Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Kötü olur duran kötü yanında, ki yaş dahi yanar quru yanında.
(Türk atalar sözü)
-
Korlar ölkəsində tək gözlü adam kraldır.
(İngilis atalar sözləri)
-
-
Kiçik qazanclar sərvət gətirər.
(Yamayka atalar sözləri)
-
Küncə qısılanda dovşan da sizi dişləyər.
(Çin atalar sözləri)
-
Küncə sıxışınca dovşan belə dişləyər
(Çin atalar sözləri)
-
Kimsə boğulma ehtimalından ötəri yemək yeməyi buraxmaz
(Çin atalar sözləri)
-
Kişinin ağılından keçəni öyrənmək istəsən, söylədiklərini dinlə
(Çin atalar sözləri)
-
-
Keçmiş və gələcək yoxdur; yalnız və yalnız bir sonsuz indi var.
(Çin atalar sözləri)
-
Külək yoxsa dalğa da yoxdur
(Çin atalar sözləri)
-
Kor at, gecədə otlar. (kor atlar, gecədə otlar).
-
Kor deyir ki öz gözümlə görmüşəm.
-
Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan
-
Kar eşiddiyin, kor tutduğun buraxmaz.
-
Keçəl baxar güzgüyə, aybın qoyar özgüyə.
-
Kiçikdən xəta,
Böyükdən əta.
-
Kor nə istər, iki göz, biri əyri, biri düz.
-
Kasıb çıxarını bilsə, geydiyi atlas olar.
-
Kölgədə bitən ağacın kölgəsi olmaz.
-
Köhnə bazara təzə nırx qoymaq olmaz.
-
Kar könlündəkini anlayar.
-
Könül sevən gözəl olar.
-
Kişi ayaqdansa, başdan böyüsün.
-
Kişi doslarından azar.
-
Kosa geddi saqqal gətirməyə, bığında qoydu gəldi.
-
Kişinin bir özü, birdə sözü.
-
Kor atı minib, şahlıq iddiası var.
-
Kor balta sümük qırar.
-
Kor dedi: görürəm, kar dedi eşidirəm, çolaq dedi: durun qaçaq.
-
Kor gözünə, var sürmə çəkənlər.
-
Kor koru tapar, su çoxuru.
-
Kor koru, görməz.
-
Köhnə eşşək, təzə palan. (köhnə eşşək, yeni çul).
-
Köksüz ot yelə gedər.
-
Köhnəyə e'tibar olsaydı, bit bazarına, nur yağardı.
-
Kədəri bölüşəndə azalır, sevinci bölüşəndə – artır.
-
Kinli adam xoşbəxt ola bilməz.
-
Kora nə lazimdir? İki göz.
-
Korun gözü görməz, könlü duyar.
-
Korun gözündən qıl çəkməzlər.
-
Kosanın qocaldığı bilinməz.
-
Kölgədə yatanın, kölgəsi olmaz.
-
Kölgəli yayın, qarlı qışı var.
-
Kölgəlik nə olduğun, gündən gələndən soruş.
-
Könül gördüyündən su içər.
-
Könlü ayaz, başı daz.
-
Könül sevən gözəlin, nə ağı nə qarası.
-
Könül könüldən su içər.
-
Könül yaylasın yaylar.
-
Körpü, çaydan oyanadır.
-
Küldən ot qalxar, oddan kül.
-
Küpə, küpə küp diyər.
-
Küpün zoru deşikdən çıxar.
-
Kürədən çıxdın, korluğa düşdün.
-
Küşən dəniz, qalın qalıq: coşan dərya, bulqan hava.
-
Keçini Allah vursa, çobanın çubuğu dəyər.
-
Kar ağzına baxar, kor səsinə.
-
Keçəl qız daraq bəyənməz.
-
Keçinin də saqqalı var.
-
Kəsilsə çörək, yapışdır görək.
-
Kişi var yaşlandıqca aşılanır, kişidə var aşlandıqca yaşlanır.
-
Kişinin dili başqa, özü başqa.
-
Kişidə səbir olmalıdır.
-
Kasıb pul tapdı, qoymağa yer tapmadı.
-
Küsülü qardaş, gəl yükü çataq, küsümüz küsülülükdə.
-
Köhnə getdi, sən təzədən danış.
-
Köhnə tap təzəsində, yaman tap yaxşısında.
