Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Aslanlar öz hekayələrini özləri yazmırsa ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik.
(Fransız atalar sözləri)
-
Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır.
(Yunan atalar sözləri)
-
-
Ağa köz kimidir, yandıra bilməzsə qaralayar.
(Yunan atalar sözləri)
-
Acmayan insan, çörəyin nə olduğunu bilməz.
(Yunan atalar sözləri)
-
Ay görmüşün ulduza nə minnəti.
(İraq-Kərkük atalar sözləri)
-
Alışmış qudurmuşdan betərdi.
(İraq-Kərkük atalar sözləri)
-
Alçaq yerdə yatma, sellər alar, yüksək yerdə yatma, yellər alar.
(İraq-Kərkük atalar sözləri)
-
-
Ağacdan maşa olmaz, çingənədən paşa.
(İraq-Kərkük atalar sözləri)
-
Adam sözdən, uşaq gözdən.
(İraq-Kərkük atalar sözləri)
-
Ağlarsa anam ağlar, başqası yalan ağlar.
(Türk atalar sözü)
-
Ağlamayan uşağa süd verməzlər.
(İngilis atalar sözləri)
-
Ax axça quru gün üçündür
(İngilis atalar sözləri)
-
Atasız uşaq tavansız ev kimidir.
(Afrika atalar sözü)
-
Ağılsız o adamdır ki, ayın özünə yox, onu göstərən barmağa baxır.
(Çin atalar sözləri)
-
Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər.
(Çin atalar sözləri)
-
Atın qiymətin yəhərinə görə biçmə.
(Çin atalar sözləri)
-
Az toyuq az yumurta, çox toyuq çox yumurta
(Çin atalar sözləri)
-
Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar.
(Çin atalar sözləri)
-
Ağıllı adam dəlini danlamaz.
(Çin atalar sözləri)
-
Ağıla gəl(məy)ən başa gələr.
-
Atlar işlər, ər öyünər
-
Ağaya ağ olan boynuna kəfən salar
-
Ağa dedi vur, sən yıx, sürü
-
Abdal nə bilir ki, heyva kaldır?!
-
Ac doğuz, darıdan çıxmaz.
-
Ağ gün adamı ağardır, qara gün qaraldır.
-
Abdal oynayanda qar yağar.
-
Anası gəzən ağacı qızı budaq-budaq gəzər.
-
Asta vur,
Rasta vur.
-
Anası gəzən ağacı, balası budaq-budaq gəzər.
-
Anasına bax, qızını al,
Qırağına bax, bezini al.
-
Aşığın molladan, mollanın da sazdan zəhləsi gedər.
-
Ay doğar gədiyindən,
Utan, bir dediyindən.
-
Abad yerin bülbülü,
xarabanın bayquşu.
-
Abbasını bəyənməyən beş şahı çıxardar.
-
Asta gedən yorulmaz.
-
Acıqla iş görən zərər çəkər.
-
Araba qoş, çarxa dur,
Mərd igidə arxa dur.
-
Adamın tamarzısı,
Hər kəsin öz arzusu.
-
Ayağı nərdivana bir-bir qoyarlar.
-
Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
-
Avara qonaq ev yiyəsini də avara qoyar.
-
Aydan arı, sudan duru.
-
Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülməşəkər?
-
Ağlı olan qışın qeydinə yayda qalar.
-
Analı quzu,
Xınalı quzu.
-
Ağzına bax, tikə kəs.
-
Alət işlər, əl öyünər,
Qılınc işlər, qol öyünər.
-
Adam aşını-işini bilməlidir.
-
Ağıl başda olar, yaşda olmaz.
-
At ölər nalı qalar,
İgid ölər namı qalar.
-
Ay fələk, batmanı elədin çərək.
-
Acın imanı olmaz, toxun gümanı.
-
Adam yanıla-yanıla öyrənər.
-
Asta gedən usta gedər.
-
Aşıq gördüyünü çağırar.
-
Ağılsız başın əziyyətini ayaq çəkər.
-
Az danış, düz danış.
-
Atlı çapar, tayını tapar.
-
Alaq otu tez yetişər.
-
Atıcı atar, tayını tapar.
-
Abrını alıb, dirilik suyu versələr, ağıllı adam onu almaz, çünki zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxşıdır.
-
Abal (abdal) dərviş, pulla bitər hər iş.
-
Ac, əlinə, düşəni yiyər; tox ağzına gələni deyər.
-
Ağlamaqla, gözdən yaş qurtulmaz.
-
Ac əsnər, aşıq gərinər.
-
Ac it, dəyənəkdən qorxmaz.
-
Ac qonağa, bir çörək, naz balışdan yeğdir(yaxşıdır).
-
Axmağın ağası olunca, ağıllının, nökəri ol.
-
Ağılı evdə qoyub gedərik, axmağın qulluğuna yetərik.
-
Açıq qapıdan min bir bəla gələr deyiblər, bağlı qapının min bir bəla içində.
-
Axar çay murdarlıq götürməz.
-
Arvadın nə olduğun subaydan sor,
arvadın necə olduğun evlidən.
-
Ananın səbri tükənməz olur.
-
Ana səbri böyükdür.
-
Ala qarğa suya düşsədə, qaz olmaz.
-
Ata mindin özünü unutma,
atdan düşdün - atını.
(atdasan - özünü, atdan endin atını - unutma).
-
Abırlı abırından qorxar, abırsız nədən qorxar?
(Abırlı abırından çəkinər, abırsız nədən çəkinər?)
-
Ata dost kimi bax, düşmən kimi min.
-
Ata - yəhəri, dilənçiyə - torba ağırlıq edməz.
-
Ata minər, atasın danar, atdan enər, atın danar. (ata mindi, atasını, atdan endi, atını tanımadı). (ata mindi, atasın tanımadı. atdan düşdü, atın tanımadı).
-
Ac eşiyə, lüt içəri qaçar.
-
Ac gəzməkdənsə, tox ölmək yaxşıdır.
-
Ac, qılıncı çapar.
-
Acındırsan arsız, acıqdırsan hırsız (oğru) olur.
-
Acının dadın bilməyən, şirinlikdə dad bilməz.
-
Acıqlı dilənçinin, torbası boş qalar.
-
Aclığın əlin toxluğa sığın, ac qalmasan.
-
Ağrısız baş, qəbirdə olur.
-
Ağzı yağlı, dili bağlı.
-
Alçaq yerdə, təpəcik özün dağ sanır.
-
Alma, dibindən uzağa düşməz.
-
Alqış, iki əldən (çıxar).
-
Arvadın koru, ərin karı.
-
Arxadan gələn düşman, üzə gəlincə dost olar.
-
Arxlar axar, çay olar.
-
Arxadan kəsir, ətəyə yamır.
-
Arxadır yurdumuza, eşq olsun ordumuza.
-
Aslan dişinə, kişi işinə güvənər.
-
Aşı pişirən yağdır, gəlinin üzü ağdır.
-
Aşırıb doymadı, yaladı nə doyar.
-
Ata ana acı alma yesə, oğul qızın dişi qamar (qamaşır).
-
Ata göylü balada, bala göylü havada.
-
Ata güc, adama ağıl (gərək).
-
Ata qabağdan, itə daldan yanaş.
-
Atadan altı olunca, anadan iki ol.
-
Atlı ilə yayaq, savaşa qıldılar ayaq).
-
Atsan nişana dəyər oxun doğrusu, bir mənzilə yetməz yükün əyrisi.
-
Axan arx, axmadan durmaz.
-
Axan suya dayanma, hər deyənə inanma.
-
Acgözlük heyvanı kökəldər, kişini çökərdər.
-
Ac nə yeməz, tox nə deməz.
-
Ac oldun çobana qoşul, yoruldun karvana.
-
Ac qudurğan olar, tox oynağan.
-
Ac qurdlar, ağız ağıza yatarlar. (biri birinə yem olmaq qorxusundan).
-
Ac toyuq özün taxıl bazarında görər.
-
Ac yediyin bilməz, tox dediyin bilməz.
-
Ac, acınan yatsa, dilənçi doğar.
-
Aca qazan asdırsan, yeyəcək qalmaz, lütə odun yaxdırsan, yanacaq qalmaz.
-
Acar, qılıncı çapar.
-
Acgöz, yalançı toruna düşər.
-
Acı işlətmə, toxu tərpətmə.
-
Acıda yesən şirin danış.
-
Acığan çalar, quduran qalxar.
-
Acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı.
-
Adam var 'ər' dəyişir, adamda var 'əl' dəyişir.
-
Adam var yaşır yeyir, adamda var yeyir yaşır.
-
Ağ dediyin alqışdır, qara dediyin qarğışdır.
-
Ağac başına yel dəyir, gözəllərə söz gəlir.
-
Adamın vayı, xocanın payı.
-
Adı başqa, dadı başqa.
-
Ağacın kökü yerdələr. adamın gözü yerdədir.
-
Ağanın bir gözü korsa, nökərin ikisi kordu.
-
Ağaran baş, ağlayan göz, gizlənilməz.
-
Ağası qul olanın, qulu quduran olur.
-
Ağdı qızıl bayraq, doğdu qara topraq.
-
Ağı dağa gəlməz, başa gəlir.
-
Ağıl ağıldan üstün olur, söz sözdən ötgün olur.
-
Ağıl başdan çıxır, çörək daşdan.
-
Ağıl ulusdan çıxar, dərman kol-kos dan.
-
Ağıl üçün, yol birdir.
-
Ağıl, ağıldan keçər, söz danışıqdan ötər.
-
Ağac qurur, devran dönür.
-
Ağacı qurt yeyər, insanı dərd.
-
Açılan solar, ağlayan gülər. (açıl sol, ağla gül).
-
Adam olmaq asta- asta, heyvan olmaq bir anda.
-
Adamı başdan tanı, ağacı yaşdan.
-
Adət qanun deyil, qanun kimi zorludur.
-
Ağac tutan ağac vurandan artıq.
-
Ağacı ortasından tut, iki başdan vur.
-
Ağacın barı gərək, iyidin yarı gərək.
-
Ağacın uzun olsun, qolun dinc.
-
Ağacın qurdu, öz dibindədir.
-
Ağıllı bildiyin söyləməz, dəli söylədiyin bilməz.
-
Ağıllı "bizi" tapınca, dəli bacadan düşər.
-
Ağıllı işinə baxar, dəli dişinə.
-
Ağıllıdan, səfeh olmağın, qədir qiymətin öyrən.
-
Ağını çəkdin, balını çək.
-
Ağır basar, yüngül (yeyni) qalxar.
-
Ağır daş, batman döyər.
-
Ağır daşı, nə yel alır, nə sel.
-
Ağır gedən, yol alar, yeyin gedən, yolda qalar.
-
Ağır qazan, gec qaynar.
-
Ağırlıq qızıl qala, yüngüllük başa bəla.
-
Ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.
-
Ağız deyir, sol göz görür, sağ göz qıyır.
-
Ağızdan çıxan söz, yanılmaz (qayıtmaz).
-
Ağlaya - ağlaya quyu qaz, gülə - gülə suyun iç.
-
Ağlı olan ərinməz, güclü olan sürünməz.
-
Ağlı qısanın, dili uzun olar.
-
Ağlın ilə gör, ürəklə eşit.
-
Ala it çaqqalın dayısıdır.
-
Alan satandan, satan alandan umar.
-
Alanda hopur, verəndə qopur.
-
Alanın gözü olsa, satan acından ölər.
-
Alanın gözü satanın əlində olar.
-
Alçaq eşşəyi, yükləməyə navar ki.
-
Alçaq görüb daşlanma, yüksək görüb, alçalma.
-
Aldığın verməyən, axtardığın tapmaz.
-
Alıb vermək, görüş qaydası, gedib gəlmək, elçi qaydası.
-
Alimin biliyindən, yalançının dilindən yapışarlar.
-
Alıcının ömrü az olar.
-
Alım birlə (ilə) borc ödənməz.
-
Alış oğlu, verişdi.
-
Alimin sözündən de, iyidin özündən.
-
Ananın aşı, ağzının dadı, təndirin başı, yedin yat.
-
Anbar siçanı, ac qalmaz.
-
Anqıran eşşək, öz tayın tapar.
-
Aranın dağı var olsun, qarlıda olar, qarsızda. iyidin başı sağ olsun, varlıda olar, varsızda.
-
Anlamazla yeyib - içiplər, danışmayıblar.
-
Arada yeyir, qırağda gəzir.
-
Arıdan arı, gündən duru.
-
Arının ağına (zəhərinə, ağrısına) dözüb, balını süz.
-
Arıq ata, qamçı düşman, yırtıq dama, damcı düşman.
-
Arıq ata, qamçıda ağır (gəlir).
-
Arpa yeyən, ipək geyən.
-
Arpa pişər, işiniz düşər.
-
Arsıza üz verdik, ocağına köz verdik.
-
Arvad malı, sapı mandalı.
-
Arvad elə bir şeydir ki: alanda peşman, almayanda.
-
Arşınla bez ölçülər, çuvalla qoz.
-
Artıq aş, qabında dursun, artıq söz, içində dursun.
-
Artıq mal, göz çıxarmaz.
-
Arvad alsan, ürəkdən, qonşu alsan dirəkdən.
-
Arvad boşuna yalanlamasa, düz danışan çıxar.
-
Arvad ilə at, iyidin bəxtinə bax.
-
Arvad kimi düşman yox: gülər bildirməz. köpək kimi dost olmaz: ölər bildirməz.
-
Ağlayıb, gizlində gülən.
-
Arvad öz ixtiyarına olsa, çillə çağı keçi qırxar.
-
Arvadı sırdaş edən, dəllal aramaz.
-
Aşın dadı duzdadır, duzun dadı ölçüdə.
-
At aylığın, dəvə illiyin düşünür.
-
At minənindir, ev qonanındır, don geyənindir.
-
Aş, hamıdan baş.
-
Aşığın sazın al, gəlinin nazın al.
-
Aşın az çoxun qazan bilməz, qab bilər. yolun az çoxun ər bilməz, at bilər.
-
Aşıran bilməz, doğrayan bilər.
-
Aşq ağladar, dərd söylədər. qanmaza çörək versən, çomaq görsədər.
-
Aşq girdi başa, ağıl çıxdı qaça.
-
Aşqa - aşqa, bir məndən başqa.
-
Aşqın gözü kor, qulağı kar (olur).
-
At arıq, yollar uzaq.
-
At görəndə axsar, su görəndə susar.
-
At bəslənirkən, qız istənirkən.
-
At olmasa, yol olmaz, dil olmasa, el olmaz.
-
Atalar sözü bazarda satılmaz.
-
Atalar sözü elin gözü.
-
Atalar sözü, ağlın gözü.
-
Atalar sözü, söz bəzəyi, saqqal qoysan, üz bəzəyi.
-
Atalı söz, ağıla göz.
-
Atan balası olma, adam balası ol.
-
Atası acı alma yesə, oğlanın dişi qamar.
-
Atda qarın, itdə burun.
-
Atdan düş, addan yox.
-
Atdan düşüb, yəhərdən düşmür. (atdan düşüb, yəhərin buraxmır).
-
Atdığın vurar, tutduğun qoparar.
-
Atı olmayan, arpa nə gəzər. atı olmayan, ayaqla gəzər.
-
Atı, yoluyla tanı, eli diliynən tanı.
-
Atılan ox daşdan qayıtmaz, daş ilə qayıdar.
-
Atılan ox daşdan qayıtmaz, elçisiz, el gurtaramaz.
-
Atın ayaqına bax, itin quyruğuna.
-
Atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir).
-
Atın qarnı itin burnu vardı.
-
Atın sirrin gözündən, mərdin sirrin sözündən.
-
Atına acıyan, yəhərin arxalar (daşıyar).
-
Atışsan, söz çıxar, tutuşsan göz çıxar.
-
Atla qadın, tumarsız qalmaz.
-
Axşamın sirrin, dan bilir.
-
Ayı vurulmadan dərisi satılmaz. Söz deyilmədən igid başı alınmaz.
-
Axmaq elçi, iki xalqı pozar.
-
Axmaq susanda, ağıllı görünər.
-
Axsaq yügürgən ölür.
-
Axşam döz, yarın göz (gör).
-
Axşam örtəni, dan bilir (bəlirir).
-
Axtaranda tapılmaz, gərəkməzsə (boş yerdə) guruldar.
-
Ay doğuşundan, ər yerişindən bəllənir.
-
Ay ışığın aləmə salır, şəm ışığın dibinə.
-
Ay qəmin bir kərə, el qəmin min kərə düşün.
-
Ay qoca ivrən, köçən kimdi, köçürən kim.
-
Ay yayana (piyadaya) gülən atlı.
-
Ayağ yalın, qanqal qalın.
-
Ayağın yerdə süzür, xəyalın göydə üzür.
-
Ayağnı isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin.
-
Ayaq ayaq nərdivənə çıxarlar.
-
Ayaq bir olsada, min kərə atılar.
-
Ayaq birdir, atdıqı min.
-
Ayaq qabın dar olsa, dünyanın genliyindən, sənə nə asar (fayda).
-
Ayaq üsdə, qırxı çıxıb.
-
Ayaq yeriməzsə, iz düşməz.
-
Ayaqdaki bit, atdan düşürər, başdaki bit baş itirər.
-
Ayaqdan çıxan toz, baş üsdə qonar.
-
Ayaqla gələn qonağı, atla yola salarlar.
-
Ayda ışığın gündən alır. (ay ışığın, gündən alır).
-
Ayı biləyinə, insan ürəyinə güvənir.
-
Ayı ilə meymun, bir birinə uyğun.
-
Ayı yuvasında, qoz axtarma.
-
Az yeyir küsür, çox yeyir qusur.
-
Az - çox yanına gedər.
Ac - tox yanına gedər.
-
Ayrılıq çatar, gizli sevgini bəllədər. dərdli gözü gizlətmə, yaşı axır bəllədər.
-
Az danışmaq, az yemək, insanı eylər mələk, çox danışmaq, çox yemək, insanı eylər hələk.
-
Az getdi uz getdi, iynə yarım yol getdi, dərə təpə düz getdi.
-
Az olsun uz olsun. (- uz: uyğun, münasib).
-
Az tamah, çox azar gətirər.
-
Az ver, çox yalvar, çox ver yalvarma.
-
Az verib gəzdirmə, çox verib azdırma.
-
Az yırğanan, ac qalar.
-
Adamdır adam, olmasa puluda, heyvandır heyvan, ətləs olsa çuluda.
-
Adam gərək imama da ağlasın, yezidə də.
-
Adam gözləməklə səbirli olur.
-
Adam hamıya xoş ola bilməz.
-
Adam istəsə dağı dağ üstə qoyar.
-
Adam yanıla-yanıla adam olur.
-
Adam işi böyüdər, iş adamı böyütməz.
-
Adam işini-gücünü bilməlidir.
-
Adam məcburiyyət qarşısında olanda hər şeyə dözər.
-
Adam olana bir söz yetər.
-
Adam öz tay-tuşuyla gəzər.
-
Adam öz tayını-tuşunu tapmasa, günü ah-vayla keçər.
-
Adam özgə cibinin pulunu saymaz.
-
Adam özün tərifləməz.
-
Adam özünə bir çörək ağacı tapmalıdır.
-
Adam pulu qazanar, pul adamı qazanmaz.
-
Adam pulu tapar, pul adamı tapmaz.
-
Adam tayını-tuşunu bilməlidir.
-
Adam var ki, bir şirinin xatirinə min acı udur.
-
Adam təhlükəli işə baş qoşanda gərək hərtərəfli (tam) hazırlıqlı olsun.
-
Adama yaxşılıq yoxdur!
-
Adamda insaf, mürüvvət gərək!
-
Adamı alverdə tanıyarlar.
-
Adamı bədbəxtlik tutanda dəvə üstündə böv vurar.
-
Adamın ayağının altından yer qaçır.
-
Adamın fərsizi məqam gözlər.
-
Adamın gözü, yerin qulağı var.
-
Adamın qədrini adam bilər.
-
Adamın sözü doğru olanda qılınc kimi daşdan keçər.
-
Adamın qorxusundan doğrunu demək olmur, Allahın qorxusundan yalanı.
-
Adamın adı çıxınca, canı çıxsa yaxşıdır.
-
Adam var ki, bir çörəklə min iti dolandırar, adam var ki, min çörəklə bir iti dolandıra bilməz.
-
Aca nə halal, nə haram?
-
Acdan ummaq olmaz.
-
Ac bayıra qaçar, yalavac evə girər.
-
Ac qal, topal qal, kör qal, fəqət torpaqsız qalma.
-
Ac qarına yatmaq it əzabıdır.
-
Ac qazanar, tox yeyər.
-
Ac qılınca çapar.
-
Ac qurd aslanı basar.
-
Ac özünü oda vurar.
-
Ac toxun üzünə baxmaqla doymaz.
-
Ac toyuq yatar, yuxusunda darı görər.
-
Ac yatım, salamat yatım.
-
Acı dilin yarası qılınc yarasından pis olur.
-
Acı sözü bir batman bal ilə yemək olmaz.
-
Acı suala şirin cavab gözləmə.
-
Acığı gələn su içər.
-
Acığın dövlətə zərəri var.
-
Acılıqdan yemək olmur, şirinlikdən atmaq olmur.
-
Acın evində nə od olar, nə ocaq.
-
Acın gözü çörək tikəsində olar.
-
Acın qarnı doyar, gözü doymaz.
-
Acın qulağı kar olar.
-
Acından günorta durur, bığını yağla burur.
-
Acından qarnına daş bağlayıb.
-
Acını dadmayan şirinin qədrini bilməz.
-
Acmış qudurmuşdan betərdir.
-
Açar qıfıldan güclüdür.
-
Açıq ağız ac qalmaz.
-
Açıq qaba it dəyər.
-
Açıq qapını döyməzlər.
-
Açıq süfrə təklif istəməz.
-
Açılma səhər, banlama xoruz!
-
Açma hər pərdəni, arxasında min sirr var.
-
Acmış eşşək atdan yeyin gedər.
-
Aclıqda darı çörəyi halvadan şirin olur.
-
Aclıq ilə toxluğun arası bir parça çörəkdir.
-
Aclıq zarafat deyil.
-
Aclıq ayıya darayı oxudar.
-
Acla əcəli yetən birdir.
-
Acizi vurmazlar.
-
Ad mənim oldu, yar özgənin.
-
Adam adamın rəhmanı, adam adamın şeytanı.
-
Adam ac olanda pendir-çörək də ləzizdir.
-
Adam ağır zəhmətlə alim olur.
-
Adam bilmir, hansı saz ilə oynasın.
-
Adam bilmir: harda tapıb, harda itirəcək.
-
Adam bir dəfə ölər.
-
Adam bu günün işini sabaha qoymaz.
-
Adam dilindən bəlaya düşər.
-
Ac qarına söhbət tutmaz.
-
Ac qalmaq borclu olmaqdan yaxşıdır.
-
Ac ayı oynamaz.
-
Aclıq susuzluğla qardaşdır.
-
Aclıq, adama oyun öyrədər.
-
Aclıq nə etdirməz, toxluq nə dedirtməz.
(Varlıq nə dedirtməz, aclıq nə yedirtməz.)
-
Ac aman bilməz.
-
Abır harda, bərəkət orda.
-
Abırını yeyib, həyasını da belinə bağlayıb.
-
Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
-
Abad kənd tüstüsündən bəlli olar.
-
Abanın qədri yağışda məlum olar.
-
Abdal at mindi, özünü bəy saydı.
-
Abbasıdan bez sahı çıxardır.
-
Atalar sözü - söz yaraşığı.
-
Ağıl çox - pul yox, ağıl yox - pul çox.
-
Ağız yağlanar, mala baxsan, könül dincələr, pul qazansan.
-
Adın nədir ? Dərviş. Pul ilə olur hər iş.
Pulun var giriş, pulun yox sürüş.
-
Anadan olmayan qardaş sayılmaz.
-
Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.
-
Atın yaman - sat,
Qardaşın yaman - qaç,
arvadın yaman - at.
-
Ata evində ügey ana, ər evində qayınana.
-
Atana hörmət elə, oğlun sənə hörmət edər.
-
Adamı qeyrət işlədər, dəyirmanı - su.
-
Aşırı qeyrət, axırı zillət.
-
At - ər altında, ər - qeyrət altında.
-
At verməyin nə, "yavaş get" deməyin nə?
-
At gücünü karvanda gör, mərd gücünü meydanda.
-
Abad məclis aşığından bəllidir
-
Atan soğan, anan sarımsaq; Sən hardan oldun gülməşəkər?
-
Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz.
-
Atı atın yanına bağlasan rəngini dəyişməsə də xasiyyətini dəyişər.
-
Azqın olsan asarlar, yavaş olsan basarlar.
-
Ay var ili gözlər, il var ayı gözlər.
-
Ay görününcə, ulduza minnət qalmaz.
-
Ağzı büzük bəy olsa, doğru çıxar söz ondan.
-
Ac elə bilər ki, heç doymaz.
-
Aparanda: - El aparar, yel aparar, sel aparar.
-
Adımı qız qoymuşam, dul kişiyə getmərəm (bayatı).
-
Adamlığı adamdan istə, xoş ətri qızılgüldən!
-
Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan yalanı.
-
Adamın hüsnünə baxma, ağlına bax.
-
Adamın ürəyindəkini bilmək olmaz.
-
Adamın ölümü – mollanın bayramı.
-
Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır.
-
Adamın malı gözünün qabağında gərək.
-
Adamın əvvəli olunca, axırı olsa yaxşıdır.
-
Adamın dostu dar gündə bəlli olar.
-
Adamın dinməzindən qorx.
-
Adamın dili ilə ürəyi bir olsun gərək.
-
Adamın axır günü xoş olsun.
-
Adamın ayağından çəkən çox olar.
-
Adamın adı pisliyə çıxınca canı çıxsa yaxşıdır.
-
Adamı sözündən tutarlar, heyvanı buynuzundan.
-
Adamı işi ilə tanıyarlar.
-
Adamı dindir, sonra qiymətini ver.
-
Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır.
-
Adama sözü bir dəfə deyərlər.
-
Adama adamlıq lazımdır.
-
Adam hər işıq gələn yerə pambıq tıxmaz.
-
Adam hər düşməndən bir ağıl öyrənər.
-
Adam sözünü adama deyər.
-
Adam soruşub öyrənməklə alim olar.
-
Adam paltar ilə tanınmaz.
-
Adam odur, "Dur get"i "Buyur, əyləş"dən tez başa düşsün.
-
Adam gərək özü öz həkimi olsun.
-
Adam gərək arxasız olmasın.
-
Adam gedər, adı qalar.
-
Adam yıxıldığı yerdən qalxar.
-
Adam yanıla-yanıla adam olar.
-
Adam qocalanda ikinci dəfə uşaq olur.
-
Adam qabağına çıxartmalı deyil.
-
Adam var ki, rəhmət aparar,
Adam var ki, lənət aparar.
-
Adam var ki, yemək üçün yaşayır, adam var yaşamaq üçün yeyir.
-
Adam var ki, adamların naxşıdır,
Adam var ki, heyvan ondan yaxşıdır,
Adam var ki, dindirərsən "can" deyər,
Adam var ki, dindirməsən yaxşıdır.
-
Adam başından böyük danışmaz.
-
Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.
-
Adın tut, qulağın bur.
-
Adı dillər əzbəridir.
-
Adı qulağına bitişib.
-
Adı var, özü yox.
-
Ad adamı bəzəməz, adam adı bəzəyər.
-
Ağrımaz baş qəbirdə olar.
-
Ağlınla gör, qəlbinlə eşit.
-
Ağlamaq fayda verməz.
-
Ağıllının ağzı qəlbində olur, axmağın qəlbi ağzında.
-
Ağıllıya işarə, dəliyə kötək.
-
Ağıllı fikirləşincə dəli çayı keçdi.
-
Ağıllı uşaq bələkdə özünü göstərər.
-
Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
-
Ağıllı kişi qışın qeydinə yayda qalar.
-
Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
-
Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.
-
Ağıllı bir dəfə aldanar.
-
Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
-
Ağıllı bizi tapmaz, dəli bacadan düşər.
-
Ağıla paxıllıq olmaz.
-
Ağıl gücdən üstündür.
-
Ağıl yaşda deyil, başdadır.
-
Ağıl insana sərmayədir.
-
Ağıl başın böyüklüyündə deyil.
-
Ağıl bazarda satılmaz.
-
Ağıl ağıldan üstündür.
-
Ağız deyəni qulaq eşitmir.
-
Ağzını xeyirliyə aç!
-
Ağzını qoyub Allah yoluna.
-
Ağzına su alıb.
-
Ağzına söz atıblar.
-
Ağacı meyvəsindən tanıyarlar.
-
Ağacı qurd içindən yeyər.
-
Ağac tutan baş yarandan çoxdur.
-
Ağac öz kökü üstə bitər.
-
Ağac kölgəsiz olmaz, insan sevgisiz.
-
Ağac yaş ikən əyilər.
-
Ağac kökündən su içər.
-
Ağ gün qara günü yaddan çıxardar.
-
Ağ gün (adamı) ağardar, qara gün qaraldar.
-
Ağ köpək, qara köpək, ikisi də köpəkdir.
-
Ağ divara hansı rəngi yaxsan, tutar.
-
Avazın yaxşı gəlir oxuduğun Quran olsa?
-
Ac toyuq yuxusunda darı görər.
-
Ac deyər: - Doymaram!
-
Ac qurd balasını yeyər.
-
Açaram sandığı, tökərəm pambığı.
-
Ah yerdə qalmaz.
-
Axşamın işini sabaha qoyma.
-
Axmaq özünə düşməndir, özgəyə necə dost ola bilər?
-
Axmaq axmağı tapar.
-
Axırda gülən yaxşı gülər.
-
Ata-ana tərbiyə etməyəni həyat tərbiyə edər.
-
Ata-ananın qoca vaxtında oğul əlindən tutar.
-
Atdan düşən yenə atlanar.
-
Atası ölən yetim qalmaz, anası ölən yetim olar.
-
Atana necə baxarsan, övladın da sənə elə baxar.
-
Atalar nə əkiblər, oğullar onu biçiblər.
-
Atadan qalan mal yanan şama bənzər, əriyib qurtarar.
-
Ata olmaq asandır, atalıq öyrənmək çətin.
-
Ata oğlunun pisliyini istəməz.
-
Ata malından mal olmaz, özün qazanmaq gərək.
-
Ata malına göz tikən malsız qalar.
-
Ata malı tez tükənər.
-
Astarı üzündən baha.
-
Asta atın təpiyi bərk dəyər.
-
Aslanlar yurdunda tülkülər gəzir.
-
Aslanın qorxusu qarışqadan olar.
-
Aslan öləndə də aslandır.
-
Arxasını yerə vermir.
-
Artıq tikə diş qırar.
-
Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
-
Arzunun sonu yoxdur.
-
Arzu geniş, ömür qısa.
-
Arzu quyudur, doldurmaq olmaz.
-
Arzu arzudan doğar.
-
Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
-
Arvadsız ev, susuz dəyirman.
-
Arvadın isməti – ərin izzəti.
-
Arvadın biri əla, ikisi bəla
-
Arvadın axır hiyləsi ağlamaqdır.
-
Arvadı bəd olanın saqqalı tez ağarar.
-
Arvadı əri saxlar, pendiri dəri.
-
Arvad şeytana papış tikər.
-
Arvad, sən içəridən, mən bayırdan, yaxşıca ev tikərik.
-
Arvad papaq deyil ki, başdan-başa qoyula.
-
Arvad malı alçaq qapıdır, bir girəndə alnına dəyər, bir çıxanda.
-
Arvad yıxan evi fələk də yıxa bilməz.
-
Arvad iki olanda ev süpürülməmiş qalar.
-
Arvad qohumu şirin olar.
-
Arvad var, ev yığar, arvad var, ev yıxar.
-
Arvad ilə at igidin bəxtinə.
-
Arvad almamış övlad arzusu eləmə.
-
Aralarından tük keçmir.
-
Arsız qocalmaz.
-
Anlayana bircə milçək də sazdır, anlamayana zurna-qaval da azdır.
-
Anlayana bir söz bir kitabdır.
-
Anlayan bir qıldan da anlar.
-
Anası namaz üstündə imiş.
-
Ananın canı övladdadır.
-
Ananın keçdiyi körpüdən qızı da keçər.
-
Ananın ərköyün oğlu hambal olar.
-
Anam elə çox bilir ki, kündəni xırda tökür, atam elə çox bilir ki, ikisini birdən ötürür.
-
Ana haqqı – tanrı haqqı.
-
Ana ürəyi – dağ çiçəyi.
-
Ana tökəni bala yığar.
-
Ana olanda kişi anası ol.
-
Ana evin dirəyidir.
-
Aman deyəni öldürməzlər.
-
Altmışında zurna çalmaq öyrənən axirətdə çalar.
-
Altmışında at minmək öyrənən qiyamət meydanında çapar.
-
Alnına nə yazılıb, onu görəcək.
-
Alma öz ağacından uzağa düşməz.
-
Allahın yarası da var, çarəsi da.
-
Allahın işini bilmək olmaz.
-
Allaha inanmayan bəndəyə də inanmaz.
-
Allaha da özünü plov yeyən tanıtdır.
-
Allah heç kimi arxasız qoymasın.
-
Allah tənbəli sevməz.
-
Allah sağ əli sol ələ möhtac eləməsin.
-
Allah kora necə baxsa, kor da Allaha elə baxar.
-
Allah kimə pay verməyi yaxşı bilir.
-
Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söyləmək, iki eşitmək üçündür.
-
Allah dərdi çəkənə verər.
-
Allah dəvəyə qanad versəydi, uçurmadığı dam- daş qalmazdı.
-
Allah verməyəndə bəndə neyləsin?
-
Allah verib, Allah da aparıb.
-
Allah verəndə yox yerdən verər.
-
Allah var, rəhmi də var.
-
Allah bir kəsə qəzəb eləmək istəsə əvvəlcə onun ağlını başından alar.
-
Allah bir yandan bağlasa, bir yandan açar.
-
Allah bilən yaxşıdır, məsləhət onundur.
-
Allah bacadan tökməz, gərək özün çalışasan.
-
Allah adamın ömründən kəsib bəxtinə calasın.
-
Allah ağıl paylayanda harada idin?
-
Allah ağzından eşitsin!
-
Alacağını yadında saxladığın kimi verəcəyini də yadında saxla.
-
Alanda yaxşıdır, verəndə pis?
-
Alan olmasa, satan da olmaz.
-
Ayının boğazına su çıxanda balasını ayağının altına alar.
-
Ayı meşədən küsüb, meşənin xəbəri yox.
-
Ayaqqabı dar olanda dünya başa zindan olar.
-
Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır.
-
Ayaq islanmayınca balıq tutulmaz.
-
Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
-
Ayağını yorğanına görə uzat.
-
Ay aydın, onun da üzündə ləkə var.
-
Ailəsinin qədrini bilməyən el-obasının da qədrini bilməz.
-
Ailə xoşbəxtliyin açarıdır.
-
Azın qədrini bilməyən çoxun da qədrini bilməz.
-
Aza qane ol, çoxu allahdan istə.
-
Az olsun, yaxşı olsun.
-
Az ye, öz çörəyini ye.
-
Az danış, çox qulaq as.
-
Az danış, yaxşı danış.
-
Az-az ye, həmişə ye.
-
Asılsan da uca budaqdan asıl.
-
Anasından ayrı düşən quzunu qurd yeyər.
-
Ana kimi yar olmaz, Vətən kimi diyar.
-
Ağac sınanda budaq nəyə gərəkdir?!
-
Ağac səmtinə yıxılar.
-
Ağac olan yerdə budaq sınar.
-
Ağac meyvəni dəyənə qədər böyüdər.
-
Ağacı içindən qurd yeyər.
-
Ağac dibindən su içər.
-
Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
-
Ata olmasan, ata qədri bilməzsən.
-
Atam gündəni sayır, anam gündədən kəsir.
-
Atam ilə atanı deyincə, özüm ilə özünü de.
-
Ata malına göz dikən ac olar.
-
Ataya oğul, anaya qul.
-
Ata-ananın canı övlada bağlı olar.
-
Ata-ana sözünə baxmayan xoş gün görməz.
-
Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
-
Ata-anamı itirdim. Özümü yara yetirdim.
-
Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
-
Anasına bax qızını al, Qırağına bax bezini al.
-
Anası gəzən ağacları balası budaq-budaq gəzər.
-
Anasızın gördüyü iş danlaqsız bitməz.
-
Anan, bacın kimdir? - Yaxın qonşum.
-
Analı quzu, Xınalı quzu.
-
Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
-
Analar bizi bu gün üçün doğub.
-
Anadan əmdiyim süd burnumdan gəldi.
-
Anadan əziz yenə anadır.
-
Ana qarnında necə qalıbsan?
-
Ana, bala ucundan canını oda yaxar.
-
Ac toyuq yuxuda darı görər.
-
Axtaran tapar, yoğuran yapar.
-
At ölüb, itlərin bayramıdır.
-
Atın izi itin izinə qarışmaz.
-
Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
-
Arzu bir, ümid iki.
-
Aman istəyənin boynun vurmazlar.
-
Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
-
Allahdan buyruq, Ağzıma quyruq.
-
Allaha əl çatmır, padşaha söz.
-
Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
-
Adamın tamarzısı, Hər kəsin öz arzusu.
-
Adamın gərək dili ilə ürəyi bir ola.
-
Adam adam sayəsində adam olar.
-
Ara sözü ev yıxar.
-
Adamın üzünə baxarlar, halını xəbər alarlar.
-
Adın nədir? - Rəşid! Birin de, birin eşit!
-
Adam odur ilqarından dönməyə.
-
Adam var gözdən qızar,
Adam var sözdən qızar.
-
Ağzının qaytanı yoxdur.
-
At ölər nalı qalar, İgid ölər namı qalar.
-
At ət ilə, igid don ilə.
-
Asta vur, Rasta vur.
-
Aslanın nə erkəyi, nə dişisi.
-
Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
-
Alnım açıq, üzüm ağ.
-
Alıcı quş dimdiyindən bilinər.
-
Aydan arıyam, sudan duru.
-
Ağac əyildi, sındı, igid əyildi, öldü.
-
Ağalıq verimlədir, igidlik vurumla.
-
Arı yeyib, namusu atıb dalına.
-
Artıq tamah baş yarar.
-
Alim olmaq asandır, adam olmaq çətin...
-
Aldığını verməz, bildiyini deməz.
-
Ala itdən məşhurdur.
-
Al - ver deyiblər, al vermə deməyiblər.
-
Ayı qandı, abid qanmadı.
-
Aza qane olmayan, çoxa çatmaz.
-
Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
-
Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
-
Adı it dəftərində də yoxdur.
-
Adamın başına nə bəla gəlsə, dilindən gələr.
-
Adam olmayan yerdə adamdır.
-
Ağır otur, batman gəl.
-
Ağıllı olan bir dəfə aldanar.
-
Ağzına çullu dovşan sığışmır.
-
Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
-
Ağa gətirər navala, xanım tökər çuvala.
-
Abırsızdan abrını gözlə.
-
Abdalın qarnı doyunca, gözü qapıda qalar
-
Ağıllı fikir edincə, dəli Kürdən keçər.
-
Ağıllı qəm yeyər, ağılsız qamçı.
-
Ağıllı baş hər şeydən mənfəət götürər.
-
Ağıl yaşda olmaz, başda olar.
-
Ağıl ağıldan üstün olar.
-
Ağac bar verəndə başın aşağı dikər.
-
Abdaldan paşa olmaz, taxtadan - maşa.
-
At oğurlanandan sonra axur nəyə gərək.
-
Arifə bir işarə, qanmaza min toppuz.
-
Ağzı əyrini boynunun ardından tanımaq olar.
-
Arxalı köpək qurd basar.
-
Ağıllı düşmən nadan dostdan yaxşıdır.
-
Acıdil balsatandan, şirindil bibərsatandan yaxşıdır.
(Türkmən atalar sözləri)
-
Ağıllı adam, ağılsız adamın son etdiyini əvvəldə edər.
(Hind atalar sözləri)
-
Ağıllı adam, ağılsız adamın ən son etdiyini ilk öncə edər.
(Hind atalar sözləri)
-
Ağıllı özünü günahkar bilər, ağılsız - dostunu.
(Özbək atalar sözləri)
-
Ağıllı adam atını, axmaq arvadını tərifləyər.
(Özbək atalar sözləri)
-
Atın sağlam olsun, yoldan qorxma
(Rus Atalar Sözləri)
-
Ağlamaq üçün zaman var, əylənmək üçün də
(Rus Atalar Sözləri)
-
Axmaqla bir şey tapa bilərsən amma bölüşə bilməzsən
(Rus Atalar Sözləri)
-
Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır
(Ərəb atalar sözü)