Tapılan ümumi test sayı : 156

İntonasiya əlaqəsi ilə düzəlmiş qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə hansdır?
A) Qış çoxdan gəlmişdi, havalar isə hələ də xoş keçirdi.
B) Lalə müharibəyə getmiş atasının yolunu çox gözlədi, bir xəbər çıxmadı
C) Səfərə hazırlaşsaq da, gedə bilmədik
D) Çox həyəcanlandı, lakin bir kəlmə belə demədi.
E) Həddən artıq kədərli olmasına baxmayaraq, bunu ətrafdakılara sezdirməməyə çalışırdı
Bütün üzvləri mürəkkəb olan cümləni göstərin.
A) Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını Azərbaycan dilinə Rəsul Rza tərcümə etmişdir.
B) Sabirin satiraları dövrün ən mühüm sosial-siyasi münasibətlərini, müxtəlif ictimai baxışları canlı bir şəkildə əks etdirir
C) XIII əsrdə ana dilimizdə ilk şeir nümunələrini yaradan sənətkar İzzəddin Həsənoğludur.
D) Bizim əsas məqsədimiz vətən torpaqlarını düşməndən azad etməkdir
E) Böyük sənətkar simvollarla, rəmzlərlə zəmanəsindəki haqsızlığa, ikiüzlülüyə kəskin nifrətini bildirir
Söz sırasının pozulmadığı sıranı göstərin.
A) Çiçəyə dərd olmur, düzə dərd olur.
B) Biz ki öyrənmişik hicrana artıq...
C) Yaman qəribədir dünyanın işi.
D) Düzlərdə bürküdən solur gül-çiçək,
E) Bəlkə gözləmədik bu xoş görüşü,
Tabelilik əlaqəsinin hər üç növünün işləndiyi birləşmə hansı bənddədir?
A) onun böyük ürəyi
B) ən ülvi duyğular
C) get-gedə yüksəlmək
D) yaşanmış xoş xatirələr
E) Böyük Çin səddi
Yalnız mənsubiyyətə görə dəyişərkən söz kökündən II saiti düşən sözləri seçin. 1. sinif  3. beyin  5. boyun  2. ağıl  4. fikir  6. ömür
A) 3, 4, 5
B) 1, 3, 6
C) 2, 3, 5
D) 1, 5, 6
E) 2, 4, 5
..Ömür qala-qala, gün qala-qala “Əlvida” deyəsən doğma bir yola.. Altından xətt çəkilmiş söz haqqında hansı fikir səhvdir?
A) şərt şəklindədir
B) sadədir, məlum növdədir
C) II şəxsin təkindədir
D) işin arzu olunduğunu bildirir
E) təsriflənəndir
“Çəkilişdəyik” sözünün tərkibinə görə təhlili hansı sxemə uyğundur?
A) C
B) D
C) E
D) B
E) A
Mürəkkəb tərzi-hərəkət zərfi işlənmiş cümləni müəyyənləşdirin
A) Nazim sevinə-sevinə əlindəki sənədləri mənə uzatdı.
B) Mən bu anı səbirsizliklə gözləyirdim.
C) Hərdən axşamlar bizə gələr, oturub dərdləşərdi
D) Qız qeyri-ixtiyari əlindəki kağızları masanın üstünə qoydu
E) Elə gəlsin, elə getsin, Aralıqda söz olmasın
Hansı cümlədə morfoloji yolla düzəlmiş azaltma dərəcəsində olan sifət işlənmişdir?
A) Açıq-sarı işıqların şöləsi otağa xüsusi bir görünüş verirdi
B) Qarşıdan gələn maşınların gur işıqları onun gözlərini qamaşdırır, yolu aydın seçməyə imkan vermirdi.
C) Həyatın çətin sınaqları onu daha da möhkəmləndirmiş, iradəli bir insana çevirmişdi.
D) Tünd-qara gözləri ağımtıl sifətinə çox yaraşır, onu yaşından xeyli cavan göstərirdi.
E) Gümüş kəmərin üstündəki xırdaca qaşlar günəş şöləsi düşdükcə par-par parıldayırdı
Həm mənsubiyyət. həm də hal şəkilçisi qəbul etmiş isimləşən sıra sayı hansı cümlədədrr?
A) İkincisindən çox narazıyam
B) Beşincilər hamını heyran etdilər
C) Birini ona gətirmişəm
D) Səkkizinci palatanın qapısı hələ də açıq idi.
E) Bir-birimizi görmədiyimiz anlar geridə qaldı.
        Bu dünyanın əlifbası – məhəbbət! Ən ilk nəğmə, ən ilk yazı məhəbbət! İşarələnmiş hansı əvəzliklərdən sonra vergül işarəsi qoyulmalıdır?
A) 1; 2; 5
B) 4; 5
C) 2; 4; 5
D) 1; 3
E) 1; 3; 4
Düşündüm, ayrılıq gələndən bəri, Sən mənim eşqimə çıraq olasan. Onunçün verdinmi mənə göyləri, Məndən göylər qədər uzaq olasan?! Nümunədə işlənmiş köməkçi nitq hissələri hansı bənddə düzgün verilmişdir?
A) 3 qoşma, 1 ədat
B) 3 qoşma, 1 bağlayıcı
C) 1 qoşma, 1 bağlayıcı, 1 ədat
D) 2 qoşma, 1 bağlayıcı
E) 1 qoşma, 2 bağlayıcı, 1 ədat
İtsin mənim gözlərimdən ilim-ilim!…. Mənsubiyyət şəkilçili sözləri seçin.
A) 3, 5
B) 4, 5
C) 1,4, 5
D) 4, 6
E) 3, 5, 6
Hansılara antonim qarşılıq tapmaq olar? 1. dəcəl 3. hövsələsiz 5. məhlul 2. nəfəs 4. ehtiyat 6. narahat
A) 2, 3, 5
B) 3, 4, 5
C) 1, 3, 5
D) 2, 4, 6
E) 1, 3, 6
Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub?
A) Bilirdim ki, o, çox dözümsüz və iradəsizdir
B) O, könlündən keçənləri heç kəsə demədi
C) Başı işə elə qarışırdı ki, axşamın düşməsindən belə xəbəri olmurdu
D) Başladığı iş yarımçıq qaldı
E) El bilir, uşaqlıqdan o naxələf olmayıb
Əsl Azərbaycan sözlərinə xas olan xüsusiyyətləri seçin: I. Vurğunun son hecanın üzərinə düşməsi II. Eynicinsli qoşa saitlərin işlənməsi III. Ahəng qanununun gözlənilməsi IV. Söz kökünün dəyişkən olması
A) I, II
B) III, IV
C) II, III
D) I, III
E) I, IV
Məntiqi ardıcıllığı tamamlayın. kütləvi, əşyəvi, əyani, riyazi….
A) nümunəvi
B) qələvi
C) coğrafi
D) kimyəvi
E) qiyabi
İsim və fel kimi işlənə bilən söz hansıdır?
A) çat
B) sarı
C) sağ
D) yaş
E) buruq
Vurğusu II hecaya düşən sözlər hansıdır? 1. bayaq  3. daxilən  5. igidcəsinə  2. opera 4. İngiltərə 6. həvəslə
A) 2, 4, 5
B) 3, 5, 6
C) 1, 2, 3
D) 4, 5, 6
E) 1, 4, 6
Səhv yazılmış sözü müəyyənləşdirin.
A) əhliləşdirmək
B) laureat
C) dəm-dəsgah
D) koalisiya
E) leykomiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top