Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
-
Tənbəllik çox zaman səbirlə qarışdırılır.
(Fransız atalar sözləri)
-
Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur.
(Fransız atalar sözləri)
-
-
Təzə bardağın suyu sərin olar.
(Türk atalar sözü)
-
Təhsil, hər zaman sahibini arxasından təqib edən bir sərvətdir
(Çin atalar sözləri)
-
Toyun əvvəlində getmə, axırına da qalma.
-
Torpaq deyər: "Öldür məni,dirildim səni!"
-
Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram."
Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram."
-
-
Torpaqda itki olmaz,
Kötüksüz bitki olmaz.
-
Tamarzıdan al, dadanmışa ver.
-
Tələsən tərsə düşər.
-
Torpaq becərənin, iş bacaranındır.
-
Toyuq ölür, bir cəngə tükdür.
Dəvə ölür, dərisi iki ulağa yükdür.
-
Türk - türkü vurar, arada 'tat' aparar.
-
Tələsən ayaq büdrər.
-
Tələsən təndirə düşər.
-
Tutduğun qoyur, qaçanı qovur.
-
Tutuqlu qılınc, baş kəsməz.
-
Tündə bəslənər, danda səslənər.
-
Tüstüsüz od yandırır, sağı sola calıyır.
-
Tülkünün gəzib gəldiyi yer, kürkçü tükanıdır.
-
Toxdalı gəl iş olsun, əyri otur düz olsun (əyri otur düz danış).
-
Taxıl atsan siçan ölməz, sümük atsan - it.
-
Tarlada izin, süfrədə üzün olsun.
-
Tarlayı düz al, qarını qız al.
-
Tək qanatlı quş, uçamaz.
-
Təmiz su axar, kirlisi qoxar.
-
Tik çıxsın, dilə gəlsin.
-
Tikən acısı gedərmiş, dil acısı qalarmış.
-
Tikməsən çıxmaz, diləməzsən gəlməz.
-
Tin diləni, dil deyər, göz sezəni, qol edər.
-
Topal ilə gəzən, axsamaq öyrənir.
-
Topraq diyər: tərlə mənə, zər töküm sənə.
-
Tülkü yatağın bilir.
-
Türk demə tək de. fars demə tərs de.
-
Türk dili, bağa bənzər.
-
Türkə bir səlam ver, yeməyi özü verər.
-
Türkəm, qaçanı qovmaram, qovandan qaçmaram.
-
Tüstüsüz od olar, odsuz tüstü yox.
-
Türkün gücü türkə çatar.
-
Tənbəl həmişə "xəstəyəm" deyər.
-
Tərləməmiş heç nə qazanmaq olmaz.
-
Tez gələn şöhrət baş gicəlləndirər.
-
Tazıya tut deyir, dovşana qaç.
-
Təzə ağa, təzə ağacan.
-
Toxun acdan xəbəri olmaz.
-
Toz bucağım, öz bucağım.
-
Taxta qaşıq ağız yırtar.
-
Taledən qaçmaq olmaz.
-
Tanrı verəni, qurd yeməz.
-
Taylı tayın tapmasa, günü ah-vayla keçər.
-
Tez ayrılan, az göz yaşı tökər.
-
Tez duran, tez evlənən peşman olmaz.
-
Tez qızan, tez soyuyar.
-
Tez yatan və tez duran insanda – can sağlığı, dövlət və ağıl olar.
-
Təbiət boşluğu sevmir.
-
Təcrübə müdrikliyin anasıdır.
-
Təkamül həyatın anasıdır.
-
Tələ yeminə baxarsan, tilova düşərsən.
-
Təmiz ad hər şeydən üstündür.
-
Təmiz adama zaval yoxdur.
-
Təmiz ad var-dövlətdən yaxşıdır
-
Təmiz adı itirmək asandır, nəinki onu qorumaq.
-
Təmiz əlin yuyunmağa ehtiyacı yoxdur.