-
Küzə gündə sınmaz, günündə sınar.
-
Karvan keçər yol qalar, eşşək ölər çul qalar.
-
Karvan ötər, izi qalar.
-
Keflinin kağızı, meyxanada oxunur.
-
Kəkliyin dimdiyi qan, dili qan dimdiyi qan, ağa dinsə söz olmaz, nökər dindiyi qan.
-
Kiri kir açar, sirri sir açar.
-
Kəl ölür, sırma saçlı olur,
Kor ölür, badam gözlü olur.
-
Kəsilən əkmək, yenidən bitməz.
-
Kim gizləsə dərdini, axır yıxar dərd onu.
-
Karvansız yol quruyar, ağ saqqalsız el quruyar.
-
Kişiyə hörmət, artırar minnət.
-
Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan.
-
Kişidə qeyrət olsa, torpağı qızıla döndərər.
-
Kasıb cavan mərd olar.
-
Kasıblıq eyib deyil, oğurluq eyibdir.
-
Kitab bilik mənbəyidir.
-
Kəfil ölər, kəfənsiz qalar.
-
Keçmişinə güllə atan, gələcəyin topuna düşər.
-
Keçmiş çox uzaq olar, gələcək yaxın.
-
Keçiyə araq versən, qurdun evin axtarar.
-
Küçələri ölçür.
-
Küçük hürə-hürə köpək olar.
-
Küsənin payını yeyərlər.
-
Küsənə pay düşməz.
-
Kürkünə birə düşüb.
-
Kürkü əvvəl il özün gey, ikinci il ver düşməninə.
-
Kürən toyuq hindən bayıra çıxmaz.
-
Kürən adamla, kürən ata yaxın düşmə.
-
Kürən adam xətakar olar.
-
Kürəkən imam kimi gələr, sonra yezidə dönər.
-
Kürəyə düşməyən dəmir yumşalmaz.
-
Kürd kürdü tanımasa, məkri məkrəni tanıyar.
-
Kürd kürdü dəyirmanda axtarar.
-
Küpün günahı nədir ki, içinə çaxır tökülür.
-
Küpü sındıran da bir , suyu gətirən də bir.
-
Küp yanında küpçələr.
-
Kündəsi küt düşüb.
-
Külün altında göz olar.
-
Külü ocaqdan götürərlər.
-
Külü küllükdən götür, külü təpəyəcən olsun.
-
Küləş tez yanar, tez də kül olar.
-
Küləkli gündə xırman sovurmazlar.
-
Küləkli gündə pambıq atır.
-
Küləkdə yatanın cin atı olar.
-
Külək kimi hərdən bir yana əsmə.
-
Külək əsər, gül bükülər, könül yanar, can sökülər, gecə gündüz yaş tökülər, gözlərimin qarasından.
-
Külahın sat xirac eylə, tüfeyli olma namərdə, cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə.
-
Kül başına gözəl fərə, beçə də səni bəyənmir.
-
Kuzəçi sınıq qabda su içər.
-
Köçün yaraşığı dananın soncuqlamasıdır.
-
Köçün dönməsi axsaq itə xoş gələr.
-
Köçdən azan qarıya bu da azdır.
-
Köç köçər, it hürər, ikisi də mənzilə birgə yetər.
-
Köç qayıdanda axsaq keçi qabağa düşər.
-
Köhlən at yeriyəndə toz qopar.
-
Köhnə hamam, köhnə tas.
-
Köhnə un çuvalıdır, vurduqca toz qopar.
-
Köhnə təqvim pula getməz.
-
Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz.
-
Köhnə paltar yamağından bəllidir.
-
Köhnə palan, içi zər-zivər.
-
Köhnə kəndə təzə nırx qoyma.
-
Köhnə kəndə təzə darğa gəlib.
-
Köhnə düşmən dost olmaz.
-
Köhnə dərdi təzələmə.
-
Köhnə qurd yolunu azmaz.
-
Köhnə adət başında qalıb.
-
Kötək yeyənin kisəsindən gedər.
-
Kötək aradakına çox dəyər.
-
Körpüdən keçəndə yan-yana deyiblər.
-
Körpü qaldı çayın o tayında.
-
Körpə südsüz böyüməz, pambıq – susuz.
-
Köpəksiz sürüyə qurd dadanar.
