• Hər şey sənə doğru gəlirsə, bəlkə sən tərs gedirsən. (Fransız atalar sözləri)
  • Hər ağılsıza heyran olacaq başqa bir ağılsız tapılar. (Fransız atalar sözləri)
  • Haqq, məğlub yeyilər amma həzm edilməz. (Yunan atalar sözləri)
  • Hayla gələn vayla gedər (İngilis atalar sözləri)
  • Hər işdə bir xeyir vardır (İngilis atalar sözləri)
  • Hər saqqallını baban sanma (İngilis atalar sözləri)
  • Hürən it dişləməz. (İngilis atalar sözləri)
  • Heç bir mətbəx iki qadının yerləşəcəyi qədər geniş deyil. (Afrika atalar sözü)
  • Hirsdən bir an səbirli olsan, yüz günlük peşmanlıqdan xilas olarsan (Çin atalar sözləri)
  • Heç kim boğulma ehtimalı üzündən yeməyi rədd etməz. (Çin atalar sözləri)
  • Hər aydınlığın bir qaranlığı var,
    Hər qaranlığın da bir aydınlığı.
  • Heç bilmir harda bişib, deyir bir çömçə də bəri ver.
  • Həyasızdan hayanı saxla.
  • Haram yolla qazanılan harama sərf olunar.
  • Hərə ayağını öz yorğanına görə uzatmalıdır.
  • Hər anın öz hökmü var.
  • Haray, üzülən canım,
    İpə düzülən canım.
  • Hökümdarlar ilanlar kimidir: zəhər də, dərman da onların əlindədir.
  • Hara gedirsən get, amma özün get.
  • Hər vermək itirmək deyil, hər almaq qazanmaq deyil.
  • Hazır yeməyə, dağlar dayanmaz.
  • Hər nə yedin dadındır, hər nə verdin adındır, hərnə qaldı yadındı.
  • Hürməyin bilməyən, kəndə qonaq gətirər.
  • Hər yerindən duran özünü peyğəmbər sayır.
  • Hünərli iğid ölməz.
  • Hürə bilmir itləri başa salır.
  • Hirs gələr – göz qızarar, hirs gedər – üz qızarar.
  • Haqq nazilər, üzülməz.
  • Hərzə sualın mərzə cavabı olar.
  • Halva Halva deməklə ağız şirin olmur.
  • Hər işin öz yeri, hər sözün öz məqamı var.
  • Hamıya it hürər, bizə Mazandaran çaqqalı.
  • Hər başın yazısı başına görədir.
  • Hər başqa işin bir kişisi var.
  • Hər dona, yamaq olda, hər yamağa don olma.
  • Hər elin çıxarına görə yazar yazısı var.
  • Hər elin yazısı başına görədir.
  • Hər əyri, yayın deyir, hər yetən yarın.
  • Hər əyridən yay çıxmaz.
  • Hər gələnin sözünə inan, çünki sən bilmədiyin şeyləri sənə öyrədə bilər.
  • Heyvan ilişə ilişə, insan diləşə diləşə.
  • Heyvanın dişi, kişinin işi olsun.
  • His gələr göz qaralar, his gedər üz qaralar.
  • Haram malın bərəkəti olmaz.
  • Haram gəldi halalı apardı.
  • Halal artar, haram batar.
  • Halal ye, halal danış.
  • Hamıya gələr gözü qara qələm qaş, bizə gələr sallaq burun keçəl baş.
  • Hər zərərdə bir xeyir var.
  • Hakimsiz – həkimsiz ölkədə durma !
  • Hamı öz yükün ağır bilər.
  • Hamı sevdiyinə "can" diyər.
  • Hardan gəlirsən -bülbül qalasından, niyə başın qanlıdır -dilim bəlasından.
  • Hər nə edər özünə edər, külü də gözünə edər.
  • Heyvanın dişinə bax, insanın işinə.
  • Hirsli başda ağıl olmaz
  • Hər işləyən - kişi olmaz,
    Hər doğan - ana olmaz.
  • Ha uzaq ola - yol yaxşı, ha yaman ola - el yaxşı.
  • Hər tikilən saray Tac-Mahal оlmaz.
  • Heyvanı tükün töküncə gör,
    Qızı gəlin olunca gör,
    Gəlini doğunca gör.
