Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Şərti şumda kəsərlər ki, xırmanda dava düşməsin.
-
Şeytanla qabaq əkənin, qabaq başında partlayar.
-
-
Şeh keçirməz, səs ötürməz.
-
Şərrin azıda, çoxdur.
-
Şirin dişə dostdur, acı - qarına.
-
Şahin qıynaqsız olmaz.
-
Şeytan ilə buğda əkən, samanın alır.
-
-
Şir öz dişini heç kəsə borc verməz.
-
Şamaxıda danışılan, Bakıda eşidilir.
-
Şeytan əməlinə uyma.
-
Şəhərdə onuncu olmaqdansa, kənddə birinci ol.
-
Şən arvad həyatın şənliyidir.
-
Şirin söz daşdan keçər.
-
Şübhə doqquz gün çəkər.
-
Şər həmişə xeyrin dalınca gəzər.
-
Şər zahirə hökm eylər.
-
Şər kəsən barmaq ağrımaz.
-
Şər deməsən, xeyir gəlməz.
-
Şahın, başı vəzirdi, vəzirin əli - şah.
-
Şəri şeytandan, kələyi arvaddan, quru böhtandan, bəylər qəzəbindən – özünü qoru.
-
Şeytanın yoldaşlığıp, dar ağacınacandır.
-
Şahında qaraçıya işi düşər.
-
Şirin dilin olsun, qoruyan sözün olsun.
-
Şücaətini Kərbəlaya saxlayıbsan?
-
Şirin söz baldan şirindir.
-
Şirin dil ilanı yuvasından çıxardar.
-
Şirin dil adama dost qazandırar.
-
Şirin aşına zəhər qatma.
-
Şiri şiranə tutarlar.
-
Şir gərək pəncə vura şir ilə.
-
Şir qocalanda özünə gülməyi gələr.
-
Şillə ilə üz qızardar.
-
Şillə yeməmiş yanaq qızarmaz.
-
Şilə ilə yıxılan ev, plov bişir qoy dağılsın.
-
Şikayət acizlik əlamətidir.
-
Şəhər bürclü – qalalı gərək.
-
Şəfa haqdandır, həkim – səbəbdir.
-
Şəfa piyalənin dibində olar.
-
Şəfa verən ağudan da verə bilər.
-
Şərti şumda kəs, xırmanda yabalaşmayasan.
-
Şərikli əti it yeməz.
-
Şərikli qazan gec qaynar.
-
Şərik yaxşı olsaydı Allah özünə yaradardı.
-
Şəriət avamlar üçündür.
-
Şəri-şeytandan, məkri-zənandan, quru böhtandan, bəylər qəzəbindən özünü qoru.
-
Şərabın kədəri nəşəsindən artıqdır.
-
Şərab, kabab – hay, hay!
-
Şər sevən - yalan, şər gətirən – gerçək.
-
Şələni elə bağla ki, gücün çatsın.
-
Şələ aşırmışlar kimi gözünü nə döyürsən?
-
Şəkəri suya düşüb.
-
Şəbpərə gecə gəzər, gündüz gəzməz, elə bilər – özü bilər, özgə ilməz.
-
Şeytanın dostluğu dar günlərə qədərdir.
-
Şah çiçək çıxardıb.
-
Şah, şah dediyim, öz canım üçündür.
-
Şah da bilir Şirman çuxurdadır.
-
Şah qapısı şaxtalı olar.
-
Şah vəzir ağlı ilə oturub durar.
-
Şah bilər, şahivən bilər.
-
Şah Abbasın tənbəlidir.
-
Şah Abbasa yaradı, Keçəl Abbasa yaramadı?
-
Şaftalı-tabaq olub girmə ortalığa.
-
Şaftalı gəlməmiş, tabağı gəldi.
-
Şapalaqnan üz qızardar.
-
Şap elə bilir şupdayam, şup elə bilir şapdayam, Nə şapdayam, nə şupda, hələ şarap-şurupda.
-
Şeytanın qulağına qurğuşun!
-
Şeytanın acığı yaxşı adamdan gələr.
-
Şeytanın ayağını sındırır.
-
Şeytanı tutmağa noxtasız gedir.
-
Şeytanla ortaq olan buğda əkər – saman biçər.
-
Şeytan olmasa, qurd qoyunla gəzər.
-
Şeytan karxanası boş qalmaz.
-
Şeytan əzabda gərək.
-
Şey qurd salanda duz səpərlər, duz qurd salanda nə səpərlər?
-
Şahın da dəvələri ayaqyalın gəzir.
-
Şahın da qaraçıya işi düşər.
-
Şahin ilə dəvə ovlamazlar.
-
Şahsənəm oğlan doğub!
-
Şahla plov yemirəm ki, bığım yağa batar.
-
Şamaxıda danışır, Bakıda eşidilir.
-
Şamın harada sönüb?
-
Şam kimi əriyib.
-
Şam yanmasa, başına pərvanə dolanmaz.
-
Şam dibinə işıq salmaz.
-
Şam başından yanar.
-
Şalbanın bir ucu sənin çiynindədir.
-
Şayiə hər yanı gəzər.
-
Şair sözsüz olmaz.
-
Şair gördüyünü yazar.
-
Şadlığına şitlik eləyir.
-
Şabaşını vermişik.
-
Şabalıtdan yağ çıxmaz.
-
Şirin dil ilanı yuvadan çıxardar.
-
Şaftalı tabağı kimi ortada durma.
-
Şadlığına şitlik eləmə.
-
Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın.