• Ac qazanar, tox yeyər.
  • Ac toxun üzünə baxmaqla doymaz.
  • Dövlətli kasıb olsa – qırx il iyi getməz.
  • Dövlətli yanına qaşıyanda, kasıb elə bilər ona pul verir.
  • Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar.
  • Kasıb bacını varlı qardaş istəməz.
  • Kasıb cavan mərd olar.
  • Kasıb çıraq yandırar, dövlətlinin pulunu sayar.
  • Kasıb geyəndə soruşarlar: Haradandır?
    Varlı geyəndə deyərlər: Mübarəkdir!
  • Kasıba qul ol, varlıya oğul olma
    (Kasıba oğul olunca, dövlətliyə qul ol).
  • Varı olan taxar,
    Varı olmayan baxar.
  • Varlı arabasını dağdan aşırar,
    yoxsul düz yerdə yolunu çaşar.
  • Varlı bacı yaxında, yoxsul bacı uzaqda olmasın.
  • Varlı kisəsini döyər, kasıb dizini.
  • Varlı olan bir ayda, yoxsul qalır on ayda.
  • Varlı olub qəm-qüssə ilə yaşamaqdansa,
    kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
  • Varlı umduğun yiyər, yoxsul olduğun.
  • Varlı umduğunu yeyər, kasıb – olduğunu.
  • Varlı varından pay versə, varsız da varlı olar.
  • Varlığın sonu ilə, yoxluğun önü birdir.
  • Varlının arvadı öləndə yorğan döşəyi təzələnər,
    kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.
  • Varlının çörəyi kasıbın çənəsini yorar.
  • Varlının əlin pıçaq kəsəndə, yoxsul köynəyin kəsər.
  • Varlının əlini bıçaq kəsəndə yoxsul köynəyini parçalar.
  • Varlının könlü oluncaya qədər kasıbın canı çıxar.
  • Varlının malı, kasıbın övladı.
  • Varlının torpağından çay keçər, kasıbınkından yol.
  • Varlının torpağından çay keçər, yoxsulunkundan yol.
  • Varlının varı gedər, muzdurun canı.
  • Varlıya toxun keç, yoxsuldan qorun, keç.
  • Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.
  • Vay ondadır ki, varlı evinə yoxsul girə.
  • Yoxsulluğun yolun bilən, varlılardan xoş gülər.
  • Yoxsulluqda varından demə,
    Qocalıqda zorundan demə.
  • Yoxsulluqdan - vara nə,
    qocalıqdan - zora nə?
Top