-
Köpək taya dibində yatar, elə bilər öz hünəridir.
-
Köpək qocalanda, qurda gülünc olar.
-
Köpəyin iyə düşəni tuladan bərk qaçar.
-
Köpəyin qarnı tox olsa, gecə ulduza hürməz.
-
Köpəyə ümid olduq, özümüz də hürmədik.
-
Köpəyə səlbə dəyən kimi dəydi.
-
Könülsüz hürən köpək, sürüyə qurd gətirər.
-
Könülsüz tula ilə ova çıxmazlar.
-
Könülsüz namazı Allah qəbul eləməz.
-
Könülsüz köpəyin sürüyə xeyri olmaz.
-
Könülsüz (pulsuz) bazara gedən, gördüyünü almamış qayıdar.
-
Könülxoşluğu maldan əfzəldir.
-
Könül umduğu yerdən küsər.
-
Könül sevən göyçək olar.
-
Könül sevən ağanın nə ağı, nə qarası!
-
Könül nə mey istər, nə meyxanə, könül dost istər, mey bəhanə.
-
Könül gözdən su içər.
-
Könül quşu uçar, bir budaqdan o birinə qonar.
-
Könül qocalmaz.
-
Könül bir uşağa bənzər, nə verərsən istər.
-
Könül bir böyük saraydır, tikilməsi çətin, yıxılması asan.
-
Könül arzunun mənbəyidir.
-
Könlü yemiş istəyən dolanar tağ başına.
-
Könlü bədöy at istəyən vaxtında alar.
-
Könlü balıq istəyən quyruğunu suya vurar.
-
Köndələn çəpərə söykənmək olmaz.
-
Kömürçünün evinə girən üzü qara çıxar.
-
Kömürçünün qaralmaqdan nə arı?
-
Köməyi igidə – sözlə, zəifə – əllə et.
-
Kölgəsini qılınclayır.
-
Kölgəsindən qorxur!
-
Köynək olanın kölgəsi olmaz.
-
Kölgədə bitən ağacın meyvəsi olmaz.
-
Köynək dondan irəlidir.
-
Kövək kolunun kölgəsi olmaz.
-
Kotan nə bilir qayış nə çəkir?
-
Kosanı gün batandan sonra aldatmaq olar.
-
Kosaya rişxənd edənin, top qara saqqalı gərək.
-
Kosa getdi saqqal gətirməyə, bığı da qoydu gəldi.
-
Kosa kəndə girməmiş gəraylısını başladı.
-
Korun nə borcu ki, şam bahalanıb!
-
Korun istədiyi bir göz, iki göz olsa – nə söz!
-
Korun ağacı özündən qabaq gedər.
-
Koru kor yanında həyan üçün qoyarlar.
-
Koru dar yerdə qısnamazlar.
-
Koroğlunu tutmağa bir keçəl Həmzə gərək.
-
Koroğlu üçəcən deyib.
-
Koroğlu deyib:
-
Korlar şəhərində ayna satmazlar.
-
Kora gecə-gündüz birdir.
-
Kor tutduğundan kəsər.
-
Kor olsun o iki göz ki, dostunu, düşmənini tanımır.
-
Kor nə istər?
-
Kor leyləyin yuvasını Allah tikər.
-
Kor gözündən qorxar, keçəl başından.
-
Kor gözün sahibinə nə faydası!
-
Kor gözdən əski asır.
-
Kor koru tapar, su çuxuru.
-
Kor kora kor deməsə, bağrı çatlar.
-
Kor kora deyər:
-
Kor-kor, gör-gör!
-
Kor kimdir?
-
Kor it kölgəsindən qorxar.
-
Kor ilə çörək yeyəndə insafı arada gör.
-
Kor əsasını bir itirər.
-
Kor əlifə bəy deməyib.
-
Kor qurdun ruzisini yetirən özü yetirər.
-
Kor burada, ya Bağdadda.
-
Kor bulaqdan su gəlməz.
-
Kor atı minən şahlıq iddiası edər.
-
Kor at gecə də otlar.
-
Kolxoz ambarı el süfrəsidir.
-
Kovxası gülüm olanın başına külüm olar.
-
Kovxanın bacısı oğlusan?
-
Kovxa ilə hesaba oturan borclu olar.
-
Kovxa atlanar, öz kəndini çapar.
