Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Qorxu məntiqdən daha qüvvətlidir.
(Yunan atalar sözləri)
-
Qadın vardır igid doğurur,
Oymağı dövlət edər,
Qadın vardır it doğurur,
Məmləkətə dərd edər.
(Türk atalar sözü)
-
-
Qoyun can dərdində,
Qəssab ət dərdində.
(Türk atalar sözü)
-
Qənaət edilmiş qəpik qazanılmış qəpikdir.
(İngilis atalar sözləri)
-
Qarşıdan gələn bir bəladan qorunmaq asandır lakin arxandan atılan oxdan qoruna bilməzsən
(Çin atalar sözləri)
-
Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar.
(Çin atalar sözləri)
-
Qurduğumuz ən böyük həbsxana içimizdədir.
(Çin atalar sözləri)
-
-
Qızarmış ördəyin ağzına gələcəyini gözləyən çox gözləyər.
(Çin atalar sözləri)
-
Qonşu qonşuya baxar,
Canını oda yaxar.
-
Qalan işə qar yağar.
-
Qazıya yalqız gedən razı gələr.
-
Qonşunu iki inəkli istə, özün bir inəkli olasan.
-
Qeyrəti olan torpağı qızıla döndərər.
-
Qazı da bilir, quzu da
-
Qəlb də ayna kimidir, sındısa – yapışdırmaqla düzəlməz.
-
Qazanı başqanın, qayğısı başqa dır.
-
Qanuna əyən eldi, qanunu əyən başçı.
-
Qaşa baxma, gözə bax, ağızdan çıxan sözə bax.
-
Qazanda olmasa, çömçədən küsmə.
-
Qayğı insanı qocaldar, güvənc anı ucaldar.
-
Qazı balası, bilirəm deyər, bəy balası, alıram deyər.
-
Qanı qanla yumazlar.
-
Qoyunu qoyun, keçini keçi ayağından asarlar.
-
Qılınc yarası sağalar, söz yarası sağalmaz.
-
Qadınsız evdə hörümçəklər tor qurar.
-
Qızını döyməyən, dizini döyər.
-
Qonşu qonşuya baxar, özünü oda yaxar.
-
Qırağına bax, bezini al, anasına bax, qızını al.
-
Qonşu muncuğunu götürən onu ancaq korda taxar.
-
Qadın alsan balta al, ayaqların çalda al.
-
Qadın, erkəyin əşi, evin günəşi.
-
Qadına göz yaşı sudu.
-
Qadının fəndi, ərkəyi yendi.
-
Qazan qaynar, ağıl oynar.
-
Qış olmasa yaz olmaz, qar olmasa bar olmaz.
-
Qızıl döyəcəyi gümüşdən olur.
-
Qonşu dövlətli olsa, kor qız ərə gedər.
-
Qaçanı qovma, düşəni vurma.
-
Qanmaz arvad ev pozar, yarım xoca din pozar.
-
Qəfəsdə qalan quşun kefin, uçan quşdan sor.
-
Qəribin əzanın, kimsə dinləməz.
-
Qışın yorğanı, yayın ayranı.
-
Qorxaqla qorxaq, qoxmadan görüşür.
-
Qoşa qılınc, qına sığmaz.
-
Qorx qorxmazdan, utan – utanmazdan.
-
Qocadan demək,
Cavandan əmək.
-
Quzusuna qıymayan kabab yeyə bilməz.
-
Qara kişmişi cibə tökərlər,
ağ kişmişi atarlar çölə.
-
Qadın kişini vəzir də edər, rəzil də
-
Qara kişmişı cibə tökərlər, ağ ayranı itə.
-
Qurd qoyunu gözdən qoymaz, könül düşünməkdən doymaz.
-
Quş qanatla, ər atla.
-
Qılıqlı min ev yeyər, qılıqsız bir evi də yeyə bilməz.
-
Qorxaq qaçar hay gəlməmiş,
Çırmanar keçməyə çay gəlməmiş.
-
Qaydanı pozan peşiman olar.
-
Qaz vur, qazan doldur.
-
Qurdun qonaqlığına get, köpəyi də yanınca apar.
-
Qorxursansa pişikdən,
Niyə çıxırsan deşikdən.
-
Quş var ətin yeyərlər, quş var yedirdərlər.
-
Qazıdan qardaş olmaz.
-
Qanı qan ilə yumazlar, qanı su ilə yuyarlar.
-
Qovmaqda ərlikdi, qaçmaqda ərlik.
-
Quduzğan it özünü qapar, olmasada kölgəsini.
-
Qulağı açan dil olur, dilsiz qulağ kar olur.
-
Qurd qının atsada, qılığın atmaz.
-
Qursağı gen olanın, çörəyi dar olar.
-
Qulağın birin kar tut.
-
Qurdu qurd ilə ovlamazlar.
-
Quş - dimdiyindən, adam isə dilindən ovlanar.
-
Qədər olmasa, qadir olmaz.
-
Qırx gündə doyular cəmaldan, qırx ildə doyulmaz kamaldan.
-
Qıtlıq olsa buğda al; arvad ölsə qızın al.
-
Qələmin dili iki olsada, yazısı birdir.
-
Qışda ağlayar, yazın gülən.
-
Qışı qarlı, yazı barlı.
-
Qışın işi, yazın yemişi bol olur.
-
Qızıl palçıqdada parıldar.
-
Qoca qurd yolun şaşmaz.
-
Qonaq az oturur, çox görür.
-
Qonaq ilə qonaqçı, eşşək ilə eşşəkçi dil tapar.
-
Qonşu payıynan doyan, öz çörəyin, irgənə irgənə yeyər.
-
Qonşu payıynan qarın doymaz, çüçə qızından arvad olmaz.
-
Qonşunun dul arvadı, qonşunun gözünə qız görünər.
-
Qonşunun payına uman qarnı dolu yatar, ac oyanar.
-
Qonşunun toyuğu, qonşuya qaz görünər.
-
Qonşuya salan, yersiz qalar.
-
Qonuşmaq işi, kişinin işi.
-
Qorunmayan ziyan görər.
-
Qorxana qoç, qorxmaza quş görünür.
-
Qotur keçi, sürər sürünü, bəlaya salar.
-
Qoyun güdən, qurdu görər.
-
Qoyunun tozu qurd gözünə sürmədi.
-
Qoz arıyan, ayı yuvasına girməz.
-
Qoz beli qəbir düzəldər.
-
Qoz ola, badam ola, özü də bir adam ola.
-
Qulağa xoş gələn insan, gözədə gözəl görünər.
-
Quranın yazısı bir, sözü birdi, yoran minbirdi.
-
Qurbətə qız vermə, itər gedər, dənizə daş atma, batar gedər.
-
Qurd balasın bəsləsəndə, it olmaz.
-
Qurd öz aclığını, itə bildirməz.
-
Qurda sordular: nədən boynun böylə yoğundu, qurd demiş: öz işimi özüm görmüşəm.
-
Qurdla qoyun tutmaz, qılıncla oyun.
-
Qurdun gücü boynundadır.
-
Qurdun kim olduğun, qoyundan soruş.
-
Qurdun qeyrəti gedsə, keçiyə "aba" diyər.
-
Quru süfrəyə, xoca dua oxumaz.
-
Quş qanadsız olmaz, türk - atsız.
-
Quyunun, dibin görməyincə, ölçə bilməzsən.
-
Quyuya düşən daşın səsi, qonşuda eşitilməz.
-
Qaraçı köç edəndə varlı olduğunu bilər.
-
Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
-
Qoçun buynuzu qoça ağırliq eləməz.
-
Qız evlərdə tanınar, ipək dəzgahda.
-
Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
-
Qocanın biliyi, cavanın biləngi.
-
Qoca evin sütunudur.
-
Qoca qurd kahasından çıxmaz.
-
Qoca başqa, qocaman başqa.
-
Qurunun oduna yaş da yanır.
-
Quyuya su tökməklə quyu sulu olmaz.
-
Qulağının dibini görəndə...
-
Qoyunu qurda tapşırıb.
-
Qarğa cəmdək üstə yığılar.
-
Qabaqca danışma!
