• "Halva-halva" deməklə ağız şirin olmaz.
  • Asta gedən usta gedər.
  • Balıq vermə, balıq tutmağı öyrət.
  • Çala-çala çalağan olar.
  • Çalışqan əl nəyə dəysə qızıl olar.
  • Cəfa çəkməyən səfa görməz.
  • Cəhrə əyirsən don yiyəsi olarsan (geyərsən).
  • Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.
  • Gücün çatan işdən yapış.
  • Halva-halva deməklə ağız şirin olmaz.
  • İş bədənin cövhəridir.
  • İş görənlə iş gördürən yarıdır.
  • İşə başlamaq işin yarısıdır.
  • Kamil bağban çəkər bağın səfasın.
  • Məsləhətli don gen olar.
  • Nə əkərsən, onu biçərsən.
  • Nə qoyuna gedər, nə qapıda hürər.
  • Öyrənməklə bir iş bitər, biri başlar.
  • Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
  • Sənət insan üçün xəzinədir.
  • Sözün ilə işin bir olsun.
  • Su bardağı suda sınar.
  • Tələsən tərsə düşər.
  • Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
  • Tənbələ iş buyur, o sənə nağıl danışsın.
  • Tənbəllik azar artırar, işləmək canı saf eylər.
  • Torpaq deyər: "Öldür məni, dirildim səni!"
  • Ümid üzülməsə, hər iş çözülər.
  • Uşağa iş buyur, ardınca yuyur.
  • Uşağı buyur, dalınca yüyür.
  • Usta görməyən şagirdin gözü əllərdə qalar.
  • Ustadına gəc baxanın gözlərinə qan damar.
  • Uzaqdan baxana döyüş asan gələr.
  • Uzaqdan zurna səsi xoş gələr.
  • Yazda çalan qışda oynar.
  • Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.
  • Yeməyə kömək, işləməyə də kömək.
  • Yeməyin qulu, işləməyin xəstəsi.
  • Yorğanına bax, ayağını uzat.
  • Yorğun ata şallaq vursan, şıllaq atar.
  • Yüyürək at özünə qamçı vurdurmaz.
  • Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.
Top