• Ata evində ügey ana, ər evində qayınana.
  • Bir də gəlin olaram, oturub durmağımı bilərəm.
  • Bir gəmi bəzənər, bir gəlin bəzənməz.
  • Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa.
  • Bu çağacan qonşu qızı idim, indi oldum – ev qızı, ev gəlini.
  • Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax,
    Bu gəlin yaxşı gəlindir, birini doğandan sonra bax.
  • Dad yaman (fələk) əlindən, yaman gəlin əlindən.
  • Dəlicə qızdan dəlicə gəlin olar.
  • Gəlin anasına həm ağlar, həm də "gedirəm" deyər.
  • Gəlin atda, qisməti yadda.
  • Gəlin evin yaraşığıdır, cəlalıdır, bəzəyidir.
  • Gəlin mənim süpürgəmdir, harda qoysam oturar.
  • Gəlin ocağa çəkər.
  • Gəlin var - külü aş yapar,
    Gəlin var - unu daş yapar.
  • Gəlin var gələr – gətirər, gəlin var gedər – itirər.
  • Gəlin var gələr - gətirir, gəlin var gedər - itirir.
  • Gəlin var qızdan, toyuq var qazdan başdır.
  • Gəlini evdə sına, dağa oduna yolla.
  • Gəzəyən qızdan gəlin olmaz.
  • Heyvanı tükün töküncə gör,
    Qızı gəlin olunca gör,
    Gəlini doğunca gör.
  • Mən gəldim gəlin görməyə, gəlin getdi təzək yığmağa.
  • Oba durdu düzməyə, gəlin qaçdı gəzməyə.
  • Oba durdu köçməyə, gəlin getdi seçməyə.
  • Ördək gəlib qaz olmaz,
    Gəlin gəlib qız olmaz.
  • Oynamaq bilməyən gəlinə oyun yeri dar gələr.
  • Qayınana bir çiçək, hər sözü bir gerçək.
  • Qayınana ilə baldız bir doğublar.
  • Qayınana pambıq olsa belə, yerindən qalxsa gəlinin başını əzər.
  • Qayınana, məgər gəlin olmamısan?
  • Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
  • Quyu qazdım qum çıxdı, gəlin aldım dul çıxdı.
  • Yaman oğul – yaman gəlin.
  • Yanan anadır, yeyən qayınana.
  • Yanan da (qayınana) ana, yaman da (qayınana) ana.
  • Yaxşı gəlin gülümdür, yaman olsa ölümdür.
  • Yaxşı qızdan yaxşı gəlin olar.
Top