• Abdaldan paşa olmaz, taxtadan - maşa.
  • Ağac bar verəndə başın aşağı dikər.
  • Ağıl ağıldan üstün olar.
  • Ağıl yaşda olmaz, başda olar.
  • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Bacarıq ağılın nişanəsidir.
  • Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
  • Bilmədiyini biləndən sor.
  • Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
  • Ədəb bazarda satılmaz...
  • Elm ağılın çırağıdır.
  • Elmin gücü, Yıxar bürcü.
  • Elmsiz adam meyvəsiz ağac kimidir.
  • Göz görmək üçün, ağıl bilmək üçün.
  • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • Hər oxuyan Molla Pənah olmaz.
  • Məkkəyə gedən dəvə hacı olmaz.
  • Qafil yaşamaqdan ölmək yaxşıdır.
  • Qələm əyri yonulsa da düz yazar.
  • Qələm qılıncdan itidir.
  • Qələm yazanı qılınc poza bilməz.
  • Qələmin ucu, qılıncın gücü.
  • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
  • Savadsız adam kor kimidir.
  • Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".
Top