Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Canavar dumanlı havanı sevər.
(Fransız atalar sözləri)
-
Cavanlıqda pul qazan, qocalıqda – qur qazan.
-
-
Cin bismillahdan qorxar.
-
Cəhənnəmə gedən özünə yoldaş axtarar.
-
Culfa toxur nazik bezi, heç kim onu geydiyi yox.
-
Cücə səbət altında qalmaz.
-
Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı.
-
-
Cütçü yağış istər, yolçu – quraqlıq.
-
Cütçü babadır özü üçün.
-
Cütə getməyən öküzü ətlik adına satarlar.
-
Cümə gedən öküz gözündən tanınar.
-
Cümə şənbədən uzundur.
-
Cümə günü – bazar, onu da yağış pozar.
-
Cöngə öküz olunca yiyəsi donuza dönər.
-
Coratın qovunu, Zirənin qarpızı.
-
Comərd deməklə – maldan etdilər, igid deməklə – candan etdilər.
-
Comərd vergisini xeyirlidən-xeyirsizdən əsirgəməz.
-
Cındırından cin qorxur.
-
Cığala tanrı verməz, versə də qarnı doymaz.
-
Cicinin axır yorğanı.
-
Cismin qidası – yemək, ruhun qidası – oxumaq.
-
Cins cinsə çəkər.
-
Cins madyan balasın döşündə saxlar.
-
Cinə papaq tikir, şeytana – başmaq.
-
Cin-şeytan işidir.
-
Cin atına minərəm, atanı yandıraram.
-
Cikini də bilir, bikini də.
-
Ciki mənim – biki mənim, alçı dursa – sənin bəxtinə.
-
Ciyərə qane olmayan pişik, asılarsan qənarədən.
-
Cidanı çuvalda gizlətmək olmaz.
-
Cidanı oğurlayan yerini bilər.
-
Cida ilə qulağa pambıq yeritmək olmaz.
-
Cibində siçan oynayır.
-
Cəhənnəmə girsə, üzü qızarmaz.
-
Cəhənnəmə gedən gələr, müştərinin gedəni gəlməz.
-
Cəhənnəmdən qəbzsiz gəlib.
-
Cəhənnəmdə də adamın dayısı gərək.
-
Cəhalət səfalət doğurar.
-
Cəfasını mən çəkdim, səfasını yad gördü.
-
Cərgədən çıxan qotur olar).
-
Cərgədən qalan keçəl olar.
-
Cənnətin yaylağı, cəhənnəmin qışlağı.
-
Cənnət də bu dünyadadır, cəhənnəm də.
-
Cəzasız cürm sahibi çox olar.
-
Ceyranın qaçmasın gördüm, ətindən əl üzdüm.
-
Ceviz qabığı qarın doydurmaz.
-
Cahilin sözü – eşşəyin anqırtısı.
-
Cahili cahillər mədh eylər.
-
Cahilə söz qandırmaq, dəvəyə xəndək atdırmaq kimidir.
-
Cahildən qorx, dəlidən qorxma.
-
Cahildə söz əylənməz.
-
Canını cibində gəzdirir.
-
Canın sağ olsun!
-
Canın boğazındadırsa, öskür çıxsın.
-
Canımı da alsan, gülə-gülə al.
-
Canımdan tikan çıxartdı.
-
Canım qurban yaxşı qonaq, gəl ocağa bir də qonaq.
-
Canı canın yolunda deyən çox olur, qoyan – az.
-
Canı sapdan asılıb.
-
Canı olanın, qayğısı da olar.
-
Canı nədir, cəsədi nə olsun?
-
Canı yanan ya bir olar, ya iki.
-
Canı yanan eşşək atdan yeyin gedər.
-
Candır, badımcan deyil.
-
Candan kabab olmaz.
-
Candan qonşu payı olmaz.
-
Canbaz ipdə gəzər, balıq – suda.
-
Canandan ayrılan candan ayrılar.
-
Cananı sevən canından keçər.
-
Canavarlar ağız – ağıza yatarlar.
-
Canavar tək qalanda başına çaqqallar yığışar.
-
Can candan ayrıdır.
-
Can sənin, cəhənnəm tanrının.
-
Can sağlığı – dünya varlığı.
-
Can mənim canım, çıxsın sənin canın.
-
Can gedincə mal getsin.
-
Can deməklə can əskilməz.
-
Can deyən çox olar, can verən olmaz.
-
Can de, can eşit.
-
Can verirsən qardaşa ver, min il keçsə yad olmaz.
-
Can verirsən boz sərçəyə ver, qaranquş gəldi gedərdir.
-
Can bir qəlbdir yaşayır.
-
Can baladan şirindir.
-
Can bazarda satılmaz.
-
Can alan baxışından bəlli olar.
-
Camış hənəyi göz çıxardar.
-
Camal gedər, kamal qalar.
-
Camadarı müştəridən çox.
-
Cahilliyi uzadan ya tula quyruğu xınalar, ya camadar olar.
-
Cəvahirin qiymətini sərraf bilər, nə bilər hər divanə.
-
Cəvahirin qiyməti var, sözün qiyməti yoxdur.
-
Cəvahir cında içində olar.
-
Cəvahir bazarında muncuq satılmaz.
-
Cavanlığın qədrini bilmək gərək.
-
Cavanlıqda həlimlik, qocalıqda səlimlik.
-
Cavanlıqda zəhmət çəkən, qocaldıqda möhnət çəkməz.
-
Cavanlıqda qocalığa güc saxla, pullu gündə
-
Cavanlıq soltanlıqdır, bacarsan saxla.
-
Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.
-
Cavanlıq əlamətidir.
-
Cavanlıq bir dəfə olar, qocalıq da bir dəfə.
-
Cavan işlər, qoca dişlər.
-
Cavan baş bir çanax qandır.
-
Cabirin keçisindən keçdi.
-
Cücəni payızda sayarlar.
-
Canavarın nə qocası, nə cavanı.
-
Canavardan qorxan meşəyə girməz.
-
Cəfa çəkməyən səfa görməz.
-
Cəhrə əyirsən don yiyəsi olarsan (geyərsən).
-
Comərd igid heç qaçarmı meydandan;
Qılınc çəkib hayıf alar düşməndən.
-
Canım - canım dedilər, varım-yoxum yedilər.
-
Cib parasız ev dincsiz olmasın.
-
Canlı təbrizim, dumanlı dənizim.
-
Cahil ilə bal yemə, aqil ilə daş daşı.
-
Cahil ilə çıxma yola, gətirər başına min bir bəla.
-
Cahil özünə düşməndir, başqasına necə dost ola bilər?
-
Cahilə qoşulan cahil olar.
-
Cahil axırda tula quyruğu xınalar.
-
Cahil dirilərin ölüsüdür.
-
Cahil özü ilə düşməndir, başqası ilə necə dost olar.
-
Cahildə söz əylənməz, günbəzdə qoz.
-
Cavanlıqda öyrənilən - daş yazısı, qocalıqda öyrənilən - qum yazısı.
(Özbək atalar sözləri)