  • Hamıya hörmət elə, hörmətin olar.
  • Hayıf olsun, mərd igidlər qocalır.
  • Haydan gələn huya gedər
  • Hərəkət harada, bərəkət orada.
  • Həkim qapısı – el qapısı.
  • Hamı getdi quş gətirdi, bizimki bayquş gətirdi.
  • Heyvan saxlasan pişik saxla, özü tutar özü udar.
  • Hər zülmət gecənin bir gündüzü var, bir yandan bağlayan bir yandan açar.
  • Hesab, kitab – vay, vay!
  • Hər xoruz öz həyətində banlar.
  • Hər xoruz öz yerində eşələnər.
  • Hər fəslin bir meyvəsi var.
  • Hər üzə gülənə dost deməzlər.
  • Hər uzun ağaca çinar deməzlər.
  • Hər ucaboylu ağac sərvi-xuraman olmaz.
  • Hər tullanan qoz bitsə, meymun qozsatan olar.
  • Hər suda mərcan olmaz.
  • Hər su keçid verməz.
  • Hər sözün öz yeri, öz məqamı var.
  • Hər sözün bir pərsəngi var.
  • Hər səhəng suda sınmaz.
  • Hər səhvi üzə vurmazlar.
  • Hər səbrin axırı var.
  • Hər sarğı hər yaraya sarılmaz.
  • Hər saqqalı ağ olana ağsaqqal deməzlər.
  • Hər saqqallıya dədə demə.
  • Hər saqqallı baba olmaz.
  • Hər saqqala salam verməzlər.
  • Hər rast gələnə dost demə.
  • Hər pərdə dalında yüz sirr var.
  • Hər ölümə qəhrəmanlıq deməzlər.
  • Hər otun öz kökü var.
  • Hər nəyə əl vururam, qulpu qalır əlimdə.
  • Hər nə yedin dadındır, hər nə verdin adındır, hər nə qalsa yadındır – oğluna qalsa yad qızı ilə yeyəcək, qızına qalsa yad oğlu ilə.
  • Hər nöqsanı özündə gör.
  • Hər nə desən özünə gedər.
  • Hər meyvənin öz dadı var.
  • Hər meyvənin kalı dəysə, insanın kalı dəyməz.
  • Hər meyvə öz vaxtında yetişər.
  • Hər meyvə öz ağacında.
  • Hər gün nə tapsan, odur.
  • Hər gün ömürdən bir kərpic düşür.
  • Hər nə gedər ömürdən gedər.
  • Hər gülün bir qoxusu, bir ətri var.
  • Hər güldən gülab olmaz.
  • Hər gün günahkar, bir gün tövbəkar.
  • Hər gün bir olmaz.
  • Hər gördüyünü atana oxşatma.
  • Hər gördüyünə aldanma.
  • Hər göldən bir qurbağa, Göy göldən min qurbağa.
  • Hər gözəldə bir eyib olar.
  • Hər gəlirin bir çıxarı var.
  • Hər gecənin bir gündüzü var.
  • Hər gedişin bir gəlişi var.
  • Hər külək dağı yerindən tərpədə bilməz.
  • Hər gördüyünü dost sanıb, sirrini açma.
  • Hər könülün bir yazı, bir qışı var.
  • Hər kişinin nəbzinə görə şərbət verərlər.
  • Hər kişi gücünə görə yük tutar.
  • Hər kimin ki, bağı var, keyf çəkməyə çağı var.
  • Hər kəsin çörəyi xəmirinə görədir.
  • Hər kəsin hörməti öz əlindədir.
  • Hər kəsin uşağı özünə şirindir.
  • Hər kəsin öz bəxti.
  • Hər kəsin öz ağlı.
  • Hər kəsin malı özünə görə qiymətlidir.
  • Hər kəsin keçəcəyi özünə görə olar.
  • Hər kəsin iradəsi öz əlindədir.
  • Hər kəsin dərdi özünə bir at yüküdür.
  • Hər kəsin dəlisi evdə, dərdi qarnında.
  • Hər kəsin bir işi var.
  • Hər kəsin bir dərdi var, heç kəsə deməz, ağlar.
  • Hər kəsin balası öz gözündə göyçəkdir.
  • Hər kəsə öz yükü ağır gələr.
  • Hər kəsə öz adəti xoş gələr.
  • Hər kəs şərarət əksə, peşimançılıq biçər.
  • Hər kəs hər şeyi öz ölçüsü ilə ölçər.
  • Hər kəs nə eyləsə özünə eylər.
  • Hər kəs özündən dəm vurar.
  • Hər kəs öz ürəyindən su içər.
  • Hər kəs öz ölüsünü oxşayır.
  • Hər kəs öz gəlir-çıxarına baxar.
  • Hər kəs öz kömbəsini gözlər.
  • Hər kəs öz kisəsindən yeyər.
  • Hər kəs öz yurdunu bəyənər.
  • Hər kəs öz əməlinin meyvəsini dərər.
  • Hər kəs öz əkdiyini biçər.
  • Hər kəs öz eybini bilir.
  • Hər kəs öz evinin həm nökəri və həm də ağasıdır.
  • Hər kəs öz dərdindən danışar.
  • Hər kəs öz dərdilə, dəyirmançı su ilə.
  • Hər kəs öz adını çəkər.
  • Hər kəs öz ağlını bəyənər.
  • Hər kəs odu öz kömbəsinə çəkər.
  • Hər kəs necə olsa, başqasını da, özü kimi bilər.
  • Həmxana – dəmxana.
  • Həmsayənin arvadı göyçək.
  • Həmnişini bab elə, görən desin hə belə.
  • Həmişə şaban, bir kərə də Ramazan.
  • Həmişə sən gələsən!
  • Həmişə bülbül ötməz.
  • Həmişə biz görürük, bir yolda sən gör.
  • Həmişə bağda-bağatda!
  • Həmid xəstə, Həsən xəstə, Nadirqulu can üstə.
  • Həmyaşlıqda ölən şəhiddir.
  • Həm ziyarət, həm ticarət.
  • Həlləm-qəlləm adamdır.
  • Hələ harasını görürsən?
  • Hələ halvaxor olmayıb.
  • Hələ səfrəsi naməhrəm üzü görməyib.
  • Hələ saqqalı ələ verməmişəm.
  • Hələ görməli günüm qabaqdadır.
  • Hələ yarası sağalmayıb.
  • Hələ döyülməmiş dənləri var.
  • Hələ boynu qoltuq görməyib.
  • Hələ arxanla qapı açmamısan?
  • Həkimsiz, hakimsiz şəhərdə qalma.
  • Həkimi həkim eyləyən xəstədir.
  • Həkimə getsən – dava verər, falçıya getsən – dua.
  • Həkimdən sorma, çəkəndən sor.
  • Həkim ceyran əti buyurubdur.
  • Həkim həkim deyil, başına gələn həkimdir.
  • Həkim məhrəmdir.
  • Həyatı ölənə qədər sev.
  • Hər kəs bildiyini, dəyirman – döydüyünü.
  • Həyasızdan həyanı qoru.
  • Hər kəs atdığı oxun hara dəyəcəyini bilsin gərək.
  • Hər kəs ata bilər, amma vura bilməz.
  • Həyasızda insaf olmaz, insafsızda – həya.
  • Hər yetən gözələ gözəl deməzlər.
  • Həyasıza salam ver, keç.
  • Hər yerin dovşanını o yerin tazısı tutar.
  • Həyası olmayanın insafı da olmaz.
  • Həya imandandır.
  • Hərdən sözün mərəzi gələr.
  • Hər yerin bir dəbi var.
  • Həddini bilməyənə həddini qandırarlar.
  • Həqiqət bir şeydir, onu hər kəs dürlü anlar.
  • Hər yerdə olsa, qanlını, əlbəttə, qan tutar.
  • Həvəsdir – bəsdir.
  • Hər yazılana inanmazlar.
  • Hər yazan şair olsa, dibərlər çaqqal olar, Çox çalışan xırdavatçı axırda baqqal olar.
  • Hər yazan şair olmaz.
  • Heçi heçə vurarsan, yenə də heç çıxar.
  • Hər işıq bir kölgə salar.
  • Heç toy görməmisən, bacasından da baxmamısan?
  • Hər işin sonuna baxarlar.
