Tapılan ümumi test sayı : 156

İntonasiya əlaqəsi ilə düzəlmiş qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə hansdır?
A) Qış çoxdan gəlmişdi, havalar isə hələ də xoş keçirdi.
B) Həddən artıq kədərli olmasına baxmayaraq, bunu ətrafdakılara sezdirməməyə çalışırdı
C) Çox həyəcanlandı, lakin bir kəlmə belə demədi.
D) Səfərə hazırlaşsaq da, gedə bilmədik
E) Lalə müharibəyə getmiş atasının yolunu çox gözlədi, bir xəbər çıxmadı
Bütün üzvləri mürəkkəb olan cümləni göstərin.
A) Böyük sənətkar simvollarla, rəmzlərlə zəmanəsindəki haqsızlığa, ikiüzlülüyə kəskin nifrətini bildirir
B) Sabirin satiraları dövrün ən mühüm sosial-siyasi münasibətlərini, müxtəlif ictimai baxışları canlı bir şəkildə əks etdirir
C) XIII əsrdə ana dilimizdə ilk şeir nümunələrini yaradan sənətkar İzzəddin Həsənoğludur.
D) Bizim əsas məqsədimiz vətən torpaqlarını düşməndən azad etməkdir
E) Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını Azərbaycan dilinə Rəsul Rza tərcümə etmişdir.
Söz sırasının pozulmadığı sıranı göstərin.
A) Düzlərdə bürküdən solur gül-çiçək,
B) Biz ki öyrənmişik hicrana artıq...
C) Yaman qəribədir dünyanın işi.
D) Bəlkə gözləmədik bu xoş görüşü,
E) Çiçəyə dərd olmur, düzə dərd olur.
Tabelilik əlaqəsinin hər üç növünün işləndiyi birləşmə hansı bənddədir?
A) ən ülvi duyğular
B) get-gedə yüksəlmək
C) Böyük Çin səddi
D) onun böyük ürəyi
E) yaşanmış xoş xatirələr
Yalnız mənsubiyyətə görə dəyişərkən söz kökündən II saiti düşən sözləri seçin. 1. sinif  3. beyin  5. boyun  2. ağıl  4. fikir  6. ömür
A) 2, 3, 5
B) 2, 4, 5
C) 1, 3, 6
D) 3, 4, 5
E) 1, 5, 6
..Ömür qala-qala, gün qala-qala “Əlvida” deyəsən doğma bir yola.. Altından xətt çəkilmiş söz haqqında hansı fikir səhvdir?
A) II şəxsin təkindədir
B) təsriflənəndir
C) sadədir, məlum növdədir
D) şərt şəklindədir
E) işin arzu olunduğunu bildirir
“Çəkilişdəyik” sözünün tərkibinə görə təhlili hansı sxemə uyğundur?
A) C
B) E
C) D
D) A
E) B
Mürəkkəb tərzi-hərəkət zərfi işlənmiş cümləni müəyyənləşdirin
A) Hərdən axşamlar bizə gələr, oturub dərdləşərdi
B) Nazim sevinə-sevinə əlindəki sənədləri mənə uzatdı.
C) Elə gəlsin, elə getsin, Aralıqda söz olmasın
D) Qız qeyri-ixtiyari əlindəki kağızları masanın üstünə qoydu
E) Mən bu anı səbirsizliklə gözləyirdim.
Hansı cümlədə morfoloji yolla düzəlmiş azaltma dərəcəsində olan sifət işlənmişdir?
A) Qarşıdan gələn maşınların gur işıqları onun gözlərini qamaşdırır, yolu aydın seçməyə imkan vermirdi.
B) Açıq-sarı işıqların şöləsi otağa xüsusi bir görünüş verirdi
C) Tünd-qara gözləri ağımtıl sifətinə çox yaraşır, onu yaşından xeyli cavan göstərirdi.
D) Həyatın çətin sınaqları onu daha da möhkəmləndirmiş, iradəli bir insana çevirmişdi.
E) Gümüş kəmərin üstündəki xırdaca qaşlar günəş şöləsi düşdükcə par-par parıldayırdı
Həm mənsubiyyət. həm də hal şəkilçisi qəbul etmiş isimləşən sıra sayı hansı cümlədədrr?
A) Birini ona gətirmişəm
B) Beşincilər hamını heyran etdilər
C) İkincisindən çox narazıyam
D) Səkkizinci palatanın qapısı hələ də açıq idi.
E) Bir-birimizi görmədiyimiz anlar geridə qaldı.
        Bu dünyanın əlifbası – məhəbbət! Ən ilk nəğmə, ən ilk yazı məhəbbət! İşarələnmiş hansı əvəzliklərdən sonra vergül işarəsi qoyulmalıdır?
A) 1; 3; 4
B) 4; 5
C) 1; 3
D) 2; 4; 5
E) 1; 2; 5
Düşündüm, ayrılıq gələndən bəri, Sən mənim eşqimə çıraq olasan. Onunçün verdinmi mənə göyləri, Məndən göylər qədər uzaq olasan?! Nümunədə işlənmiş köməkçi nitq hissələri hansı bənddə düzgün verilmişdir?
A) 3 qoşma, 1 ədat
B) 1 qoşma, 1 bağlayıcı, 1 ədat
C) 3 qoşma, 1 bağlayıcı
D) 2 qoşma, 1 bağlayıcı
E) 1 qoşma, 2 bağlayıcı, 1 ədat
İtsin mənim gözlərimdən ilim-ilim!…. Mənsubiyyət şəkilçili sözləri seçin.
A) 3, 5, 6
B) 4, 6
C) 3, 5
D) 1,4, 5
E) 4, 5
Hansılara antonim qarşılıq tapmaq olar? 1. dəcəl 3. hövsələsiz 5. məhlul 2. nəfəs 4. ehtiyat 6. narahat
A) 1, 3, 5
B) 2, 3, 5
C) 2, 4, 6
D) 3, 4, 5
E) 1, 3, 6
Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub?
A) Bilirdim ki, o, çox dözümsüz və iradəsizdir
B) Başladığı iş yarımçıq qaldı
C) O, könlündən keçənləri heç kəsə demədi
D) El bilir, uşaqlıqdan o naxələf olmayıb
E) Başı işə elə qarışırdı ki, axşamın düşməsindən belə xəbəri olmurdu
Əsl Azərbaycan sözlərinə xas olan xüsusiyyətləri seçin: I. Vurğunun son hecanın üzərinə düşməsi II. Eynicinsli qoşa saitlərin işlənməsi III. Ahəng qanununun gözlənilməsi IV. Söz kökünün dəyişkən olması
A) I, IV
B) III, IV
C) II, III
D) I, III
E) I, II
Məntiqi ardıcıllığı tamamlayın. kütləvi, əşyəvi, əyani, riyazi….
A) nümunəvi
B) qiyabi
C) kimyəvi
D) coğrafi
E) qələvi
İsim və fel kimi işlənə bilən söz hansıdır?
A) yaş
B) sarı
C) çat
D) sağ
E) buruq
Vurğusu II hecaya düşən sözlər hansıdır? 1. bayaq  3. daxilən  5. igidcəsinə  2. opera 4. İngiltərə 6. həvəslə
A) 1, 2, 3
B) 3, 5, 6
C) 4, 5, 6
D) 2, 4, 5
E) 1, 4, 6
Səhv yazılmış sözü müəyyənləşdirin.
A) əhliləşdirmək
B) laureat
C) koalisiya
D) leykomiya
E) dəm-dəsgah
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top