-
Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.
-
Qorxu adama yalan dedirdər.
-
Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.
-
Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.
-
Qurddan qorxan qoyun saxlamaz.
-
Qurbansız bayram olmaz.
-
Qoç igid qurddan çəkinməz.
-
Qoç döyüşünə qoç dözər.
-
Qoçdan qoç törər
-
Qorxursansa pişikdən, Niyə çıxırsan deşikdən.
-
Qorunan baş salamat olar.
-
Qorxu başa bəladır.
-
Qorxu adama yalan söylədər.
-
Qorxan öküz cütə getməz.
-
Qorxan gözə çöp düşər.
-
Qorxaq öz kölgəsindən də qorxar.
-
Qorxaq hər şeyi dörd görər.
-
Qorxaq nə zərər eylər, nə mənfəət.
-
Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
-
Qorxaq qaçar hay gəlməmiş, Çırmanar keçməyə çay gəlməmiş.
-
Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.
-
Qaçanı qovmazlar.
-
Qapan it dişin göstərməz.
-
Quyu var, suyu yox.
-
Qırqovul kimi başını kola soxub, elə bilir görünmür.
-
Qurddur, qoyun dərisinə girib.
-
Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.
-
Qonağa get deməzlər, altından palazı çəkərlər.
-
Qonaq bu il burdadır, gələn il də sərasər.
-
Qorğaya öyrənən çərəzsiz qalmaz.
-
Qəlb odur ki, qəlbindəkin deməyə...
-
Qarın səndən aşağıdır.
-
Qarın qardaşdan irəlidir.
-
Qarın başa bəladır.
-
Qarnı tox olan, qayğısız olar.
-
Qarğanı qırğı bilir.
-
Qarğa özün quş bilir, xaşıl özünü aş.
-
Qaraçı bir ələk verib, elə bil evə dirək verib.
-
Qapıdan qovursan, bacadan gəlir.
-
Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.
-
Qanı qan ilə yumazlar.
-
Qanmaza qoşulanı qanmaz çağırarlar.
-
Qamış ola, gomuş ola, görməmiş ola...
-
Qayınananın gücü qızına çatar.
-
Qaydanı pozan peşman olar.
-
Qazancını it yeyər, yaxasını bit.
-
Qazan qarası gedər, üz qarası getməz.
-
Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz.
-
Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
-
Qələm yazanı qılınc poza bilməz.
-
Qələmin ucu, qılıncın gücü.
-
Qələm əyri yonulsa da düz yazar.
-
Qələm qılıncdan itidir.
-
Qafil yaşamaqdan ölmək yaxşıdır.
-
Qurdun qonağlığına get, köpəyi də yanınca apar.
-
Qaçırılan fürsət ələ düşməz.
-
Qarğa, qarğa, məndə qoz var.
-
Qonşu payı dolu gələr, dolu gedər.
-
Qonşunun haqqı axirət haqqıdır.
-
Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
-
Qonşum sağ olsun, ocağından od verməsin.
-
Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar.
-
Qonşu qonşu olsa kor qız ərə gedər.
-
Qonşu iti qonşuya hürməz.
-
Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.
-
Qonşu qonşuya baxar, Canını oda yaxar.
-
Qoyun quzusunun ayağını basmaz.
-
Qürbətdən vətənə qayıdanda sevinmək olmasaydı, qürbət səfəri haram olardı.
-
Qara bulutu yel açar, urun belə il açar: rüşvət - düyün açar.
-
Qara qazan, könül versən ağarar.
-
Qara doğmuşa, qarqa oğluna, sabın neyləsin, çoğan neyləsin.
-
Qara günü gözləyən qara günə qalar.
-
Qara quşa ox, öz yələyindən dəyər.
-
Qulluqçudan borc eləmə, ya toyda istər, ya yasda.
-
Qıx çörək, borc olmaz.
-
Qocadan demək, cavandan əmək.
-
Qazıya salam verdim, rüşvət deyil deyə almadı.
-
Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
-
Qardaş qardaş yaranıb, cibləri ayrı.
-
Qardaş olaq, tən bölək.
-
Qardaş da dost olsa yaxşıdır.
-
Qardaş qardaşın pis gününü istəsə də, ölümünü istəməz.
-
Qardaş qardaşı bıçaqladı, sonra dönüb qucaqladı.
-
Qan qardaş olsada, mal qardaş deyil.
-
Qardaş qardaşın yoxluğun istər, ölümün yox.
-
Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
-
Qayınana bir çiçək, hər sözü bir gerçək.
-
Qayınana ilə baldız bir doğublar.
-
Qayınana pambıq olsa belə, yerindən qalxsa gəlinin başını əzər.
-
Qayınana, məgər gəlin olmamısan?
-
Quyu qazdım qum çıxdı, gəlin aldım dul çıxdı.
-
Qana qan, cana can, duza duz, düzə düz demişlər.
-
Qapılan qapanındı, tapılan tapanın.
-
Qaçmaq məndən, qovmaq səndən.
-
Qanmaz qonaq ev sahibini ağırlar.
-
Qanuna əyən el olur, qanunu əyən nə olur.
-
Qapı halqasız, dəniz dalğasız olmaz.
-
Qapını girmədən döy, girdin bağla.
-
Qara baxan göz, qamaşar.
-
Qara bibər qaradır, dirhəmlə satılır, qar, ağ appağdır, kürəklə atılır.
-
Qəm bağlayan yolları, gülüşlər açar.
-
Qəriblik cənnət olsa, yenə vətən yaxşıdır.
-
Qəriblik ağıl artırar.
-
Qərib dərdin tək ağlar.
-
Qərib dostu olmayandır.
-
Qərib quşa yuvanı Allah yetirər.
-
Qərib, kor olur.
-
Qərib ölkədə kefə dolan, doğma yurdunda qüssədən ölər.
-
Qəm səni yeyər, sən qəmi yeyincə.
-
Qadına bəzəkdir paltar, ağacındır bəzəyi yapraq.
-
Qanmaza hörmət edərsən, deyər: - "Məndən qorxur".
-
Qocaya hörmət elə, sən də qocalacaqsan.
-
Qeyrətsizdə iman arama.
-
Qeyrətlinin ürəyi qaynar, qeyrətsizin ürəyi oynar.
-
Qeyrətsizin dilin al, dilin verdi gözün al.
-
Quru böhtandan, bəylər qəzəbindən – özünü qoru.
-
Qartal yuvasın gəzər, at sürüsün.
-
Quru torba ilə tutulmaz at.
-
Qocadan demək gələr, igiddən görmək.
-
Qəbir qazan bir olar basdıran min.
-
Qazan deyir "dibim qızıldır",
çömçə deyir "orda oldum, elə bir şey görmədim".
-
Qonaq bərəkət gətirər.
-
Qanmazla yoldaş olma, səni də qanmaz eylər.
-
Qürbət görməyən adam vətən qədri bilməz.
-
Quruyan ağac əyilməz, çürüyən dəri geyilməz.
-
Quru qaşıq, ağız yırtar.
-
Qocaya eşşək gərək, cavana arvad.
-
Qarğa qartal olmaq istədi vurdi qanadı sındı.
-
Qürbətdə keçən ömür – ömür sayılmaz.
-
Qürbət cənnət olsa, yenə vətən yaxşıdır.
-
Qürbət yerdən vətən olmaz.
-
Qüvvət birlikdədir.
-
Qüvvə hər şeyi sındırar, ağıl – qüvvəni.
-
Quşa qızıl qəfəs zindandır.
-
Qurunun oduna yaş da yanar.
-
Qurdu evdə saxlamaqla, ev heyvanı olmaz.
-
Qurda qoyun tapşırmaq olmaz.
-
Qurd ürəyi yeyib!
-
Qulağı doldurublar.
-
Qulağı cingildəyir.
-
Qulaq günahkarıyam.
-
Qulaq gündə təzə söz eşitməsə kar olar.
-
Qulaq ardına salıb.
-
Quyruğundan ilişib.
-
Qudurasan, ay qurbağa, gəlib bizi vurmağa!
-
Qocalmasan qoca qədri bilməzsən.
-
Qocalıq soruşmaz – gələr.