  • Heç neyə – heç nə ala bilməzsən.
  • Hər işin əvvəli çətindir.
  • Heç kim adama müftə quş tutmaz.
  • Hər işin başı – sağlıq.
  • Heç kimin adı vayqanlı olmasın.
  • Heç kəsin şamı səhərəcən yanmayıb.
  • Hər işimiz düzəlib qalıb saqqal darağımız.
  • Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz.
  • Hər işi insafla gör.
  • Hər işi atüstü görməzlər.
  • Heç kəsin xoruzu sabaha kimi banlamayıb.
  • Heç kəsin qara papağı yanmasın.
  • Hər iş ustasının əlində asandır.
  • Heç kəsə bel bağlama.
  • Hər iş vədəyə baxar, vədə heç şeyə baxmaz.
  • Heç kəs heç kəsin kitabını oxumur.
  • Hər iri gözün işığı olmaz.
  • Heç kəs öz eybini bilməz.
  • Hər igid öz adıyla tanınar.
  • Heç kəs öz ayranına turş deməz.
  • Hər ziyan bir xeyirdir
  • Heç kəs yalqız qalmasın.
  • Heç kəs qurdnan qiyamətə qalmaz.
  • Hər zərər bir ağıl artırar.
  • Hər zamanın bir hökmü var.
  • Heç kəs arxasız olmasın.
  • Heç kəs ana qarnından gətirməyib.
  • Hər zamanın bir fironu var, hər fironun da bir Musası.
  • Heç igidin yatmasın baxtı, yanı üstə çevrilməsin taxtı.
  • Hər zaman bir aşiqin dövranıdır.
  • Heç bilmir, harada bişib, deyir: - Bir çömçə də mənə ver!
  • Hər yetəni eylədilər kəndxuda, girami Şüvalan getdi bada.
  • Heç bəndənin yaralı balası gözü qabağında olmasın.
  • Hər enişin bir yoxuşu, hər yoxuşun bir enişi var.
  • Hesabın böyük-kiçiyi olmaz.
  • Hər eybi üzə vurmazlar.
  • Hesablıya dağlar da əyilər.
  • Hər elin bir adəti var.
  • Hesabı doğru olanın alnı açıq olar.
  • Hər evin bir adəti var.
  • Hər divarın qulağı var.
  • Hesabsız gələn zərərlə gedər.
  • Hesabı təmiz olanın üzü ağ olar.
  • Hər dərədə bir at öldürüb baytar olub.
  • Hesabda doğru ol, hesabdar olma, hesab bilməyənlə durub oturma.
  • Hər dərdin bir dərmanı var, tapanı gərək.
  • Hesab var dinar-dinar, bəxşiş var xalvar-xalvar.
  • Hər dəlləyin əlinə saqqal vermək olmaz.
  • Hər dəlinin bir ağıllısı olmalıdır.
  • Hesab bilmirsən, yoxsa yanın çubuq görməyib?
  • Hər daşın dibində bir Koroğlu var.
  • Hesab bilməyənlə durub-oturma.
  • Hər danışana cavab versən boğazın yırtılar.
  • Heyrətdə ağıl, yolda – salam, qəmdə – təsəlli.
  • Hər damcı qüvvətdir bir daşqın selə.
  • Heydərü-Səfdərdi bizim pirimiz, qırxınıza taydı bizim birimiz.
  • Hər dağın öz ətəyi var.
  • Hər dağ olsa çəkilər, bala dərdi çəkilməz.
  • Heyvası yox, narı yox, qoy desinlər Şahbudağın bağı var.
  • Hər qışın bir yazı var.
  • Heyvanın dişinə baxarlar, insanın – işinə.
  • Hər quruldayan sulu qəlyan deyil.
  • Heyvanı acgözlüyü onu kökəldər, insanın acgözlüyü onun başını yeyər.
  • Hər quşun əti yeyilməz.
  • Hər quşa – öz yuvası, hər kəsə – öz vətəni.
  • Heyvanı budundan dağlarlar, insanı ürəyindən.
  • Hər quş öz tayı ilə uçar.
  • Heyvanda arıqlıq, insanda yekə qarınlıq eyibdir.
  • Hər quş öz yuvasının ağasıdır.
  • Heyvana çuluna görə, insana geyiminə görə qiymət vermək düz deyil.
  • Hər quş öz dəstəsiylə uçar.
  • Hər quş şahin olmaz.
  • Heyvan saxlasan pişik saxla, özü tutar, özü yeyər.
  • Hər qoz girdədir, hər girdə – qoz deyil.
  • Heyvan elə heyvandır.
  • Hər qəbahəti üzə vurmazlar.
  • Heyvan qatlaşar, yiyəsi qatlaşmaz.
  • Hacılar Məkkəyə getdi, qapıları açıq qoyun, Hacılar Məkkədən gəldi, qapıları bağlayın.
  • Hacadan, hucadan, biri də çıxdı bacadan.
  • Hər qəbahəti özündə bil.
  • Hacı hacını Məkkədə görər.
  • Hər qaşığın qisməti bir olmaz.
  • Hər qatırçı Murad olmaz.
  • Hər qazılan yerdən su çıxmaz.
  • Hər qazanda qaynayar.
  • Hər qaba bir qapaq qoyarlar.
  • Hər vaxt fürsət ələ düşməz.
  • Hər vaxt "dü şeş" gəlməz.
  • Hacı Məkkəyə, dərviş təkyəyə.
  • Hər vaxt bazara gedər – yağış yağar, dəyirmana gedər qırğın olar.
  • Hacı yatmaz, yatarsa qalxmaz.
  • Hər bığı burma meydana girə bilməz.
  • Haram harama gedər.
  • Hər bir adam işi ilə tanınar.
  • Hər binanın bir ustası var.
  • Haraya mıx çaxıram, papağını asır.
  • Hər başın bir dərdi var.
  • Hər bağçanın öz bağbanı var.
  • Hardasan, ay cavanlıq?
  • Hər aşiqin bir dövranı var.
  • Hər acının bir şirini var.
  • Haradan işıq gəlir, barmağını ora tıxar.
  • Hər axan suya Araz deməzlər.
  • Harada çalğı, orada qalğı.
  • Hər axan su içməli olmaz.
  • Hər atılan daşın dalınca getməzlər.
  • Harada gördün hamı kor, sən də ol kor.
  • Harada gördün molla, qaşqabağını salla.
  • Hər atasının gözü çıxarılana Koroğlu deməzlər.
  • Harada gördün dərviş, orada olar nikbət iş.
  • Hər atalar sözünün bir yeri var.
  • Hər arvad saqqız çeynər, amma Ayişə kimi çeynəyə bilməz.
  • Hər arvad öz evinin həm xanımı, həm qulluqçusudur.
  • Harada dəvənin quyruğu, orda eşşəyin qulağı.
  • Hər anın bir hökmü var, bir məlalı var.
  • Harada qamış, orada camış.
  • Hər almağın bir qaytarmağı var.
  • Hər ağıl bir olsa, keçiyə çoban tapılmaz.
  • Hər ağıl bir deyil.
  • Hər ağızdan bir söz çıxar.
  • Hər ağızda bir dua var.
  • Hər ağız bir deyil.
  • Hər ağlar gözlüyə aşiq deməzlər.
  • Hər ağacda bar olmaz.
  • Hər ağacın kölgəsi olmaz.
  • Hər ağaca söykənmək olmaz.
  • Hər ağac meyvəsi ilə tanınar.
  • Hər ağac kötüyündən çürüyər.
  • Hər adamın əkdiyi bitməz.
  • Hər adamın öz yeri var, hər yerin də öz adamı.
  • Hər adam öz eybini bilməz.
  • Hənəyin axırı savaşdır.
  • Hanı papağım, hanı çomağım?
  • Hansı yuvanın quşusan?
  • Hansı dərdimi deyim, ağlayım?
  • Hansı daşı qaldırsan, altından bir əqrəb çıxar.
  • Hamısı bir yuvanın quşudur.
  • Hamısı bir bezin qırağıdır.
  • Hamımız birimiz üçün, birimiz hamımız üçün.
  • Hamıya ovuc-ovuc, bizə bir iynə ucu.
  • Hamıya gələr gözü qara, qələm qaş, bizə də gələr sallaqburun keçəlbaş.
  • Hamıya kələk, bizə də kələk?
  • Hamıya aftafa-ləyən, bizə sarımsaqdöyən.
