• Gözəllik, baxan kimsənin gözündədir. (Fransız atalar sözləri)
  • Gözləməyi bilmək uğurun sirridir. (Fransız atalar sözləri)
  • Geç olar, güc olar (İngilis atalar sözləri)
  • Gündüzün bir saatı gecənin iki saatından yaxşıdır. (Afrika atalar sözü)
  • Gözəllik, qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir. (Çili atalar sözləri)
  • Gözələ məhəbbət qəbahət olar
  • Gözəl var gözü ilə öldürər, gözəl var sözü ilə öldürər.
  • Gözə yasaq yoxdur.
  • Gülünə bax qunçəsin dər.
  • Günün ölsün əlində qalsın, özün ölsən elində qalsın.
  • Göydəki durnadan, əlimdəki sərçə yaxşıdır.
  • Gözdən yaş yuyunsun, ürəkdən pas.
  • Gün çıxdı, aləm gördü.
  • Göz görmək üçün, könül sevmək üçündür.
  • Gündüz gəzər obanı,
    Gecə sancar dabanı.
  • Gücün çatan işdən yapış.
  • Göz yediyi aşı tanımalıdır.
  • Gərək təkcə gəlin gəlin olmasın, gəlin gedən yer də gəlin olsun.
  • Göz görməsə könül sevməz.
  • Gec olsun, güc olsun.
  • Gördüyünü qoyub görəcəyə getmə.
  • Geyimə görə qarşılayar, ağıla görə yola salarlar.
  • Girdin şəhərə, hamı gözü qıpıq, sən də ol gözü
    qıpıq.
  • Götürmədiyin çomaq, başada dəyər, qıçada.
  • Gəmi quru yerdə yeriməz.
  • Gəmisin batıran, başmaq axtarmaz.
  • Gənc ömrün bağışlar, qarı ömrün qarışlar.
  • Güc üzdən girsə, düz daldan çıxar.
  • Güclü olan günlüyün tapar, bilimi olan illiyin.
  • Görən gözündən asılı, görməyən ağzından asılı.
  • Görməmiş, gözün qurusun.
  • Göy verirsə, yer alır, göy istəsə yer çalır.
  • Göycə mıncıq kimdədir, mənim gözüm ondadır.
  • Göydən pay uman, yersiz qalır.
  • Göydən yağar, yer alar, yer almasa, yel alar.
  • Göz görə görə, əl görə görə pişər.
  • Göz görər, ürək istər.
  • Gördün yarın yar deyil, tərkin qılmağın ar deyil.
  • Gecə gəbədir, gün doğmadan, nələr doğar.
  • Gecə yatan, gündüz oyanar.
  • Gedənin yeri boş, olduğu yeri xoş olsun.
  • Gəl bir zərrəcik seyr et, gözə olmaz yasaq.
  • Gəlir gəlməzə inanma, əlindəkin qaçırma.
  • Gətirəndə el gətirir, yel gətirir, sel gətirir. aparanda el aparır, sel aparır, yel aparır.
  • Gəvəzənin işi qalar, astanın işi qalmaz.
  • Gic, nə doydum bilər, nə yoruldum.
  • Gizli yüklənən aşgara doğar.
  • Gördüyün kimi inanma, inandığın kimi gör.
  • Gördüyün qoyub, sandığın tutma.
  • Göz ki var qaranlığı seçmək üçündür.
  • Göz qəlbin güzgüsüdür deyiblər.
  • Gözdən uzaq, yaddan uçaq.
  • Gözəldə hamının gözü var, çirkinə kimin sözü var.
  • Gözələ kətəndə yaraşır, çirkinə ətləs neynəsin.
  • Gözəllərin talehi, çirkin olur.
  • Gözü toxa, ağzındakı yetər, ac gözə dünya yetməz.
  • Gurlayaraq gələn düşmandan, kötüdür gülə - gülə gələn düşman.
  • Gurulda, amma yağma.
  • Gün görməyən gün görsə, gündüz çıraq yandırar.
  • Güvənsən varlığa düşərsən darlığa.
  • Güzgüyə baxanın, ağlı olmaz.
  • Gədadan borc alma, ya toyda istər, ya bayramda.
  • Gedər aclıq, gələr bolluq, bizə qalar kömbə yanığı.
  • Göz görməsə üz dönər.
  • Göz görməsə, üz utanmaz.
  • Göz ilə gör, qulaqdan al, ağızla ver.
  • Gözlüyə, gizli yoxdur.