-
Tabutun özgə çiynində görməyən, ölümünə inanmaz.
-
Tamahkarlıq, baş yarar.
-
Tapılan dilək, tikilən dirək, biri çatılır, biri yapılır.
-
Tək səbir yaxşıdır, cüt səbir xoşdur.
-
Tora düşən səbir eyləməsə özünü fələkətə salar.
-
Tək gəldi səbir eylə, cüt gəldi xeyirdir.
-
Tərləməmiş pul qazanmağ olmaz.
-
Təzə ay çıxanda, köhnə ayı doğrayıb ulduz qayırarlar.
-
Təzə bəydən köhnə bəyə bir xələt.
-
Tanrım, böyüklərdən ululuğu, qocalardan hörməti, cocuqlardan utancı qoparma.
-
Tələsən gecəyə düşər.
-
Tələsən bir yerinə iki verər.
-
Tələsən evə yetişməz.
-
Tələsən, tələyə düşər.
-
Tələsən yolda qalar.
-
Tas ki girdi başa, bil ki hamam vaxtıdır.
-
Tökülmüş süd, göz suyuyla yığılmaz.
-
Tutar qatıq, tutmaz ayran.
-
Taxtadan maşa, səfehdən paşa olmaz.
-
Tülkü ölümü, aslan ağlatmaz.
-
Tülkü ətə gələr, dovşan ota.
-
Tökmə su ilə, dəyirman dönməz.
-
Toyuq ölsə bir tükdü, dəvə ölsə dərisi bir yükdü.
-
Toyuq həm toyda kəsilir, həm yasda.
-
Toyda qız bəyənməzlər.
-
Toy oynaqsız, ev qonaqsız olmaz.
-
Təzə evə köçəndə, əsgi evdən kül götür.
-
Taxıl, kəpəksiz olmaz.
-
Tat olsun türk olsun, söz gərək onqat (doğru) olsun.
-
Tutmusan ucundan, gedirsən ucuzluğuna.
-
Tutmadı bostan, olmadı qarpız.
-
Tutu quşu danışar, amma insan olmaz.
-
Tutivarı əzbərləyəndir.
-
Tutu, çiyələyi birdən dəyib.
-
Tutdu göv, tutmadı – kələm başı!
-
Tutdu qatıq, tutmadı ayran!
-
Tut ağacı əkən ipək dərər.
-
Turş alçadır – görənin ağzı sulanar, yeyənin dişi qamaşar.
-
Turp əkdim, şəlqəm çıxdı.
-
Tumanı cırıq kəndxuda, istəyir bizi qorxuda.
-
Tulanın quyruğunu kəsməklə köpək olmaz.
-
Tula itdən murdardır.
-
Traktora qulluq elə, atı yadından çıxartma.
-
Tövbəsin sındıran kişi deyil
-
Tövbəsini sındıran məl№undur.
-
Tövbəsi tövləyəcəndir.
-
Topuğundan vursan yıxılmaz.
-
Topuğuna su çıxmır.
-
Toxum at, toxum götür.
-
Tox toyuğu ilə, ac soyuğu ilə.
-
Tox nə bilir, ac nə çəkir?
-
Tox gedər, ac qayıdar.
-
Tox it ac bəydən yaxşıdır.
-
Tox ikən yeyən, dişi ilə özünə qəbir qazıyar.
-
Tox evin ac pişiyidir.
-
Tox elə bilər ki, heç acmaz,
-
Torpağın sirrini əli torpaqda olandan sor.
-
Torpağın qarası üz ağardar.
-
Torpağı sanı yaşayasan!
-
Torpağı bir yerdən götürülüb.
-
Torpaqnan oynayan ac qalmaz.
-
Torpaq ovuclayan – qızıl ovuclar.
-
Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan.
-
Torpaq deyər: - Sən mənə tər ver mən sənə zər verim!
