmiş cümlələri göstərin: 1. Günəş üfüqdən boylandı, hər tərəf al nura boyandı. 2. Əkin sahələri iki gün əvvəl suvarıldı. 3. Yağış suyu həyətin ortasında gölləndi. 4. Əhməd Cavad “xalq düşməni” adı ilə damğalandı və sürgün edildi. 5. Bu qarışıq zamanda çoxları varlandı
A) 1, 3, 4
B) 4, 5
C) 2, 5
D) 1, 3, 5
E) 2, 4
“Buna yüz faiz əmin idi ki,,…” baş cümləsinə hansı budaq cümlə qoşula bilər?
A) mübtəda
B) məqsəd
C) tamamlıq
D) təyin
E) səbəb
Uyğunsuzluğu seçin:
A) elmi üslub – dəqiqlik, ardıcıllıq, konkretlik.
B) məişət üslubu – məntiqlilik, mücərrəd fikirlərdən istifadə
C) publisistik üslub – fikrin hamı tərəfindən anlaşılması, aydın və təsirli şəkildə ifadə olunması
D) rəsmi-işgüzar üslub – dilin maksimum mükəmməlliyi, fikrin tam aydınlığı, birmənalılığı.
E) bədii üslub – obrazlılıq, emosionallıq.
Hansı sıradakı mürəkkəb ad səhv yazılmışdır?
A) Dünya Azərbaycanlılarının Həmrəylik Günü
B) Mars planeti
C) Şəki Su İdarəsi
D) Azərbaycan Respublikasının Baş naziri
E) Azərbaycan Respublikasının Milli Qəhrəmanı
Cümlələrdən birində yaşa(maq) sözü ilə eyniköklü olan söz işlənməmişdir.
A) Kiçik qardaşımla əmim oğlu, təxminən, yaşıd idilər.
B) Xalq onu daim qəlbində yaşadacaqdır
C) O gah anasının dağınıq saçlarına, gah da yaşlı gözlərinə baxırdı
D) Əminə xanım çox yaşlandığından artıq pilləkənləri tək qalxa bilmirdi.
E) Qulamgilin yaşayışı pis keçmirdi
Bu sənəd hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilir və burada bir və ya bir neçə şəxs haqqında da məlumat vermək mümkündür. Bu fikir hansı işgüzar sənəd haqqındadır?
A) protokol
B) akt
C) ərizə
D) arayış
E) izahat
Hansı bənddə “ilə” (-la²) bağlayıcı vəzifəsində işlənmişdir?
A) Bu dəqiqə telefonla onunla danışırdım.
B) Rayona maşınla getdik.
C) Nadir böyük həvəslə danışırdı
D) Müayinədən sonra həkim xəstə ilə görüşə icazə verdi.
E) Bu işi Raufla Kərimə tapşırmaq lazımdır.
Xitabla bağlı fikirlərdən biri səhvdir.
A) Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur
B) Feli sifətlə ifadə oluna bilmir.
C) Quruluşca sadə və ya mürəkkəb olur.
D) İsmin adlıq halında olur və buna görə mübtədaya oxşayır
E) Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir.
O, bir az fikirləşib sizi haradasa görmüşəm, Qori Müəllimlər Seminariyasında oxumamısınız deyə soruşdu – cümləsinin sxemi necə olmalıdır?
A) “V?” – m.
B) “V? - m, - v”
C) M: “V?”
D) M: “V? -m,- v”
E) M: ”V?” – m.
Tabesiz mürəkkəb cümlə hansı bənddədir?
A) Başını aşağı dikib sola döndü və cəld addımlarla zalın çıxışına tərəf yönəldi.
B) Amma ilk dəfə belə vəziyyətə düşdüyü üçün həyəcanlanır, baxışlarını ətrafdakı adamlardan gizlətməyə çalışırdı
C) Qız ona ani bir baxışla baxıb üzünü döndərdi və sürətini artırıb ondan uzaqlaşmağa çalışdı.
D) Qarşısında oturan oğlana maraq və mərhəmət ifadə edən nəzərlərlə baxırdı, baxışlarında həm də ümidsiz bir kədər, bir nisgil duyulurdu.
E) Təyyarədən enən sərnişinlərlə birlikdə gömrük zonasına gələn Səid pasport yoxlanışından keçmək üçün növbəyə durdu.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top