-
Qocalıq gəldi getməzdir, cavanlıq getdi gəlməzdir.
-
Qocalar uşaq təbiətli olar.
-
Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq.
-
Qohumun kimdir?
-
Qohumun pisinə də, yaxşısına da qurban olum.
-
Qohum qohumun ətini yesə, sümüyün çölə atmaz.
-
Qohum gəlməyə-gəlməyə yad olar, yad gələ- gələ qohum olar.
-
Qorxu olmayan yerdə nizam-intizam olmaz Qorxursan pişikdən, niyə çıxırsan deşikdən?
-
Qonşu pisdir – köç qurtar, dişin ağrıyır çək qurtar.
-
Qonşu qonşu olsa, kor qız ərə gedər.
-
Qonşu aşı (payı) dadlı olar.
-
Qonaqsız ev uğursuz olar.
-
Qonaqsız ev – susuz dəyirman.
-
Qonaqsan – xoş gəlmisən, niyə əliboş gəlmisən?
-
Qonaqlıq yaxşı şeydir, bir gün bizdə, bir gün sizdə.
-
Qonağın ruzisi özündən qabaq gələr.
-
Qonağı olmayan evlər yıxılsa yaxşıdır.
-
Qonağa "get" deməzlər, palazı altından çəkərlər.
-
Qonaq süfrənin yaraşığıdır, uşaq – evin.
-
Qonaq sevənin süfrəsi boş qalmaz.
-
Qonaq, dur altını süpürüm.
-
Qonaq qonağı istəməz, ev yiyəsi – heç birini.
-
Qonaq bir gün olar.
-
Qozbeli qəbir düzəldər.
-
Qoz, qabığından çıxdı, qabığını bəyənmədi.
-
Qoduq böyüyər – eşşək olar.
-
Qızınmadıq istisindən, kor olduq tüstüsündən.
-
Qızın oldu, qırmızı donunu çıxart.
-
Qızın isməti – atanın dövləti.
-
Qır-saqqız olub yapışıb yaxama.
-
Qılıncının dalı da kəsir, qabağı da.
-
Qılınc gücü ilə müsəlman olub.
-
Qılınc kəsməyəni çörək kəsər.
-
Qılınc yarası sağalar, dil yarası sağalmaz.
-
Qızıl taxtım olunca, qızıl bəxtim olsun.
-
Qızıl palçıqda da parıldar.
-
Qızıl gül olmayaydı, saralıb solmayaydı, bir ayrılıq, bir ölüm, heç biri olmayaydı.
-
Qızıl arvadın, qılınc ərindir.
-
Qızı saldın beşiyə, cehizini çək eşiyə.
-
Qızı öz xoşuna qoysan ya mütrübə gedər, ya zurnaçıya.
-
Qızı otaqlıya yox, papaqlıya ver.
-
Qızı vermirsən, özünə oğul qazanmısan.
-
Qızdır, qızıldır, oğlan nə çoxdur, Qızı anası öyrədər.
-
Qızdı – nazdı, min tümən azdı.
-
Qız ürəyi – çiçək ləçəyi.
-
Qız uşağı evin yaraşığıdır.
-
Qız sevəndə tez sevər, vay o günə dul sevə!
-
Qız özgə çırağını yandırar.
-
Qız özgə əmanətidir.
-
Qız nəvəsi şirin olar.
-
Qız güldür, oğlan bülbül.
-
Qız gözəl gərək, oğlan – igid.
-
Qız gedəridir, oğlan ürək başıdır.
-
Qız köçəri quşdur.
-
Qız evlərdə tanınar, ipək – dəzgahda.
-
Qız evindən oğul bucağı yaxşıdır.
-
Qız evində toydur, oğlan evinin xəbəri yox.
-
Qız evin qonağıdır, vaxt gələr, gedər.
-
Qız evi – naz evi.
-
Qız dediyin ağacdakı almadır, kim salar, o da aparar!
-
Qız qundaqda, cehizi sandıqda.
-
Qız qızıldır, qədrini bilsin gərək.
-
Qız – qızıl alma, qızı gözdən salma.