  • Gücənməsin biləyin, tükənməsin gücün.
  • Gül açmasa, bar gəlməz, biçilsə don, dar gəlməz.
  • Gül qədrini kor bilməz.
  • Gül gülə oxşar, gözəl gözələ.
  • Güzgüyə baxan özgəsin görməz.
  • Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəcək.
  • Gəlini evdə sına, dağa oduna yolla.
  • Gəlin mənim süpürgəmdir, harda qoysam oturar.
  • Gəlin var gələr – gətirər, gəlin var gedər – itirər.
  • Gəzəyən qızdan gəlin olmaz.
  • Gəlin anasına həm ağlar, həm də "gedirəm" deyər.
  • Gəlin evin yaraşığıdır, cəlalıdır, bəzəyidir.
  • Gəlin ocağa çəkər.
  • Gəlin atda, qisməti yadda.
  • Gəlin var gələr - gətirir, gəlin var gedər - itirir.
  • Gəlin var qızdan, toyuq var qazdan başdır.
  • Gəlin var - külü aş yapar,
    Gəlin var - unu daş yapar.
  • Görən gördüyünü deyər, görməyən ağzına gələni.
  • Gül tikansız, çöl ilansız olmaz.
  • Güllü yerdə tikan var, tikanlıqda gül harda.
  • Gülmə qonşuna, gələr başına.
  • Get özünə dost qazan, düşmən ocaq başında.
  • Gedənə – yoldaş, gələnə qardaş.
  • Günün batmağın görən kimsə, çıxdığına inanar.
  • Güc aldan girsə, doğru tünlükdən çıxar.
  • Gözünə torpaq atır.
  • Gözünə qara su gələr.
  • Gözün bir ayağın altına baxsın.
  • Gözün aydın olsun, pişiyimiz oğlan doğub!
  • Gözümün ağıcan olsun, özümün olsun.
  • Gözümüz yollarda, qulaqlarımız səsdə.
  • Gözüm üstündə yerin var.
  • Gözüm səndən su içmir.
  • Gözü tox olanın könlü də tox olar.
  • Gözü yolda, qulağı səsdə.
  • Gözü ilə görür, dili ilə istəyir.
  • Gözsüz yaşamaq olar, vətənsiz yox.
  • Gözlərindən cin çıxır).
  • Gözləri fal daşı kimi açılır.
  • Gözləri yollarda qalıb.
  • Gözləri buz üstə çıxmış dananın gözlərinə oxşayır.
  • Gözləri vəlfəcri oxuyur.
  • Gözdən əsgi asır.
  • Gözəllik hər kəsin əməlində yaşayır.
  • Gözəllik baş tacıdır, hər adama qismət olmaz.
  • Gözəllik ondur, doqquzu dondur.
  • Gözəllik vardan olar, olmasa – hardan olar?
  • Gözəllər çox iş görərlər, soyarlar adamı, dərviş edərlər.
  • Gözələ baxmaq göz qaydasıdır.
  • Gözələ göz dəyər, qəlbə – söz.
  • Gözələ baxmağın könül səfası var.
  • Gözəldən göz ağrısı, çirkindən dərdi-bəla.
  • Gözəldə etibar olmaz.
  • Gözəl görünər, çirkin bürünər.
  • Gözəl gözəl deyil, könül sevən gözəldir.
  • Gözəl – göz üçün, ağıllı – könül üçün.
  • Gözəl kamallı gərək.
  • Gözəl eyibsiz olmaz.
  • Gözəl arvad şıltaq olar.
  • Gözəl ağa çox gözəl idi, vurdu çiçək çıxartdı.
  • Gözdən düşüb.
  • Gözdə olmayan, könüldə də olmaz.
  • Göz görməsə könül bulanmaz.
  • Göz görməz, üz utanmaz.
  • Göz gördüyünə inanar.
  • Göz gördüyündən qorxar.
  • Göz gördüyün danmaz.
  • Göz gördü, könül sevdi, daha mənim nə günahım.
  • Göz gözə alışanda ayrılıq çətin olar.
  • Göz yumulub açılınca fürsət əldən gedər.
  • Göz istədiyi gözələ baxar.
  • Göz dəyəndə "gözlə" dəyər.
  • Göz qulaqdan irəlidir.
  • Göz qənimini tanıyır.
  • Göz bir pəncərədir, könülə baxar.
  • Göz bizim – söz bizim.
  • Gödək adam gündə üç dəfə padşahlıq iddiasında olar.
