Tapılan ümumi test sayı : 156
101)
Hansı cümlədə həm sadə , həm də feli sifət tərkibi ilə ifadə olunmuş mürəkkəb təyin var?
Xəta bildir
A)
Vağzalda dayanmış avtobusda yerlərin dolmağına az qalmışdı.
B)
Dərslik ali məktəblərə qəbul olunmağa hazırlaşan abituriyentlər üçün nəzərdə tutulmuşdur
C)
Bir qədər hərlənib yorulandan sonra qalmağa başqa yeri olmadığına görə yenə qardaşıgilə getdi
D)
Direktor çıxıb həyətdə gözləyən Əlini içəri dəvət etdi.
E)
Azərbaycan xalqının tarixini, mədəniyyətini özündə əks etdirən bu nümunələr zaman keçdikcə daha da dolğunlaşır
102)
Söz sırasının pozulduğu sıranı göstərin:
Xəta bildir
A)
Mən səni öz ömrümə saat əqrəbi sandım.
B)
Elə bil dağılmış xatirələrim Səsinin sapında səfə düzüldü.
C)
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
D)
Getmək istəyirsən, bəhanəsiz get!
E)
Nağıllar dünyasına aparaydım səni mən.
A)
tablo
B)
düşündürücü
C)
çəkildi
D)
seç
E)
gözəl
104)
Həm hal, həm də mənsubiyyət şəkilçiləri artırdıqda ikinci saiti düşən sözləri seçib göstərin. 1. səbir 3. nəsil 5. burun 2. alın 4. xeyir 6. beyin
Xəta bildir
A)
1, 4, 6
B)
3, 4, 6
C)
2, 3, 5
D)
1, 3, 4
E)
2, 5, 6
105)
“..Ucaltdığın kiçiləndə görəsən, Əriyərsən gözün görə-görə sən…” Altından xətt çəkilmiş fellər haqqında verilmiş fikirlərdən biri səhvdir
Xəta bildir
A)
Hər ikisi təsdiqdədir
B)
Hər ikisinin tərkibində qrammatik şəkilçi var
C)
Hər ikisi təsriflənməyən feldir
D)
Hər ikisi quruluşca düzəltmədir
E)
Birincisi isimləşən feli sifətdir
107)
Düzəltmə yer zərfi işlənmiş cümləni göstərin:
Xəta bildir
A)
Ora-bura vurnuxan insanların narahatlığı ona da təsir etmişdi.
B)
Çay qırağında oynayan uşaqların şən səs-küyü meşəni başına götürmüşdü
C)
Ortalıqda hələ heç nə yoxdur, bu isə aləmi bir-birinə qatıb
D)
Məhkəmədəki son görüşü unuda bilmirdi.
E)
Birdən-birə onu qarşımda gördüm
108)
Morfoloji yolla düzəlmiş çoxaltma dərəcəsində olan sifət hansı cümlədədir?
Xəta bildir
A)
Mən tünd çayı heç sevmirəm
B)
Dümağ paltarı ona xüsusi yaraşıq verirdi
C)
Hava küləksiz idi, amma narınca yağış yağırdı.
D)
Otağın düz ortasında balaca bir masa var idi
E)
Həyat hamımız üçün çətin bir sınaq meydanıdır.
109)
İsmə aid bütün qrammatik şəkilçiləri qəbul etmiş say hansı nümunədədir?
Xəta bildir
A)
Sahənin beşdə üçünü əksən nə qədər məhsul əldə edəcəksən ki?
B)
Bu bayram on birincilərimizindir!
C)
Çalışmalıyıq ki, birincilik bizim olsun.
D)
Birinə sirr verəndə çox diqqətli ol!
E)
Bu qələbəyə görə beşincilərimizə minnətdarıq.
110)
Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya belə dönəcək, Nə biləydik sevgi adlı bu qonaq İkimizin arasında öləcək… Nümunədə əvəzliyin hansı məna növləri işlənib?
