Tapılan ümumi test sayı : 156
1)
Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və “Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin hər ikisinə aid edilə bilər?
Xəta bildir
A)
Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.
B)
Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə olunmuşdur
C)
Tərkibindəki cümlələr genişdir.
D)
Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir
E)
Tabelilik bağlayıcısı ilə bağlanmışdır
2)
Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:
Xəta bildir
A)
bölüşdürmə
B)
aydınlaşdırma
C)
səbəb-nəticə
D)
zaman
E)
iştirak
3)
Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?
Xəta bildir
A)
təsriflənməyən fellər ilə
B)
felin xəbər şəkli ilə
C)
idi, imiş, isə hissəcikləri ilə
D)
felin arzu və şərt şəkilləri ilə
E)
felin təsriflənən formaları ilə
4)
Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən cümləni tapın:
Xəta bildir
A)
Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin qarşısını heç nə ala bilməzdi.
B)
Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı
C)
Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa məcbur oldu
D)
Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını gözlədi.
E)
Axşam möhkəm yağış yağdığı üçün məhəllənin küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.
5)
Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq” mənasını verir?
Xəta bildir
A)
Son vaxtlar ondan gözüm su içmir
B)
Özünü ələ salırsan, ya məni?
C)
Dəyirman bildiyini eylər, çax-çax baş aparar
D)
Yenə kimin gözünə kül üfürürsən?
E)
Məsmə qaşqabağını sallayıb oturmuşdu.
6)
Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
Xəta bildir
A)
O, ömür yolunu azıb, çaşdırıb.
B)
O, deyəsən, məni başa düşmədi.
C)
O, yenə də yem gətirmək üçün yuvasından aralandı
D)
O, bu qaçışıyla özündən qaçır
E)
O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad danışmışdı.
7)
Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur
Xəta bildir
A)
şəxssiz cümlə
B)
qeyri-müəyyən şəxsli cümlə
C)
ümumi şəxsli cümlə
D)
adlıq cümlə
E)
söz-cümlə
A)
Yəqin etdim ki, sən düz demirsən
B)
Düzdür, sənin dediklərinlə mən də razıyam
C)
Hər dilinə gələn sözü deməli deyilsən
D)
Güman gələn yerləri ələk-vələk etdilər
E)
Sənin dediklərin tamamilə düzdür.
A)
Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.
B)
Yox, sən də haqlısan, ey gizli dərdim, Qərəzli, qərəzsiz tələblərinlə
C)
O, atasının tanış və doğma sifətinə baxaraq, yavaş- yavaş qapıya doğru yeridi.
D)
Əksinə, çox aydın və sərrast düşünürdü
E)
Mərmər ağdır, qəm qara.
10)
“Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır
Xəta bildir
A)
dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə düşmək
B)
ağzına çullu dovşan sığmamaq, gözü düşmək, gözünün odunu almaq
C)
cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək
D)
hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq
E)
ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək
11)
Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir
Xəta bildir
A)
Mən evə təzəcə çatmışdım ki, qapını döydülər
B)
Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.
C)
Ona elə gəldi ki, indicə adını çəkəcəklər
D)
Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.
E)
Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)
12)
“Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru fikirləri seçin: 1.“yar”felindən yaranmış eyniköklü sözlərdir 2.Sözlərin kökü isimlə omonimdir 3.Sözlərin üçü də feldən düzəlmişdir 4.Sözlər morfoloji üsulla yaranmışdır 5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur
Xəta bildir
A)
1, 3, 4
B)
1, 2, 4
C)
3, 5
D)
1, 4
E)
2, 4, 5
13)
Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna bilməz.
Xəta bildir
A)
fikrin hüquqi azadlığı
B)
geniş izah və analitik şərhdən istifadə
C)
fikrin birmənalılığı
D)
fikrin yığcamlığı
E)
arxaik leksikanın mühafizəsi
14)
Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq içində yazılmalıdır? 1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı 2. Müəllim qəzeti 5. Abşeron romanı 3. Milli Ordu 6. Koroğlu operası
Xəta bildir
A)
1, 3, 5, 6
B)
2, 4, 5, 6
C)
2, 3, 4
D)
1, 3, 5
E)
1, 2, 5, 6
15)
“Sizin sənədlər yoxlananda mən də orada idim” – cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
Xəta bildir
A)
sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir
B)
təsirsizdir
C)
təsdiqdədir
D)
quruluşca düzəltmədir
E)
feli bağlamadır
16)
Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar ki, eynidir. 1. arayış 3. protokol 5. akt 2. izahat 4. ərizə
Xəta bildir
A)
4, 5
B)
3, 5
C)
1, 4
D)
2, 4
E)
2, 3
17)
Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə uyğundur?
Xəta bildir
A)
Şirin yalandan acı həqiqət yaxşıdır
B)
Düzdür, Nazim, sən haqlısan!
C)
Lalə məktubun kimə aid olduğunu bilmirdi.
D)
Şərəfli əmək insanı ucaldar.
E)
Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.
A)
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
B)
Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ
C)
Gülüm, heyif sənə, heyiflər mənə, Qoruya bilmədim məhəbbətimi...
D)
Ey daşlaşan, torpaqlaşan ulu babam!
E)
Ancaq ürəyimdə deyirəm yenə: “Ay ürək, buna da gərək mən dözüm....”
19)
Məntiqi ardıcıllığı tamamlayın. Xülasə, deməli, müxtəsər….
Xəta bildir
A)
bəlkə
B)
qısası
C)
heyif
D)
yəqin
E)
deyəsən
20)
Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz nitqdə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığı hansı bənddədir?
Xəta bildir
A)
qoşa nöqtə, vergül, vergül, tire, vergül
B)
qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq
C)
vergül, vergül, dırnaq, tire, vergül, dırnaq
D)
qoşa nöqtə, vergül, tire, vergül, dırnaq
E)
qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab