Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Abdaldan paşa olmaz, taxtadan - maşa.
-
Ağac bar verəndə başın aşağı dikər.
-
-
Ağıl ağıldan üstün olar.
-
Ağıl yaşda olmaz, başda olar.
-
Ağıla gəl(məy)ən başa gələr.
-
Ağıllı baş hər şeydən mənfəət götürər.
-
Ağıllı fikir edincə, dəli Kürdən keçər.
-
-
Ağıllı qəm yeyər, ağılsız qamçı.
-
Bacarıq ağılın nişanəsidir.
-
Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
-
Bilmədiyini biləndən sor.
-
Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
-
Dəli ağlamaz, ağıllı gülməz.
-
Ədəb bazarda satılmaz...
-
Elm ağılın çırağıdır.
-
Elmin gücü, Yıxar bürcü.
-
Göz görmək üçün, ağıl bilmək üçün.
-
Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
-
Hər oxuyan Molla Pənah olmaz.
-
Hirsli başda ağıl olmaz
-
Ləyaqət ağıldadır, əsil-nəbəslə deyil.
-
Məkkəyə gedən dəvə hacı olmaz.
-
Qafil yaşamaqdan ölmək yaxşıdır.
-
Qələm əyri yonulsa da düz yazar.
-
Qələm qılıncdan itidir.
-
Qələm yazanı qılınc poza bilməz.
-
Qələmin ucu, qılıncın gücü.
-
Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
-
Savadsız adam kor kimidir.
-
Səfeh susanda, ağıllı görünür.
-
Taxtadan maşa, səfehdən paşa olmaz.
-
Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".