Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Ac qalmaq borclu olmaqdan yaxşıdır.
-
Borc alan ağlar gələr, gülər gedər.
-
-
Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər.
-
Borc alan bicdir, borc verən gic.
-
Borc alan, salam da var.
-
Borc almaq asandır, qaytarmaq çətin.
-
Borc almaq başlanan yerdə dostluq pozular.
-
-
Borc altında qalan deyil.
-
Borc çıxıbdır xirtdəyəcən.
-
Borc durar, xərc durmaz.
-
Borc əsarətdir.
-
Borc ilə alınan köynək adamı təmiz saxlamaz.
-
Borc ilə çaxır içən, iki dəfə keflənər.
-
Borc ki oldu yüz – kir içində üz.
-
Borc köməyə bənzər, qaldıqca böyüyər.
-
Borc mini aşdı, hər axşam paxlava ye.
-
Borc ödəməklə, yol yeriməklə tükənər.
-
Borc qaldıqca uzanar.
-
Borc verənin dili uzun olar.
-
Borc verməklə tükənər, yol getməklə.
(Borc verməklə, yol yeriməklə bitər.)
-
Borc yaddan çıxmaz.
-
Borc yaxşı günə gəlməz.
-
Borclunun duaçısı borc verəndir.
-
Borcunu verməyən, bir də borc ala bilməz.
-
Davada qılıncı borc verməzlər.
-
Dolan qoyunum, dolan, borc verən gələr, ya səni aparar, ya məni.
-
Gədadan borc alma, ya toyda istər, ya bayramda.
-
İki gözü var idi, birini də borc elədi.
-
Öküzü olana borc gön verərlər.
-
Özgə evində qonaqdan borc istəməzlər.
-
Qıx çörək, borc olmaz.
-
Qulluqçudan borc eləmə, ya toyda istər, ya yasda.
-
Saçı borc almaq mümkün olsaydı, keçəlin nə dərdi vardı?
-
Şir öz dişini heç kəsə borc verməz.
-
Yat qara öküzüm, yat, borc verən gələr, ya səni aparar, ya məni.