-
Qız qapısı – şah qapısı, mini gələr, biri razı gedər.
-
Qız qaldıqca qızıla dönər.
-
Qız badamdır, balası – badam içi.
-
qız qapısı elçi gözlər.
-
Qız anası elçi gözlər.
-
Qız anadan öyüd alar.
-
Qız anadan olanda gözünü açar, deyər: Bu bizim ev deyil!
-
Qız alanın ya bir çuval qızılı, ya bir çuval yalanı gərək
-
Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin.
-
Qız alan alana kimi, qız verən ölənə kimi.
-
Qismətdən artıq yemək olmaz.
-
Qismət olan qaşığa çıxar.
-
Qismət göydən zənbil ilə enməz.
-
Qisas qiyamətə qalmaz.
-
Qiymətli yük yüngül olar.
-
Qiymətdən düşmək istəmirsənsə, heç kəsin qiymətdən düşməsinə çalışma.
-
Qiyamət o gün qopar, biri yeyər, biri baxar.
-
Qəribin boynu uzun olar, dili qısa.
-
Qəribi baxışından tanıyarlar.
-
Qəribə bir salam min tüməndən yaxşıdır.
-
Qız anadan öyrənər paltar biçməyi.
-
Qarlı dağdan aşsaq yel bizə neylər?
-
Qəpiyə güllə atır.
-
Qənaət tükənməz bir dövlətdir.
-
Qəmiş qoyma!
-
Qəm yanına!
-
Qəm, hara gedirsən?
-
Qəm insanı əridər.
-
Qəm dağı yerindən qopardar.
-
Qələbə sevinc gətirər.
-
Qələbə birlikdədir.
-
Qəlb bir şüşədir, sındırsan – yamamaq olmaz.
-
Qədir-qiymət bilən deyil.
-
Qədəmi yüngüldür.
-
Qəbiristandan ölü qayıtmaz.
-
Qəbahət çox vaxt öldürəndə yox, öləndə olur.
-
Qaşınmayan yeri qaşıma, qan çıxar.
-
Qaşınmayan yerdən qan çıxardır.
-
Qaşıyıram qanım çıxır, qaşımıram, canım çıxır.
-
Qaşıqla yığdığını çömçə ilə dağıtdı.
-
Qaşıqla verir, çömçə ilə başıma vurur.
-
Qaşıq-qaşıq yığır, çömçə ilə paylayır.
-
Qaşqabağından zəhrimar tökülür.
-
Qaşqabağı yer süpürür.
-
Qaş ilə göz arasında işini görür.
-
Qaş düzəltdiyi yerdə vurdu gözün çıxartdı.
-
Qaçmaq da hünərdir, qovmaq da.
-
Qaçanı qovmazlar, yıxılanı vurmazlar.
-
Qaçan yıxılmağa baxmaz.
-
Qaçan da allahı çağırar, qovan da.
-
Qarnı toxun qayğısı olmaz.
-
Qarnı toxdur, gözü ac.
-
Qarın tox olanda çox şey yada düşər.
-
Qarın doyuranı göz tanıyar.
-
Qarı düşmən dost olmaz, yedirtsən yağı, balı!
-
Qardaşlar savaşdı, əbləhlər inandı.
-
Qardaşın kiçiyi olunca, donuzun böyüyü ol.
-
Qardaşıq, cibimiz ayrı.
-
Qardaşa baxarlar, bacısını alarlar.
-
Qarğanın qonaqlıq yeri peyinlikdir.
-
Qarğadan gözəl quş istədilər balasını göstərdi.
-
Qarğa, məndə qoz var.
-
Qaranı yumaqla ağarmaz.
-
Qaraya sabın, dəliyə öyüd neyləsin?
-
Qara xəbər tez yayılar.
-
Qara səni basınca, sən qaranı bas.
-
Qara günün ömrü az olar.
-
Qara günün ağ günü də var.
-
Qara gün qaralıb qalmaz.
-
Qara gözlərinə aşiq olub.
-
Qara eşşəyin boynuna yüyən vurmaqla, ya dalına yəhər qoymaqla qatır olmaz.
-
Qara eşşək, ağ palan?