-
Torpaq deyər: - Öldür məni, dirildim səni!
-
Torpaq deyər: - Döy məni, doyurum səni!
-
Torpaq qızıl quşdur əldən buraxdın – uçar gedər.
-
Torbada pişik var.
-
Topal ilə gəzən axsamaq öyrənər.
-
Topal eşşəklə karvana qoşulma.
-
Toyuğun cəriməsi bir yumurtadır.
-
Toyuğun başı kəsiləndə də gözü eşənəkdə olar.
-
Toyuq banlamasının düşər-düşməzi var.
-
Toyuq ki, yumurta üstə oturdu, ona bıçaq yoxdur.
-
Toyuq yumurtasına görə qaqqıldar.
-
Toyuq qaz yerişi yerisə, öz yerişini də itirər.
-
Toyuq bir içər, bir göyə baxar.
-
Toyuq bir yumurtlasa xəbəri yüz evə çatar, camış doğsa – səsi çıxmaz.
-
Toyuq anasından süd görməyib.
-
Tövləyə buraxmırlar ki, quşqun oğrayar.
-
Toysuz ev tapılar, vaysız ev tapılmaz.
-
Toyunda xəlbir ilə su daşıyım!
-
Toyunda oynayım!
-
Toyun yaraşığı oynamaqdır.
-
Toyumda oynamasan, yasımda ağlamasan, daha nəyimə lazımsan?
-
Toydan sonra xınanı tazıya yaxarlar.
-
Toyda oynamaz, vayda ağlamaz.
-
Toya toy deyiblər, yasa – yas.
-
Toya getməsən eyb etməz, yasa getmək vacibdir.
-
Toya getmə, yasa get.
-
Toy tulasıdır, arada gəzir.
-
Toy gününü qoyub vay gününü oynayır.
-
Toy da olsa toyuğun vayıdır, vay da olsa toyuğun vayıdır.
-
Toy borcu ilə ev almaq olmaz.
-
Toy bəzəyi – gəlindir.
-
Toy-bayram bizim küçədə də olar.
-
Tozdan-torpaqdan dərman tapılmış.
-
Toz ayrı – duman ayrı.
-
Tovus quşunu tükünə görə kəsərlər.
-
Tövbə – toxluqdan, qovqa – aclıqdan.
-
Tiflisin üstü bostan, abad olsun Gürcüstan.
-
Ticarətin əsası – insaf, sonrası da insafdır.
-
Ticarət dostluq körpüsüdür.
-
Ticarət al-verdədir.
-
Tısbağaya – balası, hər kəsə öz balası.
-
Tikmək güc aparır, yıxmaq asandır.
-
Tikili don gen olar.
-
Tikəni qaytarmazlar.
-
Tikəsi tarıya çatmır.
-
Tikə tikəyə borcdur.
-
Tikə ilə dost olan, illər ilə küsülü qalar.
-
Tikə dostu olma.
-
Tikan əkən, gül dərməz.
-
Tikan (iynə) üstəyəm.
-
Teşti damdan düşüb.
-
Tərlan sar yerin verməz.
-
Tərlan oylağında sar ola bilməz.
-
Tərlan yerində çəçələ-çərkəz əyləşib.
-
Tərək halva xörəkdən sonra.
-
Tərəzi gözü kimi iki tərəyə əyilmə.
-
Tərə yeyən də yaza çıxar, tərə yeməyən də.
-
Təpəsini gün yandırdı, ayağını çarıq dağıtdı.
-
Təpəsini gün yandırdı.
-
Təpəri var, hünəri yox.
-
Təpik döyüşündə oynar, təpik altında ölər.
-
Təpik atma, qısır qalarsan.
-
Tənbəldən cəmiyyətə xeyir olmaz.
-
Tənbəllikdən müsəlman olub.
-
Tənbələ həftənin hər günü cümədir.
-
Tənbələ iş buyur, o sənə ağıl öyrətsin.
-
Tanrı verən dövləti, bəndə ala bilməz.
-
Tavus hər yana baxar fərəhlənər, ayaqlarına baxanda qüssələnər).
-
Tavus bəzənər qaqqıldar, əyilib ayaqlarına baxanda sustalar, oturar.
-
Tava dəlik, tas dəlik, boş da qoyduq üstəlik.
-
Tava dəlik – yağ tutmaz, taxta çürük – mıx tutmaz.
-
Ta yeməsən bilməzsən.
-
Tənbəl deyər: - Ver yeyim, ört yatım, gözlə canım çıxmasın!
-
Tənbəl dağda qar gördü, yorğanına büründü.
-
Tənbəl arvad suyu dağıdar, deyər: - Aydınlıqdır!
-
Tənbəl yatağan olar.
-
Tənbəl badam istər, sındırmağının zəhmətindən qaçar.
-
Təmizlik sağlamlığın rəhnidir.
-
Təmiz hava girməyən evə həkim girər.
-
Təkrar biliyin anasıdır.
-
Tələsik işə şeytan qarışar.
-
Tələsənin kündəsi küt gedər.
-
Tələsənə mənzil alınmaz.
-
Təklik allaha yaraşar.
-
Təkləməsən – döyməzsən.
-
Təki çalan olsun, oynayan tapılar.
-
Təkərin başı ayağı yoxdur.
-
Təkədən pendir tutmaq olmaz.
-
Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı.
-
Tək xoruzdur, əlli yerdə hini var.
-
Tək otur, təknə qaşı.
-
Tək gəzən dananı qurd yeyər.
-
Tək əl ilə düyün düyünlənməz.
-
Tək duran təknəsilə qalar.
-
Tək daşdan divar olmaz.
-
Tək qoyundan sürü olmaz.
-
Tək atdım, cüt vurdum.
-
Tək ağacdan bağ olmaz.
-
Təzəcə çıxıb təndirdən, minnəti yox pendirdən.
-
Təzək yığan əllər, ipək gördü dolaşdı.
-
Təzə çıxan daylaqlar çuluna görə oynaqlar.
-
Təzə süpürgə təmiz süpürər.
-
Təzə süpürgə gələndə, köhnə süpürgəni dama atarlar.
-
Təzə kuzə suyu sərin saxlar.
-
Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.
-
Təzə evə köçəndə, köhnə evin ocağından kül götürərlər.
-
Təzə bardaq, təzə su.
-
Təqsirim olsa, boynum tükdən nazikdir.
-
Təqsiri bağışlamaq qüdrətin bəzəyidir.
-
Təqsir taledə deyil, insanın özündədir.
-
Təqsir öldürəndə yox, öləndə olar.
-
Təqsir oldu lələdə, saqqalı verdi ələ.
-
Təqdir-qəza qüvvəti bazu ilə dönməz,
-
Təqdir ilə yazılan tədbir ilə pozulmaz.
-
Təbil döysən eşitməz.
-
Tez tündləşən, tez də yumşalar.
-
Tez-tez getmə, dodaq büzərlər.
-
Tez parıldayan tez də sönər.
-
Tez ələ gələn tez də ayağa düşər.
-
Tez duran, tez evlənən peşiman olmaz.
-
Tez qaçan, tez yorular.
-
Tez bitər, tez yetər.
-
Taxça mənə qaldı Şeydalı, boxça mənə qaldı Şeydalı,
-
Taxçadakı qarnımda, boxçadakı əynimdə.
-
Taxtanı rəndə hamarlar, bəndəni – bəndə.
-
Taxtına nə baxırsan, baxına bax.
-
Taxt mənimdir, özüm bilərəm, altında yataram, üstündə yataram, özüm bilərəm.
-
Taxt yaratmaq olar, bəxt yaratmaq olmaz.
-
Tatos kovxa, Matos kovxa on beş evə otuz kovxa!