  • Hamını ley vurdu, mənim kimi tükü dağılan olmadı.
  • Hamını bəzər, özü lüt gəzər.
  • Hamı çox yaşamaq istər, amma qocalıq istəməz.
  • Hamı istər cənnətə getsin, amma günahları qoymaz.
  • Hamı ilə xoş görüşmək ədavəti yox eylər.
  • Hamı dinəndə can oldu, mən dinəndə qan oldu.
  • Hamı dedi – Dad oldu, mən deyəndə – bidad.
  • Hamı bilir ki, Şirvan çuxurdadır.
  • Hamı bilir ki, dağda kəklik gözəldir.
  • Hamamdan çıxanın əri olasan, səfərdən gələnin arvadı.
  • Hamamdan gəlirsən – get ərin evinə, paltar yumaqdan gəlirsən – get dədən evinə.
  • Hamam suyu ilə özünü dost tutur.
  • Hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində.
  • Halvaçı qızı – daha şirin!
  • Halvaxor molladır!
  • Halvanı yeyib, eşşəyi minib.
  • Halalzadə barışdırar, haramzadə qarışdırar.
  • Halal incələr, amma üzülməz.
  • Hay-hayı gedib, vay-vayı qalıb.
  • Haynan gələn, vaynan gedər.
  • Hayıf qiyamətə qalmaz.
  • Hazır oldu bişmişlər, gəldi gözdən düşmüşlər.
  • Hazır aşın dik qaşığıdır.
  • Haqq-hesabı düz elə, hər yerdə yerin olsun.
  • Haqq-hesaba dağlar da baş əyər.
  • Haqlı haqqdan keçməz.
  • Haqla batilin arası dörd barmaqdır.
  • Haqqa ləkə düşməz.
  • Haqq söz acı olar.
  • Haqq söz axar suları saxlar.
  • Haqq getsin, nahaq gəlməsin!
  • Haqq kömək eyləsə qurd çoban olar.
  • Haqq iş gündən aydındır.
  • Haqq yandıran şamı söndürmək olmaz.
  • Haqq deyən məhrum olmaz.
  • Haqq daşı ağır olar.
  • Haqq – qüvvət, qüvvət – haqqdır.
  • Haqq verən haqq götürər.
  • Haqq ver, haqq al.
  • Havayı sirkə baldan şirin olar.
  • Heç izini də görmədim!
  • Hər ağ gün, qara gün ömürdən gedir.
  • Hürməyin bilməyən it, kəndə qonaq gətirər.
  • Hürkütməyincə sanamaq olmaz.
  • Hürər-hürər, burnu şişər.
  • Hürə-hürə axırda it olub.
  • Hürəndə anası kimi hürər.
  • Hürən it qapmaz.
  • Hürə bilməz, itləri başa salar.
  • Hünərin bilmədiyini acizi döymə.
  • Hünər sahibləri darda qalmaz.
  • Hünər əhlinin qədrini bilmək gərək.
  • Höyür sürüyə qurd batmaz.
  • Hoqqabazlar kimi, hər şeyə bəli demə.
  • Hırnan-zırı anlamır.
  • Hirsin cana ziyanı var.
  • Hirsin dövlətə zərəri var.
  • Hirs gəlir, göz qaralır, hirs gedir, üz qaralır.
  • Hirs gələndə acığını ud.
  • Hindistan fili ağcaqanaddan qorxar.
  • Hind dilənçisinə dönübdür.
  • Hikmətdən sual olmaz.
  • Hikmət sahibinə hər yarpaq bir kitabdır.
  • Hiyləgər doqquz ocaq yıxmayınca bir ocaq tikməz.
  • Hiyləbazın şamı yarıyacan yanar.
  • Hiylə ilə tikilən ev, bəhanə ilə yıxılar.
  • Hiylə ilə iş görən, möhnət ilə can verər.
  • Həşəmin azdırsa, xırmanını böyük tut.
  • Həccə gedən gəldi, saca gedən gəlmədi?
  • Həcdən gələn mən, xəbər gətirən sən?
  • Həcəri öpməyənə hacı deməzlər.
  • Həftədə bir bazar, onu da dərviş pozar.
  • Həftə səkkiz, mən doqquz.
  • Həsiri oğurlayıb məscidə salır.
  • Həsir altından su yeridir.
  • Həsən keçəl, keçəl Həsən – nə fərqi?
  • Həsən də qəlyan çəkər,
    Hüseyn də qəlyan çəkər,
    tənbəki bol olanda siçan da qəlyan çəkər.
  • Hərif hərifi uzaqdan tanıyar.
  • Hərif olma!
  • Hərin də yandırdı məni, bəlin də yandırdı məni, susadım su istədim, suyun da yandırdı məni.
  • Hərənin bir adəti var.
  • Hərənin başından bir avaz gəlir.
  • Hərəmxana quşudur.
  • Hərə bir cürə başını itirib.
  • Hərə bir tük versə, kosa da saqqallı olar.
  • Hərə bir sap versə, çılpağa köynək olar.
  • Hərə bir barmaq batırar, hənasına dəllək Muradın.
  • Hərzə-hərzə danışma, ağzın yamana öyrənər.
  • Hərzə sözün mərəzi gələr.
  • Hərdən ipək, hərdən köpək.
  • Hər şeyin çoxu zərərdir.
  • Hər şeyin xiridarı gərəkdir.
  • Hər şeyin sonu vardır.
  • Hər şeyin öz yeri var.
  • Hər şeyin öz vaxtı var.
  • Hər şeyin öz adı var.
  • Hər şeyin əvvəli çətin olar.
  • Hər şeyin azı yaxşıdır.
  • Hər şeyi demək olmaz.
  • Hər şeyi vaxtında əksən, dürr bitər.
  • Hər şeyi bilmək olmaz.
  • Hər şeyə göz dəyər, müflisə göz dəyməz.
  • Hər şeyə dodaq büzmə.
  • Hər şeyə barmaqarası baxmazlar.
  • Hər şey ustasının əlindədir.
  • Hər şey öz vaxtında.
  • Hər şey bitər, kosanın saqqalı bitməz.
  • Hər cəfanın bir səfası var.
  • Hər çiçəyin bir ətri var.
  • Hər çərənçiyə cavab versən, boğazın yırtılar.
  • Hər çağırılan yerə getməzlər.
  • Hər hürənə daş atsan, Daş daş üstə qalmaz.
  • Hər heyvanın balası dalınca gedər, eşşəyin balası qabağınca.
  • Hər kəs ağlar, amma analar başqa cür ağlar.
  • Hər kəsi el istəsə, bülənd olar, ucalar.
  • Hər kəsə öz Vətəni əzizdir.
  • Hər quşa öz yuvası doğmadır.
  • Hər ağac öz dibinə kölgə salar.
  • Hər saatın bir hökmü var.
  • Hər parıldayan qızıl olmaz.
  • Hər için öz yeri, hər sözün öz məqamı var.
  • Hərə öz atını minib çapır.
  • Hər deyilənə inanmazlar.
  • Hər quşatan, ovçu Pirim olmaz.
  • Hər arzu yerinə yetməz.
  • Hər aydınlığın bir qaranlığı var, Hər qaranlığın da bir aydınlığı.
  • Heç kəsin çırağı axıracan yanmayıb...
  • Haray üzülən canım, İpə düzülən canım.
  • Hərzəkar ağız başa yumruq vurdurar.
  • Hayasızdan hayanı saxla.
  • Hər kəs nə eləsə, özünə elər.
  • Hər işi tutdun, insafı əldən qoyma.
  • Hələ quyruğu qapı arasında qalmayıb.
  • Heç bilmir harada bişib, deyir bir çömçə də bəri ver.
  • Hamam suyu ilə özünə dost tutur.
  • Hazırın naziri.
  • Halva-halva deməklə ağız şirin olmaz.
  • Hər oxuyan Molla Pənah olmaz.
  • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • Hər şeyin təzəsi, dostun köhnəsi.
  • Həmnişinin bab ilə, Görən desin habelə.
  • Harada şeytanda alınmasa oraya qadını göndərər (Rus Atalar Sözləri)
  • Heç bir sübut olmadan, yalnız ehtimala əsasən yaxşı adamları məhv etmək, öz kökünə vurmaq kimi bir şeydir. (Qırğız atalar sözləri)
Top