  • Goru var ki, kəfəni də olsun?
  • Gicin buynuzu olmaz.
  • Gic toyuq yumurta aparar.
  • Girərəm yaylağından çıxaram qışlağından.
  • Girdiyin yer qaranlıqsa, sən də gözünü yum.
  • Gilas bağın olsa, bilərsən sığırçın necə quşdur.
  • Gilavar, get, xəzri, gəl.
  • Gizli düşmən ilan kimidir, sürünə-sürünə səssiz gələr.
  • Gətirəndə: - El gətirər, yel gətirər, sel gətirər.
  • Gərəkməzi saxla, bir gün gərək olar.
  • Gərəkli malı gərəksiz gündə al.
  • Gərəyi əkiblər, bitməyib.
  • Gərəyi əkiblər, quluncan göyərib.
  • Gərək soyuq günlərdə də, dost salsın dostu yada.
  • Gərək saatla yox, vicdanla işləyəsən.
  • Gərək gərəklə iş keçməz.
  • Gəncliyin yükünü gənclikdə çəkərlər.
  • Gənclikdən qocalığa ömür saxla.
  • Gənclik ömrün baharıdır.
  • Gənclik gözəllik deməkdir.
  • Gənc yaşlarından namusunu qoru.
  • Gənəşəkli don gen olar.
  • Gəmisini batıran çarığını axtarmaz.
  • Gəmisi suya oturub.
  • Gəminin işini gəmiçi bilər.
  • Gəmini qurtaran pişgahdır.
  • Gəmiyə minib gəmiçi ilə dalaşır.
  • Gəmidə oturub gəmiçi ilə savaşır.
  • Gəlirinə bax, xərc eylə.
  • Gəlməkdən əvvəl gedəcəyini düşün.
  • Gəlmək bizdən, yola salmaq sizdən.
    (Gəlmək səndən, yola salmaq ev yiyəsindən)
  • Gəlmək qonaqdan, yola salmaq ev yiyəsindən.
  • Gəlinin yelkəni əyilib.
  • Gəlinciyim, qızlığım, darayı tuman, dizliyim.
  • Gəlinin dili yox, qaynananın imanı.
  • Gəlindən qız olmaz.
  • Gələcəyi varsa, gedəcəyi də var.
  • Gələnin qisməti özündən qabaq gələr.
  • Gələnə "xoş gəldin", gedənə – "yaxşı yol" deyərlər.
  • Gələnə "gəlmə" deməzlər.
  • Gələnə qapı açıqdır, gedənə yox!
  • Gələn, gedənə rəhmət oxuyar.
  • Gələn qismətini yeyər.
  • Gəldik cahan haqqı tapaq, molla qoymadı.
  • Gəldi xəzri, ver nəzri, gəldi gilavar – onda nə var?
  • Gəldi-gəldisi şah gəldisinə dönüb.
  • Gəldi-gedəri saxlamaq olmaz.
  • Gəldi əcəl – vermədi macal.
  • Gəldi – qatıq, gəlmədi – ayran
  • Gəldi qaşın qayırsın, vurdu gözün çıxartdı.
  • Gəl məni gör, dərdimdən öl.
  • Gəl deməsi yaxşıdır, get deməsi pis.
  • Gəl daşı ətəyindən tök!
  • Gəl bu şeytan atından en!
  • Gəl bir addım, gəlim iki addım.
  • Gəzərdə – qoyun əti, onun da boyun əti.
  • Gəzər divanə-divanə parası olmayan dərviş.
  • Gəzən qızın qazancı ənlik-kirşana gedər.
  • Gəzən ayağa daş dəyər.
  • Gədadan bəy olmaz.
  • Gecə pişik samura oxşar.
  • Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.
  • Gecə dırnaq kəsən, gündüz nağıl danışan əlbət gora gedər.
  • Gecənin ərizəsini heç kəs oxumayıb
  • Gecənin ərizəsini həzrət Süleyman oxumayıb.
  • Gecə şərab, gündüz qumar, bu əməllə sənət umar.
  • Gecə sol yatan səhər sağ oyanar.
  • Gecəsi-gündüzü yoxdur.
  • Gecəni gündüzə qatmışam.
  • Gecə-gündüzüm bir olub.
  • Gecə gəldi, gecə getdi, necə gəldi, necə getdi!
  • Gecə gəl, vecə gəl.
  • Gecə gedər, gündüz gələr.
  • Gecə qara, cücə qara.
  • Gec gələn qonaq, olduğundan yeyər.
  • Gec gəldi, tez öyrəndi.
  • Gec kəsər, karlı kəsər, məzlumun ahı səni!
  • Gec danışsan, kəlamın gül olar.
  • Getmişdi kabab iyinə, gördü ki, eşşək dağlayırlar.
  • Getmə gözümdən, gedərəm özümdən.
  • Getdim savab edəm, günaha batdım.
  • Getdim dərdli yanına o məndən narın ağladı.
  • Getdim adına, tüpürdüm dadına.
  • Getdi gedər-gəlməz yoluna.
  • Getdi qara qızın eşqinə.
  • Getdi babamın xeyratına.
  • Get çanağım, gəl çanağım, ortalıqda sın çanağım.
  • Getdi – görə bilməzsən, yıxdı – hörə bilməzsən, onu ki, sən deyirsən, onu daha görməzsən.
  • Gedər bu gözəllik, sənə də qalmaz.
  • Gedəni saxlamaq olmaz.
  • Gedən gedər, oturan yol gözlər.
  • Gah qul olar satılar, gah çıxar taxta kosa.
  • Gah qovurt, gah qovurğa, keçirtdik ömrü belə.
  • Gəl min boynuma!
  • Gücünə bax, şələni bağla.
  • Gücün çatmayan daşı qaldırma, zərbə düşərsən.
  • Gücün çatmayan işə girişmə.
  • Gücü çatana donuz güddürər.
  • Gücü gücümdən çox, ağlı ağlımdan az.
  • Gücü var, təpəri yox.
  • Güclüyə nə düz, nə çörək.
  • Güclü gücsüzdən qisas almaz.
  • Güclü günahkar olmaz.
  • Güclü yanında gücsüz günahkar.
  • Güc gələndə dad bacadan çıxar.
  • Güc doğanağa düşər.
  • Güc birlikdədir.
  • Günümü göy əskiyə bağlayıb.
  • Günüm yoxdur, günüm var.
  • Günlüyə, yanı qoduqluya, ruzigar haramdır.
  • Günü gününün ölümünü istər.
  • Günü gündən günü əsirgər.
  • Günü ilə gün yoxdur.
  • Günortadan sonra dükan açan nə qazanar?
  • Günəbaxan günə baxar!
  • Gündüz şam yandıran gecə şamsız yatar.
  • Gündüz çıraq yandıran, axşam qaranlıqda qalar.
  • Gündüz gəzər obanı, axşam sancar dabanı.
  • Gündüz gedir dar-dar edir, axşam gəlir yer dar edir.
  • Gündoğan səlamətdir, günbatan məlamət.
  • Gündə qazan, gündə ye.
  • Gündə bir söz eşitməsəm qulaqlarım tutular.
  • Gündə bir dona (rəngə) girir, ana da deyir qızım var.
  • Günbəz görər, elə bilər içində imamzadə var.
  • Günahkar oldu lələ, saqqalı verdi ələ.
  • Gün çıxdı – kosanı aldatmaq olmaz.
  • Gün çıxar, aləm görər!
  • Gün görməyən günü gördü, durdu çıraq yandırdı.
  • Gün girməyən evə həkim girər.
  • Gün girən evə həkim girməz.
  • Gün kimi aydındır.
  • Gün keçir, ömür gedir, dəli bəzənir ki, bayram gəlir.
  • Gün keçər, kin keçməz.
  • Gün keçər, qəza keçməz.
  • Gün ilə bat, gün ilə çıx.
  • Gün doğuşundan bəllidir.
  • Gün var keçib gedər, gün var yadda qalar.
  • Gülmək ağlamağın qardaşıdır.
  • Gülmə gülünc olana, xəmiri linc olana, özün gülünc olarsan, xəmiri linc olarsan.
  • Gülünə bax, qönçəsini dər.
  • Gülün qədrini bülbül bilər, nə bilər hər divanə.
  • Gülü get güllükdən gətir.
  • Gülü yad etdikcə, bülbülün fəryadı artar.
  • Gülmək ağlamaqla əkizdir.
  • Güllüyün gülü beş günlükdür.
  • Güllə məndən sovuşsun, ya yoldaşıma dəysin, ya saman çuvalına.
  • Gülər üz, dadlı dil ilanı yuvadan çıxardar.
  • Güldən gül iyi gələr.
  • Güldən ağır söz demək olmur.
  • Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz.
  • Gül solanda bülbül ağlar.
  • Gül olmayan yerdə, böyürtkən özünü gül sanar.
  • Gül o qədər bitib, reyhan arada itib.
  • Gül güllüyü ilə üşüməz.
  • Gül getdi, xar qaldı, güldən yadigar qaldı.
  • Gül istəyən tikanın da istəsin gərək.
  • Gül əzizdirsə, gülşən ondan əzizdir.
  • Gül qönçədə qalmaz, söz – qəlbdə.
  • Gül, bülbüldən artıq, insan əlindən çəkər.
  • Gün altında yatmayan kölgənin qədrini bilməz.
  • Güzgüyə baxan özgəsini görməz.
  • Güzgüyə baxan öz camalın görər.
  • Güzgü əyri olsa əksi əyri göstərər.
  • Güvəclə qazanın nə aşnalığı?
  • Güvəci ya sındır, ya dağdan yuvarlat.
  • Güvəcə verə-verə çıxan qazan bahası.
  • Güvəc yumbalanar qapağın tapar.
  • Güvəc daşa toxunsa – vay güvəcin halına, Daş güvəcə toxunsa – vay güvəcin halına!
  • Güvəc qazana dedi: - Üzün qaradır!
  • Güvənmə varlığa, düşərsən darlığa.
  • Guş daşı yerdə qalmaz.
  • Götürən peşiman, götürməyən də.
  • Gönünü dabbağxanada tanıyırlar.
  • Görünən kəndə nə bələdçi?
  • Görünən dağ uzaq deyil.
  • Görülmüş işdən gül iyi gələr.
  • Görməmişin oğlu oldu, vurdu gözün çıxartdı.
  • Görməmiş görsə, ağıldan çıxar.
  • Görməyə gözü var, eşitməyə qulağı.
  • Görmədiyin yükün altına girmə.
  • Görən gözün haqqı var, görən görüb götürər.
  • Görən gözə yasaq olmaz.
  • Gördün yemək, daha nə demək?
  • Gördün ərin ər deyil, tərkin qılmaq ar deyil.
  • Gördün yarın yar deyil, tərkin qılmaq ar deyil.
  • Gördüyünü qoyub, eşitdiyinə inanma.
  • Gördüyünlə nə işin var, sən bildiyindən danış.
  • Gördüyünə aldanma.
  • Gördüyündən göz kirayəsi istəyir.
  • Gördüyün güllü kömbədir, bazara çıxıb qoğal olub.
  • Gördü – hənək, görmədi – gerçək.
  • Gönü suya vermə, verdin heyfsilənmə.
  • Gönü qalın adamdır.
  • Gölməçəyə su gəlincə qurbağanın gözləri bərələr.
  • Göycə muncuq kimdədir, mənim gözüm ondadır.
  • Göyçək arvadlı ilə, yorğa atlıya yoldaş olma.
  • Göyə tüpürmə, üzünə tökülər.
  • Göydən gələn yerə qəbuldur.
  • Göydən yağmasa, yerdə bitməz.
  • Göydən zənbil ilə düşməz.
  • Göydə axtarırdım, yerdə əlimə düşüb.
  • Gözünün nuru yoxdur.
  • Gün batdı - bat, gün çıxdı - çıx!
  • Gözü boynunun ardını görəndə...
  • Göz görmür, üz utanmır.
  • Göz görmək üçün, könül seçmək üçündür.
  • Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır.
  • Gününü düyünləyib göy əsgiyə.
  • Günü günə satmazlar.
  • Gündüz gəzər obanı, Gecə sancar dabanı.
  • Gözünü qırpdın, sənin deyil
  • Gözlərindən qan damır.
  • Goru var ki, kəfəni də ola.
  • Gəmidə oturub gəmiçi ilə vuruşur.
  • Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.
  • Gəlin bəzənincə toy əldən gedər.
  • Gedər bu dövran sənə də qalmaz.
  • Gedər bağlar qorası, qalar üzlər qarası.
  • Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
  • Gah nala döyür, gah mıxa.
  • Göz görmək üçün, ağıl bilmək üçün.
  • Gözə göz, dişə diş. (Alman atalar sözləri)
  • Gözdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz. (Hind atalar sözləri)
  • Gözün ağrıyır - əlini saxla, qarnın ağrıyır - ağzını. (Özbək atalar sözləri)
  • Gülməklə qarın doymaz (Rus Atalar Sözləri)
  • Görüş ayrılmasının başlanğıcıdır. (会うは別かれの始まり au nowa wakare no hajimari) (Yapon atalar sözləri)
Top