Xəta bildir
A)
sual, təyini, qeyri-müəyyən
B)
şəxs, qeyri-müəyyən
C)
təyini, işarə
D)
qeyri-müəyyən, işarə
E)
sual, işarə
111)
Hər ömürdə bir ulduza dönər o, Gah şimşəktək birdən çaxıb sönər o, Gizli gələr, fəqət aşkar dinər o, Canda nəfəs, damarda qan məhəbbət, Həm var olan, həm yox olan məhəbbət! Nümunədə bağlayıcının hansı növləri işlənmişdir?
Xəta bildir
A)
iştirak, inkar, bölüşdürmə
B)
qarşılaşdırma, birləşdirmə, bölüşdürmə
C)
inkar, qarşılaşdırma, iştirak
D)
birləşdirmə, qarşılaşdırma, aydınlaşdırma
E)
bölüşdürmə, qarşılaşdırma, iştirak
112)
Antonim sözlərin işlənmədiyi cümləni tapın.
Xəta bildir
A)
Varlanmağa tələsən yoxsulluğa tez düşər.
B)
Dəli ilə ağıllını, alim ilə cahili bir gözdə görəndə insanlıq ölçüsü və meyarı pozulur.
C)
Bütün məslək dostlarımın bu dünyada mən Hər qəminə, nəşəsinə ortaq olaydım
D)
Yaxşı dost yaman gündə tanınar.
E)
Sən həm şəkərim, həm zəhərimsən, Sən həm xeyirim, həm zərərimsən....
113)
Hansı cümlədə frazeoloji birləşmə yoxdur?
Xəta bildir
A)
Qayğısız uşaqlıq illərini yada saldıqca gözləri yaşarır, o günlərə dönmək istəyirdi.
B)
İlin axır çərşənbəsi idi.
C)
Ömründə hələ heç kəsə ağız açmamışdı
D)
Pərinisə qarı yeznəsinin kölgəsini qılınclayır, elə- hey pisləyirdi.
E)
Dərd çəkmək elə mənə qalıb?
114)
Alınma sözlərə xas olan cəhətləri seçin. I. Ön şəkilçi qəbul edən sözlər II. Bir və ikihecalı fellər III. Şəxs əvəzlikləri IV. k-y, q-ğ əvəzlənməsi baş verməyən sözlər
Xəta bildir
A)
II, III
B)
III, IV
C)
I, III
D)
II, IV
E)
I, IV
A)
mülki (geyim)
B)
əyani (şöbə)
C)
tarixi (sənə
D)
rəsmi (danışıq)
E)
inqilabi (hadisə)
116)
Həm əsas, həm köməkçi nitq hissəsi kimi işlənə bilən sözü seçin:
Xəta bildir
A)
savayı
B)
ilə
C)
ötrü
D)
ötəri
E)
tək
117)
Vurğusu son hecaya düşməyən sözləri müəyyənləşdirin. 1. birlik 3. kompleks 5. sonra 2. sanki 4. həvəskar 6. sonsuz
Xəta bildir
A)
1, 4, 6
B)
2, 4, 5
C)
1, 3, 5
D)
3, 4, 6
E)
2, 3, 5
A)
kəm?hövsələ
B)
cız?bız
C)
kəllə?mayallaq
D)
cızma?qara
E)
layihə?qurma
119)
Ara söz işlənmiş cümlə hansıdır? (Durğu işarələri buraxılı
Xəta bildir
A)
Düz danışsan, başın da ağrımaz.
B)
Düzünü Allah bilir.
C)
Elə hər işin düzdür.
D)
Sözün düzünü zarafatla deyərlər.
E)
Düzü bu işdən gözüm su içmir.
120)
Aşağıdakı cümlələrdən ikisi ümumi şəxslidir. 1. Dərsi vaxtında hazırlayarlar. 2. İgid ölər, adı qalar. 3. Yalan söz üz qızardar. 4. Sözün düzünü zarafatla deyərlər. 5. Quşu gözündən vururdu. 6. Onu orden və medallarla təltif etmişdilər.
Xəta bildir
A)
1, 2
B)
1, 4
C)
5, 6
D)
3, 5
E)
2, 4
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab