• Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır (Ərəb atalar sözü)
  • Arvadın nə olduğun subaydan sor,
    arvadın necə olduğun evlidən.
  • Bir qadının hiyləsi, qırx eşşəyə yük olar.
  • Ərinə sahib olmaq istəyirsənsə, əvvəlcə onun mədəsinə sahib ol. (İspan atalar sözü)
  • Harada şeytanda alınmasa oraya qadını göndərər (Rus Atalar Sözləri)
  • Hər kəs ağlar, amma analar başqa cür ağlar.
  • Qadın kişini vəzir də edər, rəzil də
  • Qadına bəzəkdir paltar, ağacındır bəzəyi yapraq.
  • Yaxşı qadın ömür balı, yaman qadın can zuvalı.
Top