-
Kişisi olmayan evin ruzisi olmaz.
-
Kişinin cibi iki olsa, arvad almaq fikrinə düşər.
-
Kişini cavan saxlar, yaxşı arvad, yaxşı at.
-
Kişinin hörməti öz əlindədir.
-
Kişinin sözü ilə işi bir olar.
-
Kişinin malı göz qabağında.
-
Keçəlin adı – Zülfəli!
-
Keçəli papağının yanından tanımaq olar.
-
Keçəli gün Zülfəli çağırarlar.
-
Keçəli gün çıxmamış gör.
-
Keçələ kosa qənim olsun.
-
Keçələ baxma, bəxtinə bax.
-
Keçəl çarə bilsə, öz başına eylər.
-
Keçəl Həsən, Həsən keçəl, nə fərqi?
-
Keçəl halva yeyər, puluna minnət.
-
Keçəl suya getməz.
-
Keçəl yaradı, öz başını daradı.
-
Keçəl qızı saçlı dəyə ağlama.
-
Keçəl qız bəzənincə toy əldən getdi.
-
Keçəl qız çeşmənin gözündən su içər.
-
Keçəl qız bacısının saçı ilə öyünər.
-
Keçəl var – zığıdı keçəl, keçəl var – noxudu keçəl.
-
Keçəl başını yudu da, daradı da.
-
Keçəl başından qorxar, kor gözlərindən.
-
Keçəl başa taxta daraq?
-
Keçəl baxar güzgüyə – adın qoyar özgəyə.
-
Keçdi gül, uçdu bülbül, istər ağla, istər gül.
-
Keyf sənin, kənd kovxanın.
-
Keyf qılığa baxmaz.
-
Kaş mal zərəri olsun, insan zərəri olmasın.
-
Kasıbın toyunda gecə qısa olar.
-
Kasıbın sacı axırda qızar, Kasıbın sözü, yorğunun gözü.
-
Kasıbın pulu cəhənnəmdə olar.
-
Kasıbın günü – itin günü.
-
Kasıbın gözü tox olar.
-
Kasıbın halını kasıbdan sor.
-
Kasıbın dürməyi yavan olsa, dili yağlıdır.
-
Kasıbın dörd düşməni var – it, bit, yasavul, molla.
-
Kasıbın dövləti saqqalda olar.
-
Kasıbın bir oğlu oldu, o da boynu əyri.
-
Kasıbın ağzı aşa dəyəndə başı daşa dəyər.
-
Kasıbı dəvə üstündə böv vurar.
-
Kasıba qul ol, varlıya oğul olma
(Kasıba oğul olunca, dövlətliyə qul ol).
-
Kasıba bazarın tulası da hürər.
-
Kasıb xərcini bilsə, məxmər geyər.
-
Kasıb çıraq yandırar, dövlətlinin pulunu sayar.
-
Kasıb ölüsünə yas saxlamaz.
-
Kasıb öləndə molla xəstə olar.
-
Kasıb geyəndə soruşarlar: Haradandır?
Varlı geyəndə deyərlər: Mübarəkdir!
-
Kasıb, itinin adını gümüş qoyar.
-
Kasıb bacını varlı qardaş istəməz.
-
Kasanı mənim başımda sındırır.
-
Kasa sındı, ya cingildədi.
-
Karın qulağına taxta tıxadılar, dedi: - Bu taqqıltı
-
Kar üçün iki dəfə azan verilməz.
-
Kar özünə sərf eləyəni eşidər.
-
Kar könlündəkini anlar.
-
Kar iki dəfə gülər.
-
Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar.
-
Kar eşitdiyini, kor tutduğunu buraxmaz.
-
Kar dedi: - Səs gəlir!
-
Kankanın vəsiyyəti – qızıl öküzdür.
-
Kamil ovçu boşuna güllə atmaz.
-
Kamil insan kəlamından bəlli olar.
-
Kamil bağban çəkər bağın səfasını.
-
Kamil adam az danışar.
-
Kamal ata kürki deyil ki, irs ilə övlada keçə.
-
Kababı köz öldürər, igidi söz.
-
Kabab qanlı, igid canlı.
-
Köşəyi satan, eşşək ala bilməz.
-
Kişinin alnı açıq gərək.
-
Kişi fəhlədir, arvad – bənna.
-
Kişi, sözü üzə deyər.
-
Kişi seldir, arvad göl.
-
Kişi sevdiyinin nazını çəkər.
-
Kişi öz tayı ilə gəzər.
-
Kişi öz sözünün ağası olar.
-
Kişi kişidən qorxmaz, amma utanar.
-
Kişi qızı olma, kişi arvadı ol!
-
Kişi bilmədiyini ayağı altına yığsa, başı ərşə dəyər.
-
Kiçiyin kiçik yeri var, böyüyün - böyük.
-
Kiçiyin kiçik dərdi var, böyüyün – böyük.
-
Kiçik daş da baş yarar.
-
Kiçik açar böyük qıfılı açar.
-
Kiçiyi böyüyün üzünə qalxızmazlar.
-
Kitabın köhnəsi, libasın təzəsi.
-
Kitabı satıb, gəncəfə alıb.
-
Kitab verənin bir əlini kəsərlər, qaytaranın iki əlini.
-
Kirpik gözün çəpəridir.
-
Kirayənişin olduğu bəs deyil, toyuq-cücə də saxlayır.
-
Kiri kir açar, sirri – sir.
-
Kimsənin nəsibin kimsə yeməz.
-
Kimsənin tikəsi kimsənin qarnında qalmaz.
-
Kimsənin ahı kimsəyə qalmaz.
-
Kimsə namərdə möhtac olmasın.
-
Kimsə kimsənin qismətini yeməz.
-
Kiminin sacı olar, kiminin ələyi.
-
Kiminin başında tac, kimi ac-yalavac.
-
Kimini qaldırır, kimini endirir.
-
Kiminə qat-qat, kiminə – ac yat.
-
Kimin arabasında gedirsən, onun mahnısını oxu.
-
Kimi gülür, kimi ağlayır, hərənin bir dərdi var.
-
Kimi əkər, kimi biçər, kimi qazanar, kimi yeyər.
-
Kimə yaxşılıq elədin, özünü ondan qoru.
-
Kim güclüdür – haqq onundur.
-
Kim eşşək olar, biz ona palan olarıq.
-
Kilid dost üçündür.
-
Kəfgir qazanın dibini deşib.
-
Kəfəni var idi, goru da olsun?
-
Kəfən havayı olanda adam özünü öldürməz.
-
Kəsilsin o iki əl ki, bir başı saxlamaz.
-
Kəsilən başın zülfü üçün ağlamazlar.
-
Kəsik baş bitməz, bitsə də yiyəsinə xeyir verməz.
-
Kəsənin üzün tikən ağardar.
-
Kəsək oturub daş üçün ağlayır.
-
Kasad bazarın gəliri olmaz.
-
Kəs barmağını çıx bazara, əlac tapan çox olar.
-
Kərə yeyən də çıxar yaza, tərə yeyən də.
-
Kərə yağından qıl çəkir.
-
Kərbalayi Kazım, sənə demək nə lazım?
-
Kəpək altında unları var.
-
Kənkanın vəsiyyəti qızıl öküzdür.
-
Kəndi köpəksiz gördü, əli ağacsız girdi.
-
Kəndə təzə dəllək gəlib, kəkili yandan qoyur.
-
Kəndə molla gəlib, kim ölür, ölsün.
-
Kənd nədir, qənd nədir!
-
Kənd köpəksiz olmaz.
-
Kənd kovxasız olmaz.
-
Kənd girovun naxırdan tutarlar.
-
Kənd kalafasından bilinər.
-
Kənd aşırı it hürməz.
-
Kənardan baxana hər şey asan görünər.
-
Kənardan baxan yaxşı görər.
-
Kəllə-paça suyu üçün Hövsana gedir.
-
Kəllə-paça, qoyma qaça.
-
Kələ kələlər neylədi ki, kərtənkələlər neyləsin?
-
Kəl qoşub cüt sürməyən çörək qədrini bilməz.
-
Kəkliyin dimdiyi qan, dili qan, dimdiyi qan, ağa dinsə söz olmaz, nökərin dindiyi - qan.
-
Kəklik qaqqıldamasa qaraquş onu tapmaz.
-
Kəklik başını soxar kola, quyruğundan xəbəri olmaz.
-
Kəbinim halal, canım azad.
-
Keçmişi unutma, gələcəyin müəllimidir.