-
Tarixi-nadiri əzbər bilir.
-
Tarlasında darısı yox damında qarı.
-
Tarlada izi olmayanın, süfrədə üzü olmaz.
-
Tar çalan simi gözlər.
-
Tapanda ye, tapmayanda ac qal.
-
Tapılan tapanın olsa, qoyun çobanın olar.
-
Tanımadığın adamı evinə buraxma.
-
Tanrısın tanımayandan nə umursan?
-
Tanrısız yerdə otur, həkimsiz yerdə durma.
-
Tanrının təndirini bəndə poza bilməz.
-
Tanrının sabahı qurtarmaz.
-
Tanrıya tabaq aparıb.
-
Tanrıdan gəlməsə, bəndədən nə gələr.
-
Tanrı eşşəyi tanıyıb, buynuz verməyib.
-
Tanrı dadına çatsın!
-
Tanrı qoruyanı qurd yeməz.
-
Tanrı vuran ağacın səsi çıxmaz.
-
Tanrı verib Zeyniyə, dişləri yox çeynəyə.
-
Tanrı verən dövlətin zavalı olmaz.
-
Tanrı bir yandan bağlasa, bir yandan açar.
-
Tanrı bilir günahkar kimdir.
-
Tanrı böyük – altı gen.
-
Tamahkarın gözünü torpaq doldurar.
-
Tamahkarın gözü kor olar.
-
Tamahkarı yalançı aldadır.
-
Tamahkarlıq başa bəladır.
-
Tamahkar öz nəfsinin quludur.
-
Tamahkar olma!
-
Tamah yüzdür – doxsan doqquzu mollada, biri camaatda, ona da molla deyər: - Şərikəm!
-
Tamarzıdan al, dadanana ver.
-
Taleyi yar olanın yar sarar yarasını.
-
Tale insanla oynayır.
-
Tayını bil, tuşunu tanı.
-
Taylı tayını tapmasa günü ah-vayla keçər.
-
Tay-tuşuna bab elə, görən desin ha belə!
-
Tazısız ova gedən evə dovşansız qayıdar.
-
Tazının topal olduğu dovşanın qulağına yetişib.
-
Tazının yiyəsi varsa, dovşanın da yaradanı var).
-
Tazının ağası varsa, dovşanın da tanrısı var.
-
Tox deyər: - Acmaram!
-
Tula itdən də murdar.
-
Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi.
-
Toyunda qəlbirlə su daşıyım.
-
Toyun əvvəlinə getmə, axırına da qalma.
-
Toydan sonra nağara, xoş gəldin, bayram ağa.
-
Toyun axırında zurna belə səslənər.
-
Tez duranla tez evlənən uduzmaz.
-
Təkədə qoç hünəri olmaz.
-
Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar.
-
Tutub ucundan, gedir ucuzluğuna.
-
Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.
-
Tazıya deyir tut, dovşana deyir qaç.
-
Torpaq deyər: "Öldür məni, dirildim səni!"
-
Tənbəllik azar artırar, işləmək canı saf eylər.
-
Tənbələ iş buyur, o sənə nağıl danışsın.
-
Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
-
Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".
-
Tək əldən səs çıxmaz.
-
Təhsil azadlığa aparar.
(Alman atalar sözləri)
-
Tanrı qarışqanı yox etmək istəyincə, ona qanad taxar.
(Alman atalar sözləri)
-
Təhsilsiz insan, cilasız aynaya bənzər.
(Alman atalar sözləri)
-
Tək gözlü olmaq kor olmaqdan yaxşıdır.
(Alman atalar sözləri)
-
Təvazökarlıq bəzəkdir, lakin onsuz daha müvəffəqiyyətli olunar.
(Alman atalar sözləri)
-
Toyuq xoruz ola bilməz, qadın isə - kişi
(Rus Atalar Sözləri)
-
Torbada nə varsa, şorbada da o vardır.
(Bolqar atalar sözləri)