Tapılan ümumi test sayı : 156

“Bütün bunlar ona görədir ki, sən daha firavan yaşayasan” mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin.
A) xəbər
B) tamamlıq
C) məqsəd
D) qarşılıq-güzəşt
E) səbəb
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri hansı yollarla bağlanır? 1. bağlayıcı sözlə                   2. intonasiya ilə 3. tabesizlik bağlayıcıları ilə   4. –sa2 şəkilçisi və ədatla
A) 1, 4
B) 1, 3
C) 2, 3
D) 2, 4
E) 1, 2
Məişət üslubu üçün səciyyəvi deyil
A) dialoji nitq şəklində olması
B) intonasiya, jest və mimikadan istifadə
C) Daha çox geniş və bütöv cümlələrdən istifadə
D) nitqin sərbəstliyi və təbiiliyi
E) Ancaq şifahi şəkildə mövcudluğu
Hansı cümlədə “ki” bağlayıcı kimi işlənməmişdir? (Durğu işarələri işlənməyi
A) Mən ki damdan-bacadan baxmaz idim...
B) Çalış ki yanılmayasan.
C) Əhmədə demişəm ki, vaxtında gəlsin.
D) Elə danış ki hamımız başa düşək.
E) Gül ki qəlbim gülsün.
Qeyri-müəyyən yiyəlik halda olan söz hansı cümlədədir?
A) Günəşli hava olmasına baxmayaraq, payızın soyuğu özünü göstərirdi.
B) Amma bu qələbələr heç də asanlıqla başa gəlmirdi.
C) Nəhayət, qolundakı kəndir didilib nazildi və qırıldı.
D) Onda Saleh bu qızın kim olduğunu bilmirdi.
E) Yerində fırlanıb güzgü qırıntılarının üstündə kürəyi üstə uzandı.
Hansı cümlədə frazeoloji birləşmə “mürgüləmək” mənasını verir?
A) Bir anlıq yorğunluqdan sim kimi gərilmiş bədənini rahatlamaq, gözlərinin acısını almaq istəyirdi.
B) Eşitdiyi dəhşətli xəbərdən gözləri qaraldı, beyni dumanlandı.
C) Ananın gözləri yol çəkirdi.
D) Ən maraqlısı da bu idi ki, camaatın gözünə kül üfürürdü.
E) Yüz dəfə demişəm ki, mənasız söhbətlərə görə gözünün suyunu axıtma!
Qeyri-müəyyən şəxsli cümləni göstərin:
A) Həyatı boyu onun fikri, xəyalı ilə yaşadı.
B) Elə bil onlar mənə dünyanı verdilər.
C) Gecə saat ikidə bizi təcili trestə çağırdılar.
D) Etdiyi səhvləri düzəltmək üçün artıq çox gec idi.
E) Onlar bu sözləri dərhal Qacara çatdırdılar.
Nitqin hissələri arasında əlaqəni bildirən ara sözü göstərin:
A) birincisi
B) ehtimal ki
C) deyilənə görə
D) heyif
E) doğrudan da
“Sən ellər toyusan, ellər bayramı” – cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?
A) şəxs şəkilçisi
B) cəm şəkilçisi
C) hal şəkilçisi
D) zaman şəkilçisi
E) mənsubiyyət şəkilçisi
Frazeoloji birləşmənin həm özü, həm də onun frazeoloji sinonimi və antonimi hansı sıradadır?
A) baş sındırmaq, ölçüb-biçmək, düşünüb-daşınmaq
B) təngə gəlmək, cana doymaq, can vermək
C) cana doymaq, boğaza yığılmaq, ləzzət almaq
D) boğaza yığılmaq, təngə gəlmək, cana doymaq
E) can almaq, öldürmək, yaşatmaq
Hansı fellər təsirlidir? 1. çıxmaq 3. razılaşmaq 5. geyinmək 2. başa salmaq 4. inandırmaq
A) 3, 4, 5
B) 1, 3, 4
C) 2, 3, 5
D) 2, 4, 5
E) 1, 4, 5
“Onun hələ xəbəri yox idi ki” baş cümləsinə hansı budaq cümlə qoşula bilər?
A) mübtəda
B) xəbər
C) yer
D) tamamlıq
E) zaman
Eyniköklü sözlərə aid düzgün fikirləri müəyyən edin. 1. Eyni bir sözdən əmələ gəlir. 2. Həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olur. 3. Üzgün, üzücü, üzgüçü eyniköklü sözlərdir. 4. Eyniköklü sözlər həm leksik, həm də qrammatik şəkilçilər vasitəsilə düzəlir. 5. Eyniköklü sözlər quruluşca düzəltmə olur.
A) 2, 4, 5
B) 1, 2, 5
C) 1, 3, 4
D) 1, 3, 5
E) 2, 3, 5
Bu üslub üçün həm qəzəbli, həm sakit, təmkinli, həm təsviri, həm də analitik dil xarakterikdir. Söhbət hansı üslubdan gedir?
A) publisistik
B) bədii
C) məişət
D) rəsmi-işgüzar
E) elmi
Hansı mürəkkəb adın yazılışı səhvdir?
A) Orxon-Yenisey kitabələri
B) Azərbaycan Teleqraf Agentliyi
C) Orta paleolit dövrü
D) Azərbaycan Respublikasının Nazirlər Kabineti
E) Bakı Şəhər İcra Hakimiyyəti
Xüsusiyyətlər hansı əməli yazı növünə aiddir? 1. Kimə verilir. Onun adı, atasının adı, soyadı və vəzifəsi. 2. Onu verən şəxs və ya təşkilat. 3. Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu. 4. Məsul olan şəxsin imzası. 5. Verildiyi tarix. 6. Məsuliyyət daşıyan şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi.
A) akt
B) arayış
C) protokol
D) ərizə
E) vəkalətnamə
“Bir az sonra isə bir-birinə düşmən kəsilmiş ailələr xəstəxananın həyətində yenidən üz-üzə gəlməli oldular” – cümləsinin sintaktik təhlili ilə bağlı doğru cavabı tapın:
A) Təyin feli sifət tərkibi ilə ifadə olunmuşdur.
B) Baş üzvlərin hər ikisi mürəkkəbdir
C) Xəbər vacib şəklində olan fellə ifadə olunmuşdur.
D) İki təyin işlənmişdir.
E) Cümlədə 2 zaman, 2 tərzi-hərəkət zərfliyi var.
Xitabla bağlı fikirlərdən biri səhvdir
A) Xüsusi intonasiya ilə deyilir
B) Yalnız isimlə və ismi birləşmələrlə ifadə olunur.
C) Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur
D) Cümlədə müraciət bildirən sözə və ya söz birləşməsinə deyilir
E) Diqqəti cəlb etmək, nitqi qüvvətləndirmək məqsədi daşıyır.
Məntiqi ardıcıllığı tamamlayın. Bəlkə, ola bilsin ki, yəqin…
A) demək
B) görünür
C) düzü
D) təəssüf
E) deyilənə görə
O, sakitcə yaralı zabitə yaxınlaşıb Özünüzü necə hiss edirsiniz yaralarınız əziyyət vermir ki deyə soruşdu – vasitəsiz nitqdə hansı durğu işarələri buraxılmışdır?
A) qoşa nöqtə, 3 tire, 3 vergül, 1 sual işarəsi və dırnaqlar
B) qoşa nöqtə, 1 tire, 1 vergül, 1 sual işarəsi və dırnaqlar
C) qoşa nöqtə, 1 tire, 3 vergül, 1 sual işarəsi və dırnaqlar
D) qoşa nöqtə, 2 tire, 1 vergül, 1 sual işarəsi və dırnaqlar
E) qoşa nöqtə, 2 tire, 2 vergül, 1 sual işarəsi və dırnaqlar
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top