-
Keçmişin qazancı bu günün rahatlığıdır.
-
Keçmişin arabası ilə uzaq gedə bilməzsən.
-
Keçinin şeytanla qohumluğu var.
-
Keçinin başı gicişəndə, buynuzunu çobanın çomağına sürtər.
-
Keçini dəvə adına satır.
-
Keçinin qoturu sərçeşmədən su içər.
-
Keçilər yer əkə bilsəydilər, öküzlər işsiz qalardı.
-
Keçiyə qurd dəyməsə gedib Həccə çıxar.
-
Keçiyə bir sürü qoyundan, bir keçi yaxşıdır.
-
Keçidə saqqal var, amma şeyx deyil.
-
Keçib gəlib Arazı, bəyənməyir Gülnazı.
-
Keçi şərab içsə, dəvəyə meydan oxuyar.
-
Keçi can hayında, qəssab piy axtarır.
-
Keçi suyu bulandırdı.
-
Keçi suyu bağıra-bağıra keçər.
-
Keçi öləndə quyruğunu dik tutar.
-
Keçi öldü, qoturu qurtardı.
-
Keçi keçim olsun, oturduğum yer samanlıq.
-
Keçi kasıbın inəyidir.
-
Keçənə güzəşt deyiblər.
-
Keçən günə gün çatmaz, calasan günü günə.
-
Keçən gün ömürdəndir.
-
Keçən keçib, sən gələcəkdən danış.
-
Keçən keçib, gələn günün xeyir olsun.
-
Keçən keçdi, vay gələcək dərdidir!
-
Keçən (köçən) yurdun qədrini, düşən yurdda bilərlər.
-
Keçən zaman qayıtmaz.
-
Keçəlin hindi başı, eşşəyə mindi başı, o tayda dava düşdü, bu tayda sındı başı.
-
Keçəlin tükdən acığı gələr.
-
Keçəlin papağı düşənəcəndir.
-
Keçəlin dırnağı olsa, öz başını qaşıyar.
-
Keçəlin dərdi-başı, bir qazan ayran aşı.
-
Keçəlin qazandığı başının ziftinə (qartmağına) gedər.
-
Köçən yurdun qədrini, düşən yurdda bilərlər.
-
Kiçikdən xəta, Böyükdən əta.
-
Kötük üstündə çox budaqlar doğranıb.
-
Köpəyin qarnı tox gərək.
-
Könülsüz işin axırı olmaz.
-
Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir.
-
Keçənə güzəşt deyərlər.
-
Kişinin sözü bir olar.
-
Kələk ilə gələn, külək ilə gedər.
-
Keçmə namərd körpüsündən qoy aparsın sel səni,
Yatma tülkü daldasında qoy yesin aslan səni.
-
Külək kimi hərdən bir tərəfə əsmə.
-
Köhnə kəndə təzə nırx qoyur.
-
Kamil bağban çəkər bağın səfasın.
-
Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
-
Kor tutduğun buraxmaz.
-
Kor kor, gör gör.
-
Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər.
-
Kişinin özünə baxma, sözünə bax.
-
Kişini tez qocaldar axşamdan yatan arvad.
-
Kişi tüpürdüyünü yalamaz.
-
Kişi sözü üzə deyər.
-
Kiminin əvvəli, kiminin axırı.
-
Keçi can hayında, qəssab piy hayında.
-
Kifirə sabun, dəliyə öyüd neyləyər.
-
Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar.
(Alman atalar sözləri)
-
Kar bir ərlə, kor bir qadın xoşbəxt bir cütdür.
(Danimarka atalar sözləri)
-
Kor toyuğa hər şey darıdır.
(Özbək atalar sözləri)
-
Kim çox səbəb söyləyirsə, o çox yalan danışır
(Rus Atalar Sözləri)
-
Keşişdən at, duldan qız alma
(Rus Atalar Sözləri)
-
Kimin harası ağrıyırsa o barədə danışar
(Rus Atalar Sözləri)
-
Köhnə dost iki yeni dostdan yaxşıdır
(Rus Atalar Sözləri)
-
Kor dilənçi də heç olmasa çiçəklərin ətrini duyur.
(Yapon atalar sözləri)
-
Kitablar ruhun qidasıdır.
(Yapon atalar sözləri)
-
Kim nə etsə özünə edər.
(Bolqar atalar sözləri)