Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
"Ho" var, dağa qaldırar,
"ho" var, dağdan endirər.
-
Acı dilin yarası qılınc yarasından pis olur.
-
-
Acı sözü bir batman bal ilə yemək olmaz.
-
Aşıq gördüyünü çağırar.
-
Atalar sözü - söz yaraşığı.
-
Az danış, düz danış.
-
Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.
-
-
Dünyada ən acı və ən şirin şey dildir.
-
Hərzə sualın mərzə cavabı olar.
-
İnsan başqaları ilə az, özü ilə çox danışmalıdır.
(Danimarka atalar sözləri)
-
İstədiyini danışan, istəmədiyini eşidər.
-
Kar könlündəkini anlayar.
-
Qılınc yarası sağalar, söz yarası sağalmaz.
-
Söhbət (söz) danışıqdan keçər.
-
Söz gümüş olsa, sükut qızıldır.
-
Söz məndə, pul ingilisdə.
-
Söz sözə söykənir.
-
Söz var kəsər savaşı,
Söz var kəsdirər başı
-
Söz var, söz var, birini - dinləmək çətin, birini - demək çətin.
-
Söz vermə, verdin - üstündə dur.
-
Söz vermək asandır, yerinə yetirmək çətin.
-
Sözlə yox, işlə göstər.
-
Sözləşmə puldan bahadır.
-
Sözü bal təki şirin, könlü buz təki sərin.
-
Sözün düzünü zarafata salıb deyərlər.
-
Sözün düzünü zarafatda deyərlər.
-
Sözün varsa söz danış, lakin mənə mane olma.
-
Sözündə hörmət, qəlbində lənət.
-
Sözünün ağası ol!
-
Susmaq dinməmək deyil,
çabalamaq ilərləmək deyil,
oturmaq ölmək deyil.
-
Susmaq razılıq əlamətidir.
-
Susmaq, tanımaq deməkdir.
-
Xəstəni buza, aşığı sözə yollama.