-
Qara qızın dərdi var.
-
Qara qızın bəxti olsaydı, anadan ağ doğulardı.
-
Qara qız bəzənincə, toy əldən gedər.
-
Qara bulud yağış yağdırar.
-
Qapını gen qoy, dəvəsini allahdan istə!
-
Qapını gen qoy, dəvə özü gələr.
-
Qapını döyməsən açmazlar.
-
Qapıya gələni qovmazlar.
-
Qanun zora tabedir.
-
Qanmazın başmağın cütləyəndə deyər: - Qorxdu məndən!
-
Qanmaza nə demək?
-
Qanının arasına girdi.
-
Qanı qaradır.
-
Qanacaqlı adam həm qanar, həm qandırar.
-
Qanana işarə, qanmayana kötək.
-
Qanan düşmən qanmaz dostdan yaxşıdır.
-
Qana qan deyiblər.
-
Qan yol verməz.
-
Qan-qan deyir,
-
Qamış bizim yerdə bitir, zurnanı özgə çalır.
-
Qalxdığın yerə bir də oturma, hər söhbətə atılma.
-
Qayınanan səni istəyir.
-
Qaynayan qazan qapaq saxlamaz.
-
Qayınanalı gəlinin dilinin altında fənd gərək.
-
Qaya uçmasa, dərə-təpə dolmaz.
-
Qaya dağa arxalanar.
-
Qazancını itir, malını itir, duz – çörəyi itirmə.
-
Qazancım ata-anamın, öyrəndiyim özümün.
-
Qazanc qudurub mayanı yeyib.
-
Qazanmağa nə var, iş onu xərcləməkdədir.
-
Qazanmaq çətin, xərcləmək asan.
-
Qazanına görə qaynat aşını.
-
Qazanı özündən, qazananı özündən.
-
Qazanan kim, yeyən kim?
-
Qazan olsun, dolu olsun, yeyən tapılar.
-
Qazan oddan qızar, insan – sözdən.
-
Qazan dedi: - Qızmışam!
-
Qazan dibi yalayanın adaxlısı göyçək olar.
-
Qazan qapaqsız olmaz, igid – papaqsız.
-
Qazan qarası gedər, üz qarası yox.
-
Qabiliyyətin məktəbi yoxdur.
-
Qaba suyu tutduğu qədər tökərlər Qabaqda gedirəm, deyirlər: - Bicdir; dalda qalıram, deyirlər: - Gicdir.
-
Qaba söz qaba hərəkətdən pisdir.
-
Qab sirkəyə görədir.
-
Qab-qaşıq qonaqlığıdır.
-
Qədəh içində, dərədə boğulanlardan çox daha çox insan boğulmuşdur.
(Alman atalar sözləri)
-
Qorxaq olduğunu bilməyən hər kəs cəsurdur.
(Alman atalar sözləri)
-
Qarğalarla dostluq edən göyərçinin tükləri ağ qalar, amma ürəyi qaralar.
(Alman atalar sözləri)
-
Qurd qurdu qoruyar.
(Özbək atalar sözləri)
-
Qızıl yerdə qalmaz, yaxşılıq yolda.
(Özbək atalar sözləri)
-
Qazdan donuza yoldaş olmaz
(Rus Atalar Sözləri)
-
Qar yoxsa izdə yoxdur
(Rus Atalar Sözləri)
-
Qadınlarda və sərxoşlarda gözyaşı ucuzdur
(Rus Atalar Sözləri)
-
Qarşılıqı mehribançılıq nə qədər çox olsa, o qədər məhəbbət artar.
(Qırğız atalar sözləri)
-
Qadınlar gülə bildikləri zaman gülərlər, istədikləri zaman ağlarlar.
(Venesuela atalar sözləri)
-
Qala divarlarının ardında cəsur olmaq asandır.
(Uels atalar sözləri)
-
Qadının gözəlliyi uşaq əlindəki silah kimidir - həm onun özü, həm də ətrafdakılar üçün təhlükəlidir.
(Ərəb atalar sözü)
-
Qış günəşinə, qadın gülüşünə inam olmaz.
(Bolqar atalar sözləri)