• Uğurun 5%i bacarmağı bilməkdən, 95%i bacarmaqdan doğur. (Fransız atalar sözləri)
  • Uzaqdakı su, təcili susuzluğu aradan qaldıra bilməz (Çin atalar sözləri)
  • Uçan damın böyüklüyü, bünövrəsindən bilinər.
  • Uşağa buyur, ardınca yüyür.
  • Uşaq gördüyün götürər, eşitdiyini deyər.
  • Uşağı buyur, dalınca yüyür.
  • Uşaqla uşaqdır, böyüklə böyük.
  • Uzaqlıq, bir həsrət öldürür, başqa bir sevgi doğurur.
  • Uğur (yol) tapan var qılıncsız, qılınc vuran var uğursuz.
    (uğur: yol)
  • Ulam-ulam gedən, istəyə çatdı, ulamsız gedən, uluya qaldı.
  • Ulular sözünə baxmayan, uluya uluya qalar.
  • Uzun alıb, ucuzluğa gedmə.
  • Uşağı göndər suya, özündə ged dalınca.
  • Uşaq görsə deyər, it görsə hürər.
  • Uca dağların suyu, çaya axar.
  • Umduğun bilməyən, yolsuz qalar.
  • Umduğun güdməyən, bulduğun xoş görər.
  • Ummadığın daş, baş yarar.
  • Uşaq qulağı iti olur, yavaş desən eşidir.
  • Uşaq su tökər, böyüyün qıçı sınar.
  • Uzaq yerin arpasından yaxın yerin samanı yaxşıdır.
  • Utanmasan, oynamağa nə var?!
  • Uzağa qoyulan, tez tapılar.
  • Uşaqlı evdə qeybət olmaz.
  • Uzun yolun, bu başında yalan danışan, o başında özüdə inanar.
  • Uzlu, düzlü, duzlu: çıxarlı, doğru, dadlı.
  • Uzaq (ıraq) yerin xəbərin, kərvan gətirər.
  • Utanmaz üz, tükənməz söz.
  • Uşağı yolla iş dalınca, özündə düş dalınca.
  • Ulular evdə qalıb, kor pişik çöldə.
  • Uşağın gici gedər yol üstə oturar.
  • Uşağın vurmamağına baxma, daşın böyüyəndən yapışar.
  • Uşağı yemək böyütməz, sevinc böyüdər.
  • Uşağa buyur, dalınca yüyür.
  • Uşaqlıqda yalan danışana böyüyəndə heç kəs inanmaz.
  • Uşaqlıqda divara nərdivansız çıxardım.
  • Uşaqlıq ömrün baharıdır.
  • Uşaqlı evdə həvəng-dəstəni göydən asarlar.
  • Uşaqlar həyatın çiçəkləridir.
  • Uşaqlar atalarının cavabdehi deyil.
  • Uşağı süpürgə ilə döyməzlər, boyu çıxmaz.
  • Uşağa qundaq çağında məhək daşı deyərlər.
  • Uşaq sözü şah sözündən hökmlüdür.
  • Uşaq nədir, bıçaq nədir?
  • Uşaq gördüyünü istər.
  • Uşaq yıxıldığı yerə baxar.
  • Uşaq yeməyini bilməz.
  • Uşaqla yola çıxma, eşşəyi yıxılsa ağlar, eşşəkdən yıxılsan gülər.
  • Uşaq evdə böyüyər, balıq – göldə.
  • Uşaq vardır-yoxdur bilməz.
  • Uşaq böyük olunca, böyüyü yumaq olar.
  • Uşaq böyüklərindən öyrənər.
  • Uşaq aşığı oynamaq üçün yığar.
  • Uşaq atasından güclüsünü bilməz.
  • Uşaq arasına girməzlər.
  • Uşaq adamı qanlı qapısına aparar.
  • Uşaq ağlaya-ağlaya böyüyər.
  • Ucuzluqda alıcının üzünü görmə, bahalıqda yadıma düşmür.
  • Ucuzluqda alanın, bahalıqda satanın üzünü görmə.
  • Ucuzdur – var illəti, bahadır – var hikməti.
  • Ucuz satan tez satar.
  • Ucuz aldın – quyruğunu düyünlə.
  • Ucuz alan, baha alır, baha alan aldanır.
  • Ucuz alan aldanar.
  • Uca ol, ucalara qarış.
  • Uçuq ev xarabasından məlum olar.
  • Uçan quşa da borcu var.
  • Utancaqın eşşəyini qurd yeyər.
  • Utanırsan, üzünə rübənd sal.
  • Utan utanmazdan, qorx – qorxmazdan.
  • Ustakarın oğurluğun tutmaq olar.
  • Ustakarın qapısı qırıq olar.
  • Ustadına kəm baxan, ruzusunu az görər.
  • Ustadına gəc baxanın, gözlərindən qan damar.
  • Usta oğlundan şagird olmaz.
  • Usta meymun qamçısız oynar.
  • Usta görməyən şagird ondan-bundan qarmalar.
  • Usta görən şagird, hər məqamda yorğalar.
  • Usta əli dəyməyən iş haramdır.
  • Unumu ələdim, ələyimi asdım.
  • Umac – burdan ye, ordan – acı.
  • Uma-uma döndüm muma.
  • Ulu sözünə baxmayan, ulaya-ulaya qalar.
  • Ulduzu barışmayan gəlinin salamı da savaşdır.
  • Ulduz çoxsa, ay birdir.
  • Ulduz hesabı ilə gəmiçi yol aparır.
  • Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər.
  • Ulaya-ulaya it öz başına qal gətirər.
  • Ulağa gücü çatmır, acığını palanına tökür.
  • Uyuşar – qatıq yeyərik, uyuşmaz – süd içərik.
  • Uzundraz, binamaz – xeyrə, şərə yaramaz.
  • Uzunsaqqal axmaq olar.
  • Uzun kösöv əl yandırmaz.
  • Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar.
  • Uzun danışanın ömrü az olar.
  • Uzun adamın ağlı dabanında olar.
  • Uzan, gözünə dərman töküm!
  • Uzaqlaşmaq yaxınlaşmaq üçün vasitədir.
  • Uzaqdan baxana dava asan görünər.
  • Uzaq yerin halvasını hola ilə yeyərlər.
  • Uzaq yerin bir parça kağızı, yaxın yerin bir kəlmə ssözü.
  • Uşağı oxudan - atanın kisəsi, ananın kasası.
  • Uçan damın böyüklüyü binövrəsindən bilinər.
  • Uşaq sözün düzünü deyər.
  • Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.
  • Uşaq gördüyün götürər, eşitdiyin deyər.
  • Uşaq evin yaraşığıdır.
  • Uşağa uşaq deyiblər, böyüyə böyük.
  • Uşaq atadan yox, anadan yetim qalar, Uşaq, atasını hamıdan güclü bilər.
  • Ucuz ətin şorbası olmaz.
  • Uman yerdən küsərlər.
  • Uşağa iş buyur, ardınca yuyur.
  • Usta görməyən şagirdin gözü əllərdə qalar.
  • Ustadına gəc baxanın gözlərinə qan damar.
  • Uzaqdan zurna səsi xoş gələr.
  • Uzaqdan baxana döyüş asan gələr.
Top