Tapılan ümumi test sayı : 156

Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və “Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin hər ikisinə aid edilə bilər?
A) Tabelilik bağlayıcısı ilə bağlanmışdır
B) Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə olunmuşdur
C) Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir
D) Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.
E) Tərkibindəki cümlələr genişdir.
Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:
A) iştirak
B) bölüşdürmə
C) aydınlaşdırma
D) səbəb-nəticə
E) zaman
Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?
A) felin təsriflənən formaları ilə
B) idi, imiş, isə hissəcikləri ilə
C) təsriflənməyən fellər ilə
D) felin xəbər şəkli ilə
E) felin arzu və şərt şəkilləri ilə
Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən cümləni tapın:
A) Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin qarşısını heç nə ala bilməzdi.
B) Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı
C) Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını gözlədi.
D) Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa məcbur oldu
E) Axşam möhkəm yağış yağdığı üçün məhəllənin küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.
Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq” mənasını verir?
A) Məsmə qaşqabağını sallayıb oturmuşdu.
B) Özünü ələ salırsan, ya məni?
C) Son vaxtlar ondan gözüm su içmir
D) Yenə kimin gözünə kül üfürürsən?
E) Dəyirman bildiyini eylər, çax-çax baş aparar
Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, deyəsən, məni başa düşmədi.
B) O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad danışmışdı.
C) O, bu qaçışıyla özündən qaçır
D) O, ömür yolunu azıb, çaşdırıb.
E) O, yenə də yem gətirmək üçün yuvasından aralandı
Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur
A) söz-cümlə
B) ümumi şəxsli cümlə
C) adlıq cümlə
D) qeyri-müəyyən şəxsli cümlə
E) şəxssiz cümlə
Ara sözün işləndiyi cümləni göstərin:
A) Hər dilinə gələn sözü deməli deyilsən
B) Yəqin etdim ki, sən düz demirsən
C) Güman gələn yerləri ələk-vələk etdilər
D) Düzdür, sənin dediklərinlə mən də razıyam
E) Sənin dediklərin tamamilə düzdür.
Həmcins təyinli cümləni göstərin:
A) Əksinə, çox aydın və sərrast düşünürdü
B) Mərmər ağdır, qəm qara.
C) O, atasının tanış və doğma sifətinə baxaraq, yavaş- yavaş qapıya doğru yeridi.
D) Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.
E) Yox, sən də haqlısan, ey gizli dərdim, Qərəzli, qərəzsiz tələblərinlə
“Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır
A) ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək
B) dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə düşmək
C) ağzına çullu dovşan sığmamaq, gözü düşmək, gözünün odunu almaq
D) hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq
E) cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək
Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir
A) Mən evə təzəcə çatmışdım ki, qapını döydülər
B) Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.
C) Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)
D) Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.
E) Ona elə gəldi ki, indicə adını çəkəcəklər
“Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru fikirləri seçin: 1.“yar”felindən yaranmış eyniköklü sözlərdir 2.Sözlərin kökü isimlə omonimdir 3.Sözlərin üçü də feldən düzəlmişdir 4.Sözlər morfoloji üsulla yaranmışdır 5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur
A) 2, 4, 5
B) 1, 2, 4
C) 3, 5
D) 1, 4
E) 1, 3, 4
Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna bilməz.
A) fikrin yığcamlığı
B) fikrin birmənalılığı
C) arxaik leksikanın mühafizəsi
D) fikrin hüquqi azadlığı
E) geniş izah və analitik şərhdən istifadə
Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq içində yazılmalıdır? 1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı 2. Müəllim qəzeti 5. Abşeron romanı 3. Milli Ordu 6. Koroğlu operası
A) 1, 3, 5
B) 2, 3, 4
C) 1, 2, 5, 6
D) 1, 3, 5, 6
E) 2, 4, 5, 6
“Sizin sənədlər yoxlananda mən də orada idim” – cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A) sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir
B) feli bağlamadır
C) təsirsizdir
D) təsdiqdədir
E) quruluşca düzəltmədir
Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar ki, eynidir. 1. arayış 3. protokol 5. akt 2. izahat 4. ərizə
A) 4, 5
B) 2, 4
C) 1, 4
D) 3, 5
E) 2, 3
Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə uyğundur?
A) Düzdür, Nazim, sən haqlısan!
B) Şərəfli əmək insanı ucaldar.
C) Şirin yalandan acı həqiqət yaxşıdır
D) Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.
E) Lalə məktubun kimə aid olduğunu bilmirdi.
Mürəkkəb xitab hansıdır?
A) Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ
B) Ancaq ürəyimdə deyirəm yenə: “Ay ürək, buna da gərək mən dözüm....”
C) Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
D) Gülüm, heyif sənə, heyiflər mənə, Qoruya bilmədim məhəbbətimi...
E) Ey daşlaşan, torpaqlaşan ulu babam!
Məntiqi ardıcıllığı tamamlayın. Xülasə, deməli, müxtəsər….
A) deyəsən
B) yəqin
C) qısası
D) heyif
E) bəlkə
Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz nitqdə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığı hansı bənddədir?
A) vergül, vergül, dırnaq, tire, vergül, dırnaq
B) qoşa nöqtə, vergül, tire, vergül, dırnaq
C) qoşa nöqtə, vergül, vergül, tire, vergül
D) qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq
E) qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top